Azərbaycanda təmtəraqlı yas mərasimlərinin yığışdırılması ilə bağlı qaydalara dəyişiklik edilməsi səbəbilə bu mövzu geniş müzakirəyə səbəb olub. Bu məsələdə ictimaiyyətimizin fikri birmənalı deyil. Lakin bu şəri bir məsələdir və əlbəttə ki, müəyyən olunmuş göstərişləri var. Vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu çatdırmaq və insanların az da olsa düzgün maariflənməsinə fayda vermək üçün bu məqaləni yazmaq qərarına gəldim. İlk öncə bunu qeyd etməliyəm ki, həqiqətən artıq ciddi addımlar atılmasına ehtiyac var idi.
Azərbaycan xalqının əksəriyyətinin müsəlman olmasına baxmayaraq, yas mərasimləri illərdir müsəlman şəriətinə uyğun təşkil edilmir. Bunun səbəbi həm dini maariflənmənin aşağı səviyyədə olması, həm də cəmiyyətimizin böyük bir qisminin toplum psixologiyası ilə hərəkət etməsinə görədir. Əlbəttə ki, digər amillər də var.
“Ehsan” sözünün mənası qarşılıq gözləmədən edilən yardım, yaxşılıq, sədəqə deməkdir. Amma bizim cəmiyyətdə ehsan anlayışı tam mənası qavranılmadan edilən israfdan başqa bir şey deyil. Allah isə bütün ümumi işlərdə israfın yolverilməz olduğunu vurğulayır. Və Qurani-Kərimdə buyurur ki, “Yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!” (Əraf surəsi, 31-ci ayə).
Bir kimsə vəfat etdiyi zaman onun əzizləri cənazə başında mərhuma dualar etməli, Allahdan günahları üçün bağışlanma, məğfirət diləməlidirlər. Halbuki, bu gün cənazə başında dualar əvəzinə mərhumun oğlu və qızı “qovurma bişirsək, yaxşı olar, yoxsa aş?” deyə yemək menyusu haqda müzakirələr edirlər. Daha aydın desəm, ölü yaddan çıxır, yalnız 3 gün veriləcək yeməyin dərdi çəkilir.
Vəziyyəti bu cür ifadə etməklə əsla qabartmış olmuram. Çünki qeyd etdiyim bu hala şəxsən şahid olmuşam. Sözün mənasından anlaşıldığı kimi, ehsan ehtiyac sahiblərinə verilir, daha “bu yas mənim, o yas mənim” deyib kimsə ölən kimi yeməyə qaçan riyakarlara yox. Düşünün ki, əgər başsağlığına gələn adamın həqiqətən ürəyi yanırsa, dərdinə şərik olmağa gəlibsə, onun boğazından yemək keçərmi? Xeyr. Yemək barəsində düşünməz belə. Düşünürsə, zatən ona mərhumun vəfatı maraqlı deyil, sadəcə yeməyə və söhbətə gəlib. Çox zaman insanlara sağlığında dəyər verilmir, amma o insan vəfat edən kimi qiymətli olur. Yaxınları “ehsanla” ölünün xəcalətindən çıxdıqlarını, haqqını ödədiklərini düşünürlər. Bəzən isə ümumiyyətlə məqsəd mərhuma yaxşılıq olmur, “qonşudan qalma geri” prinsipi ilə varlı, orta və ya kasıb təbəqə olsun - fərq etmir, bir-birinin bəhsinə hansı yolla olursa-olsun, yüksək səviyyədə ehsan vermə yarışına girirlər. Yoldaşının qiymətli əşyalarını girov qoyan da var. Faizlə borca düşüb “ehsan verib” maddi və mənəvi baxımdan 4-5 il özünə gələ bilməyənlər də var. Anlamaq olmur ki, bu insanlar düşüncə qabiliyyətinimi itirib, ya nədir?
Allah Qurani-Kərimdə faizi haram buyurduğu halda hansı ağılla faiz hesabına verdiyin “ehsanın” halal və qəbul olduğunu düşünürsən?! Bu ki, çox sadədir, bunu bilmək üçün dini təhsilə də ehtiyac yoxdur. Problem bundadır ki, bizim cəmiyyət, xüsusən orta yaşlı təbəqə və daha böyüklər kor-koranə təqlidə öyrəşib, özü düşünmədiyi və araşdırmadığı üçün də düşüncə və təfəkkürü zəifləmiş durumdadır. Belə olan halda da kim nə istəyir, onu edir və etdiyini də insanlara din adı ilə sırayır. Bütün bunların hamısı cəhalətdən, dinini bilməməzlikdən, maarifsizlikdən və bu halın da əksər mollalara sərf etməsindən irəli gəlir! Üstəlik, o mollalar ki, təcvidlə Quran oxuya bilmirlər. Nə var ki, həccə gedib “hörmətli”, Yasini əzbərləyib “molla” olub. İslami təhsil bir kənara, dini bilgiləri belə ya yoxdur, ya da adət halını alan yalan-yanlış bildikləri ilə insanları da din adından səhv məlumatlandırırlar. Bu gün hər yerindən duranın özünü molla hesab etməsi ilə bağlı da təcili bir tədbir görülməlidir! Dini biznesə çevirməyə kimsənin haqqı yoxdur. Və bu məqamda da bütün inanclıların üzərinə məsuliyyət düşür ki, etiraz etsinlər.
