"Azərbaycanda gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir".
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
H.Rəcəbli deyib ki, payız sessiyası sentyabrın 30-da başlayacaq:
"Dünyada bütün parlamentlərdə payız sessiyası əsasən növbəti ilin büdcə layihəsinin müzakirəsinə həsr edilir və büdcə təsdiqlənir.
Büdcə layihəsi öncə parlament komitələrində, sonra isə parlamentdə müzakirə olunur. Əvvəlki illərdən fərqli olaraq 2020-ci ilin dövlət büdcəsinin təxminən 40 faizə yaxını sosial məqsədlərə ayrılacaq.
Bu, olduqca böyük göstəricidir. Biz əvvəllər deyirdik ki, büdcəmiz investisiya tutumlu, sosial yönümlüdür. İndi isə deyəcəyik ki, büdcəmiz həm sosial yönümludur, həm də sosial tutumludur".
Komitə sədrinin sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində bu illə müqayisədə sosial məqsədlərə təxminən 5 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulub:
"Bu vəsait əmək haqqının artırılması və digər məsələlərə yönəldiləcək. Onu da vurğulamaq istəyirəm ki, gələn ildən pensiyalar və əmək haqlarında artımın olması ehtimalı var, büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin artırılması bundan xəbər verir".
H.Rəcəbli bildirib ki, büdcədə yenə də əsas məqsəd Azərbaycan vətəndaşı, onun həyat şəraitinin daha da yaxşılaşdırılması olacaq:
"Bununla əlaqədar da hazırlıq işləri görülür. Biz oktyabrın sonunda, noyabrın əvvəlində büdcəmizi təsdiqləyəcəyik".
Onun dediyinə görə, payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklər də nəzərdə tutulub:
"Prezident parlamentdə çoxlu sayda qanunlara əlavələr və dəyişikliklər göndərir. Bu əlavə və dəyişikliklərin böyük bir qismi də bilavasitə sosial müdafiənin gücləndirilməsinə yönəlir"
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (3)
Dilinizə yalan gəlməsin
Azyaşlı uşaq valideynlərinə ŞAD XƏBƏR
Ayaqları incəldən corab
Ziyafət üçün qısa donlar
Uşaqlar niyə açıq havada oynamalıdır?
"O Səs Türkiyə" tarixində BİR İLK - Çempion
Boşanma səbəbi məlum oldu-XƏYANƏT
Buz bağlamış Venesiya - FOTOSESSİYA
Yas mərasimində qovurma bişirsək, yaxşı olar, yoxsa aş?
HAVA necə olacaq?
Facebook-dan Türkiyəyə qarşı səhv addım
Maksim Şevçenko media maqnatı Aram Qabrelyanovun ittihamlarına cavab verdi - VİDEO
Günün qoroskopu: bacarıq və biliklərinizdən yararlanın
ÜST-dən koronavirusla bağlı yeni AÇIQLAMA
Kakaolu gecə maskası
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Milli Qəhrəman Namiq Allahverdiyev
Sneyder: "Narahatam"
Mətbəx üçün praktik məsləhətlər
Kür çayı dondu
Bakıda 288 yeni duracaq yaradılacaq
Bakı İslam Universitetinə qəbul qaydaları DƏYİŞDİ
Almaniya mətbuatı Heydər Əliyev Fondunun Hamburqda təşkil etdiyi tədbirlərdən yazır
Fərqliliyə varmısınız?
Yağ yandıran detoks çayı
Günün ulduz falı - 14.03.2014
İsrail yenidən aviazərbələrə başladı
Novruz bayramının qeyri-iş günləri AÇIQLANDI
Hava haqqında - 26.10.2013
Köhnə mebellərinizi atmayın
Ermənilər Çində də "kök" salmaq istəyirlər
Mütəxəssislər: Bu oyuncaqlar uşaqlar üçün ZİYANLIDIR
Şorba içməklə arıqlayın
Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsi qaydaları dəyişdi
İsraildə səfərbərlik elan olundu
İraq Ordusu daha bir şəhəri İŞİD-dən geri aldı
Gələn həftə Gəncə və Sumqayıtda da seroloji testlərə başlanılacaq
Bir ildə Azərbaycanda 27 892 abort qeydə alınıb
Bakı Şərqlə Qərbin qapısı sayılır
Noxudlu tərəvəz yeməyi (foto-resept)
Kəşf etməyi sevənlər üçün sənədli filmlər
Azneft dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yenilənmiş Hyundai Veloster
1 saatda 34 iPhone
Şeyma Subaşı sevgilisi ilə BARIŞDI
Temperatur 0 dərəcəyə düşəcək
Yaş həddi artırıldı - 68
Kəlbəcər rayonunun işğalından 25 il ötür!
24 yaşlı qız məşhur yazıçıları kölgədə qoydu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]