
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 8-dən havanın temperaturu əvvəlki günlərlə müqayisədə yüksələcək. ETSN-dən bildirilib ki, son günlər Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur rejimi çoxillik normadan 7-8 dərəcə aşağıdır.
Havaların həddən artıq soyuq keçməsi sağlamlığımızla yanaşı avtomobillərə də zərər vurur. Mütəxəssislər bildirirlər ki, soyuq havalarda avtomobilə dəyən zərəri mühərriki işə salarkən hiss etmək mümkündür. Çünki şaxtalı hava avtomobili ağırlaşdırır. Buna görə də avtomobili işə salarkən təkərlərin daş kimi yerə yapışdığını, mühərrikdən səslərin gəldiyinin şahidi oluruq. Şaxtanın avtomobillərə verdiyi zərər bildiyimizdən də artıqdır.
Avtomobil təmiri ilə məşğul olan Anar Mustafayevin sözlərinə görə, şaxtalı havalarda buz bağlamış yollara səpilən duzun da avtomobilə zərəri var. Belə ki, uzun müddət belə yollarda sürülən maşınların bəzi hissələrində duzun təsiri ilə paslanma müşahidə edilir. "Əgər yoldan avtomobilin hissələrinə duz sızıbsa, qış bitsə belə, o zaman müəyyən hissələrdə paslanmaya səbəb olacaq. Qış aylarında istehsalçının mühərrik yağı istifadə tövsiyələrinə uyğun gəlmək lazımdır. Axıcılığı yetərsiz olan mühərrik yağları mühərrikin işini çətinləşdirir. Əgər fərqli variantlar varsa, daha incə olanlar seçilməlidir. Məsələn, 20W40 yerinə 5W40 daha yaxşıdır. Yağ dəyişmə periodları bir-birinə uyğun olmalıdır. Yağın içində yığılan su və ya yanacaq hissəcikləri mühərrik yağını öldürə bilər".
Müsahibimiz soyuq havalarda avtomobili daha tez-tez yumağı məsləhət görür. Palçıq və yola səpilən duz, mühərrikə zərər verdiyi üçün avtomobil tez-tez yuyulub təmizlənməlidir. Nizamlı yuma duz və palçığı təmizlədiyi kimi həm avtomobilin rəngini, həm də texniki vəziyyətini qorumuş olur. "Avtomobili yumazdan öncə kobud buz və palçığın təzyiqli suyla təmizlənməsi lazımdır. Soyuq havalarda yanacaq daha tez bitir. Yəni, avtomobillər soyuq havada daha çox yanacaq sərf edir. Bunun səbəbi isə soyuq mühərrik yağının axıcılığını itirməsi və mühərrik içi müqavimətləri artırmasıdır. Buna görə də qış aylarında mühərrik və elektrik kabellərinə nizamlı olaraq baxmaq lazımdır.
Dünyanın bir çox ölkələrində dizel yanacağı yay və qış aylarına uyğun olaraq satılır. Qış aylarında satılan yanacaqlar -22 dərəcə şaxtaya dözümlü olur. Benzində isə belə problemlər yoxdur. Yay və qış benzini fərqli olsa da, hər iki növ benzin qış aylarında donmur".
Usta məsləhət görür ki, qış aylarında qısa məsafələrdə avtomobillərdən istifadə edilməsin. Çünki soyuq havalarda mühərrikin hərəkətli parçalarında olan aşınmalar yüksək səviyyədə olur ki, bu da akkumlyatora zərər verir. Dediyinə görə, əgər qısa məsafələri avtomobillə getmək istəyirsinizsə, bu məsafədə avtmobilin istilik sistemindən, kreslo qızdırıcılardan istifadə olunmalıdır. Onun sözlərinə görə, bəzi sürücülər elə başa düşür ki, radiator heç bir zaman donmur, amma bu, səhv fikirdir. Radiatorda antifriz miqdarı kafi deyilsə, radiatorla yanaşı mühərrik də dona bilər. "Donmuş bir mühərrikin içindəki bütün mayelər təkrar əriyənə qədər işlədilməməlidir. Əks təqdirdə avtmobili işə saldığınız zaman mühərrik zərər görəcək. Radiator sistemindəki soyutma mayesinin donma nöqtəsini -25 dərəcədə tutulması vacibdir".