Yeri gəlmişkən bir məsələni də bildirmək istəyirəm. Çox təəssüf ki, ehsan istisması yas mərasimləri ilə də bitmir. Bir də Məhərrəm ayında verilən imam ehsanları var. Bəzi bölgələrdə imam Hüseyn (ə.s.) ehsanı adı ilə məclis qurulur və bunu xüsusilə vurğulamaq istəyirəm ki, bu məclisə ehtiyaclı insanlar deyil, qohum, dost-tanış çağrılır. Amma maraqlısı da budur ki, məclisin sonunda gələn qonaqlardan pul yığılır. Daha aydın desəm, qonaqların yedikləri ehsanın pulu geri alınır! Təbii ki, bunun doğru olmadığını bilənlər də var, ancaq bəzi üzsüz mollalar “sağ olsun”, rəsmən bu pulu tələb edirlər. “Oxuduğu Quran üçün aldığı “zəhmət haqqı”ndan əlavə qənimətdir” deyə düşünürlər. Buna görə onlar Allaha cavab verəcəklər, ancaq bəs buna göz yuman insanlar? Azlıq əksər hallarda çoxluğa tabedir. Demək, birlik olub mollaların bu cür saxtakarlıqlarının qarşısını ala bilərik. Amma bunu bəlkə də bizim camaatdan gözləmək yersizdir. Çünki bu camaatın əksərən toplum psixologiyasında olduğu müddətcə, doğru-düzgün maarifdən kənar qaldıqca özünü fərd olaraq ictimaiyyətin məsuliyyətli bir üzvü kimi görməyəcək.
Sonda isə yekun olaraq sizlərə əsas müsəlman şəriətinin göstərişini çatdırmaq istəyirəm. Özünü müsəlman sayan hər bir şəxs artıq uydurulan bu ehsan qonaqlıqlarını bitirməli, dinimizin gərəkdirdiyi kimi davranmalıdır. Allah bəndələrinin yükünü azaltmaq istər, lakin insanlar nəfslərinə, kibrlərinə uyaraq yükünü artırar. Dinimizə görə cənazə çıxan evdə 3 gün qazan qaynamamalıdır. Ailənin yaxınları, qohum-əqrəba o evə yemək gətirməlidir. 3 gün ərzində başsağlığına gələnlərin orada yemək yeməsi bəyənilməyən əməllərdən sayılır. Bu bizim inandığımız, seçdiyimiz dinin göstərişidir. İstərdim ki, millətimiz ehsan qonaqlıqlarına qanunla məcburi olduğu üçün deyil, maariflə, şəriətinə uyğun olmadığı üçün son qoysun. İslam dini baxımından bizim üçün örnək olan Allah rəsulu (s.ə.s.), onun əhli-beyti və əshabıdır. Əgər biz dini qaydaları düzgün həyata keçirmək istəyiriksə, mütləq şəkildə peyğəmbərimizin sünnəsinə uymalıyıq. Bəşəriyyət üçün ən gözəl nümunəvi şəxsiyyət Həzrəti Peyğəmbərin qızı olan Fatimeyi-Zəhra xanım, atası dünyasını dəyişdikdən sonra ona matəm mərasimində köməklik göstərən, bəzək-düzəksiz matəm paltarları geyinib mərsiyyə oxuyan Bəni-Haşim xanımlarına buyurur ki: “Bu davranışları tərk edin, dualar oxuyun” (Əl-Xisal, 2/618). Ayrıca, digər dini şəxsiyyətlər də hüzr məclislərində maarifləndirici söhbətlər edilməsini tövsiyə edir. Bu gün isə öz mənfəətini güdən mollalar bütün bu dini qaydaları atasının dini kimi dəyişib. Bəli, atasının dini kimi! Çünki onlar da ata-babalarından gördüklərini edirlər. Halbuki, bu din ata-baba dini deyil. Nə də ki, ata-babaları İslam alimi olmayıb ki, onların qaydaları bizlər üçün höccət olsun.
İnanıram ki, insanların, xüsusilə gələcək nəslin inancındakı bu boşluqlar, özünü uydurulan dindən qurtararaq endirilən həqiqi din ilə əvəz edəcək. Allah yolunda göstərişdən, riyadan uzaq, səmimi qəlb ilə ehsan etmək istəyənlər bilməlidir ki, ehsan dost-tanışa qonaqlıq vermək deyil, ehsan ehtiyac sahibinə gücünün çatdığı qədər maddi və mənəvi yardım etməkdir.
Allah yaxşılıq (ehsan) edənləri sevir (Bəqərə surəsi, 195-ci ayə).
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR