Yanvarın 1-dən Özbəkistanda toy və yas mərasimlərinin keçirilməsinin yeni qaydaları qüvvəyə minib.
Yeni qaydalara əsasən, vətəndaşlar bir gündən artıq toy edə bilməzlər. Toy saat 18:00-da başlayıb 23:00-da qurtarmalıdır.
Qonaqların sayı maksimum 200 nəfər olmalıdır. Toyu hər iki tərəf birgə etdikdə isə bu hədd 300-ə çata bilər. Toy karvanında yalnız üç avtomobil olmasına icazə verilir. Lisenziyası olmayan maşınlardan istifadə etmək qadağandır.
Nikaha daxil olanlar toy haqqında yerli hakimiyyət orqanlarına əvvəlcədən məlumat verməlidirlər. Milli ənənələrə zidd olan şoular, toydan əvvəl və sonra keçirilən, əlavə xərc tələb edən mərasimlər də qadağan edilir. Toyda 50 və ya daha çox insan iştirak edəcəksə, məclisin keçiriləcəyi restoran, yaxud şadlıq sarayı ilə əvvəlcədən müqavilə bağlanmalıdır. Yeni qaydalara əməl etməyən toy sahibləri 2,23 milyon sum (təxminən 234 ABŞ dolları), restoran, kafe sahibləri isə 6,69 milyon sum (təxminən 704 ABŞ dolları) cərimə olunacaqlar.
Dəfn mərasimləri ilə bağlı da yeni qaydalar tətbiq ediləcək. Yas mərasimini aparmaq üçün yalnız dini idarələrin səlahiyyətli nümayəndələri dəvət edilə bilər. Bundan sonra yeddi, cümə axşamları, qırx və il kimi mərasimlərin keçirilməsinə icazə verilməyəcək. Yas mərasimi yalnız üç gün çəkəcək.
Xatırladırıq ki, ötən ilin sentyabr ayında Özbəkistan Ali Məclisinin Senatı ölkədə toy və yas mərasimlərinin keçirilməsi qaydaları haqqında Nizamnamə qəbul etmişdi və yeni qaydalar da bu sənədə uyğun olaraq tətbiq edilir.(Azərtac)
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Balaca rəqqaslar
Böyük burunları gizlədən saç modelləri
"Qoyun" salatı (foto resept)
Bənövşəyi dərman, yoxsa partladıcı?
Azərbaycanda köhnə problem: qiymətlilərin qiymətsizliyi
Bu müəllimlərin maaşı hələ artırılmayacaq
Meymunun çəkdiyi şəkillərdən sərgi təşkil olunacaq
Məşhur model təyyarə qəzasında öldü-FOTO
Marsın rəngi boz imiş
Sürətli arıqlama insanı nə hala salır?
Dəridəki ləkələri yox edən heyva maskası
Ayaqqabılar
Deniz Akkayadan Gözlənilməz ETİRAF
Azərbaycanda yaşayan əcnəbilər koronavirusa yoluxdu - RƏSMİ
Azərbaycanın tanınmış professoru vəfat etdi
Türkiyə bayrağı Eyfeli bəzədi
Foqts sualı cavabsız qoydu
"Eurovision 2018"-in açılışını Aysel Məmmədova edəcək
Güləşçimiz FİLA-nın reytinq siyahısında ilk onluqda
İmsak vaxtı "uçan boşqab" həyəcanı yaşandı
Whatsapp-da 3D yenilik
Beyninizi qorumağın 10 yolu
İllər sonra eyni seriala çəkildilər
Şamaxı plovu (foto resept)
Günün qoroskopu: hisslərin torundan qurtulun
Avtobusla bölgələrə gedib-gələnlərə şad xəbər
Hamiləliklə xərçəngi səhv salıb kimyaterapiya etdilər-FOTO
Hər 40 saniyədə bir nəfər intihar edir
"Çiçək" börəyi (foto resept)
Balla müalicə üsulları
Allah istərsə övlad verər
Yayda formada qalmaq üçün kabak detoksu
Çinlilər Heydər Əliyev Mərkəzinin oxşarını yaradıblar
Bu gün hava buludlu olacaq
Hava XƏBƏRDARLIĞI
Doğum haqqında şəhadətnamələrin kağız formasında verilməsi ləğv ediləcək?
Uşaq qidasında balqabaq
Merve jurnalistlərə əsəbləşdi
Rusiya Ermənistanı çətin vəziyyətə salıb
Azərbaycanda yeni medal təsis edilib
Ancelina Coli ilə Bred Pitt arasındakı qalmaqal bitmir
Azərbaycanda ov mövsümü açıq elan edildi
Kirayə mənzillər belə satılacaq - VİDEO
ABŞ Azərbaycana qarşı sanksiyalar qəbul etməyəcək
Özünü təmir edən orqan-Qaraciyər
Bu oğlan yemək yeməkdən pul qazanır
İbrahimə sui-qəsd edənlərə 40 il həbs cəzası verildi
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Yunanıstan tarixinin ən gənc spikeri
Ağstafa rayonunun kəndinə təbii qaz verilib















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]