Usta Anar sürücülər arasında yayılmış "soyuq havalarda mühərrik işə salındıqdan bir qədər sonra sürmək olar" fikrinin də yanlış olduğunu deyir. Aşağı sürət və ya sürətsizlik aşağı yağ təzyiqi deməkdir. Bu zaman mühərrikə yağ təbəqəsinin təmizləyə biləcəyindən artıq yanacaq püskürdülür. Porşen və silindr səthləri arasında doğru bir yağ təbəqəsi meydana gəlməzsə, optimum yağlama reallaşmaz. Buna görə də mühərriki işlətdikdən dərhal sonra istifadə etməyə başlamaq lazımdır.
Şaxtalı havalarda soyuğun və nəmin təsirindən maşının qapıları və kilit sistemi də dona bilər. "Buna görə də buzəridici vasitələri heç bir zaman avtomobilə qoymayın, şaxtalı havalarda belə vasitələr yanınızda olmalıdır".
Buzun, şaxtanın avtomobilin təkərlərinə də zərər verdiyini deyən A.Mustafayevin sözlərinə görə, qara qarışmış palçıq təkərlərin boşluqlarına dolur və şaxtanın təsirindən donur. Bu, uzun müddət davam edərsə, təkərlərdə əməlli buzlaşma meydana gələr. Qış aylarında təkərlər tez-tez təmizlənməlidir.
Buz, şaxta və duzlu su avtomobilin rənginə də öz təsirini göstərir. Avtomobilin rəngi aşınıma və yenidən cilalanmaya ehtiyac duyulur. "Qarlı, buzlu yollarda avtomobillər yavaş sürətlə idarə edilməli, əyləc sistemindən az istifadə olunmalı, manevrlər edilməməli, sürət həddi aşılmamalıdır. Əks halda qəzalar və ya avtomobilin sıradan çıxması qaçılmaz olacaq".
Mənbə: Ekspress.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Selana Gomez xəstəxanaya yerləşdirildi-SƏBƏB
Romantik yataq otağı modelləri
Agentlik oturacaq yerlərindən istifadəyə qadağa qoydu
Ronaldonun oğlu instagram hesabı açdı-1 günə 1 milyon izləyici
Bu günün tarixi (20.10.2014)
Sabahın HAVAsı
Badamlı kök piroqu (foto resept)
Google 500 milyon dollara şirkət alır
Toy və yas mərasimləri ilə bağlı vergilər qüvvəyə mindi - 1 YANVARDAN
Sabah Qanlı Ay olacaq
Milli Parkda atəşfəşanlıq olacaq
Johnny Depp'in 18 yaşlı oğlu diqqət çəkdi
1 dəqiqəyə 9 milyon qazandı
Rusiya qorxuya düşdü
Alişan yoldaşının saçından yazdı-FOTO
Azərbaycan müstəqil siyasət aparan ölkədir
Şəhidliyə doğum günündə ucaldı
HAVA necə olacaq?
Leyla Əliyeva sahibsiz itlərə qayğı mərkəzinin açılışında -FOTO
"Uğur sərhəd tanımır"-(Sosial Çarx)
Əcnəbi gənclər Gəncədə
Prezident üç nazirliyə yeni səlahiyyət verdi - FƏRMAN
ÜST onlayn dərslərin uşaqların psixi sağlamlığına təsirini qiymətləndirib
Eyni anda 6 seraldan təklifi aldı-FOTO
Saç düzləşdirici maskalar
HAVA necə olacaq?
Divan seçimində vacib olanlar
Günün qoroskopu: gözəl imkanlarınız ola bilər
BÜRCLƏR bizə nə vəd edir?-26 Sentyabr
Dahilərdən gözəl sözlər-9
Partiya sədri: "Rüstəm İbrahimbəyovun istefası gözlənilən idi"
Qax rayonu
Bağışlanan əmlak hansı hallarda geri alına bilər?- AÇIQLAMA
Günün qoroskopu: uğur əldə etmək üçün ehtiyatı unutmayın
Həftənin ilk iş günü hava necə olacaq?
Buğlama (foto-resept)
Saçların təbii vastələrlə boyanması
25 ən təhlükəli ərzaq - SİYAHI
Geyim kombinasiyaları
Aşura günü bunlar qadağan ediləcək - GENERALDAN AÇIQLAMA
100 il sonra İLK DƏFƏ-FOTO
Eşq badələri...
Jennerdən gözlənilməz ETİRAF
Məşhur aktyor ata olacaq!
"Köhnə bakılılara yeni ev" fırıldağı açıldı
Karantin günlərində kökəlməmək üçün...
Pasxa adasındakı başlar
Azərbaycanda uşaqlara qəribə adlar qoyulur
Şokoladlı dondurma (foto resept)
Kit yaxtanı gəmi ilə toqquşdurdu - VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]