Yeni yazdığım şeirlərimdən ikisini paylaşmaq istərdim. Şeirlərimin özəlliyi ondan ibarətdir ki, oxuyarkən dodaqlarınız bir-birinə dəyməyəcək
I
Yenə eşqin alovunda yanır kövrək ürəklər,
Yenə sonsuz xəyallara dalır sehirli hisslər.
Gözləyər qarşılığı, yenidən gülsün deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
İsindiyi əllərin əllərində yad əllər,
Ürəyi qırıq, yolu qaranlıq girişlər.
Dua edər yalvarar istəyə çatsın deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
Saxta görüş, saxta sözlər və yalançı gülüşlər,
Sönük həyat, susuz güldan və rəngsiz ağ çiçəklər,
Xəyalında şəkillər, divarda tək çərçivə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
Yaşananlar var onda soyuq, quru xatirələr,
Sonuncu eşq dəftərini gizlicə vərəqləyər.
Əlindəki üzüyü ondan alarlar deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
II
Yenidən yeni arzu cücərir kiçik evdən,
Yaz gəlir, çovğun gedir yolunun üzərindən,
Nəfəs alır, həvəs alır yeni doğan günəşindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Gecələri ulduzlara danışır hisslərindən,
Gündüzləri yorğunluğu oxunur gözlərindən.
Təkrar-təkrar yenə soruşur sözləri dənizindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Zövq alır hər çiçəkdən, ətirindən, ləçəyindən,
Nur saçır ətrafına ağlındakı izlərdən.
Fərqli səs var ürəyində, hiss olur gəlişindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Fikirləri qarışıq, dəli deyil dəlisindən,
Aynalarda saatlarca söz soruşur özündən.
Dəyişilir, artıq hər an qorxulur gülüşündən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yağları əridən çay
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Gecənin səma yolları
AMEA-nın Dilçilik İnstitutunda struktur dəyişiklikləri
Qadın ev işlərini görməyə məcburdurmu?
Rusiyada dərs ilinin başlayacağı tarix açıqlandı
Karantindən sonra şagirdlərə dərslər necə keçiriləcək? - EKSPERT RƏYİ
Gecə geyimləri
İşğaldan azad edilən rayonlarımızla bağlı daha bir vacib ADDIM
Mer və ulduzlar dünyanın ən varlı prezidentinə qarşı - FOTO
Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisi ilə-FOTO
Qırmızı şərabla bağlı böyük yalan ortaya çıxdı
52 yaşlı modeli görənlər gözlərinə inanmırlar-FOTO
Ağdam rayonu işğaldan azad olundu
Aya qadın kosmonavt göndəriləcək
Xoşbəxt olmaq istəyirsiz?
Azərbaycanda daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ
Azərbaycanda insanlar seroloji testlərdən keçəcəklər
Xüsusi xidmət orqanları bizi necə dinləyir...
Göbələk salatı (foto resept)
Ebru Şallının toyu oldu-FOTO
Turistin açıq kosmosa çıxması ilə bağlı ilk müqavilə imzalandı
Kəbənin açarı dəyişdirildi
Zəhərli qaza və işğala qarşı ana çiçəkləri
Aşiq olmaq və aşiq qalmaq
Hicri-qəməri və hicri-şəmsi təqvimlərin fərqi nədir?
Təhlükəli döyüş tapşırıqlarını icra edən robot hazırlandı
Azərbaycana xəbərdarlıq - "Bu qidaları almayın!
Şokoladlı truff (foto resept)
Beren Saat göz yaşlarını saxlaya bilmədi
Dünyada ən populyar brauzer hansıdır?
Kenan İmirzalıoğlu virusa yoluxdu-FOTO
Füzulidə gecə gərginliyi
Meditasiyanın sübut olunmuş 4 faydası
Baş rol ifaçısı “Sen anlat Karadeniz”dən ayrılır
Şarj cihazı telefona qoşulmamış halda elektrik yuvasında saxlanıla bilərmi?
Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan izdihamlı yürüş keçirilib
ŞAD XƏBƏR - Pensiya və maaşlar yenidən artırılacaq
Sevimli heyvanlar
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Cizgi film deyib yan keçməyin! (II hissə)
Səyahətə getmək istəyənlərə xəbərdarlıq
Günəbaxan tumu – kökəldir ya arıqladır?
Qadın idmançımız Avropa çempionatının finalında
Çin dünyaya bəyan elədi - "Effektiv dərman tapmışıq”
Kiçik həcmdə alkoqol yaddaşı gücləndirir
Sellulitlə mübarizə
Demet Akalından gözlənilməz açıqlama
Valideynləri başqa dindən olan insanla ailə qurmaq olarmı?
Qeyri-adi TOY -FOTO
- ŞƏRHLƏR