Ailədə bütün münasibətlər doğruluq, dürüstlük üzərində qurulmalıdır. Hansısa problemi dondurmaq, bir neçə gün təxirə salmaq xatirinə qəsdən deyilən yalan valideynin nüfuzuna vurulan ağır zərbədir. Ailədə bütün münasibətlər doğruluq, dürüstlük üzərində qurulmalıdır. Hansısa problemi dondurmaq, bir neçə gün təxirə salmaq xatirinə qəsdən deyilən yalan valideynin nüfuzuna vurulan ağır zərbədir.
Avtomobilinizlə yol gedirsiniz. İrəlidəki maşının təkəri altından çıxan bir çınqıl şüşənizə dəyir və orada kiçik bir çat əmələ gəlir. Kefiniz pozulur, ancaq sonra düşünürsünüz ki, bu işdə sizin nə günahınız, qarşıdakı maşının sürücüsünün nə günahı? Bir işdir oldu. Yanınızda oturmuş qohumunuz deyir ki, qayıdanda şüşəni ustaya göstərmək lazımdır. Bir “möhür” vursun ki, çat böyüməsin. Siz də onunla razılaşırsınız...
Getdiyiniz yerdən qayıdırsınız. Ancaq yenə fikirləşirsiniz ki, niyə tələsirsiniz, sabah gedərsiniz. Sabahdan sonra o biri sabah gəlir. Beləcə, gün günə calanır və siz hiss edirsiniz ki, artıq çat get-gedə böyüyür. Nəhayət, bir gün yolunuz ustanın yanına düşür. Usta başını bulayıb deyir:
- Vaxtında gətirsəydin, həm xərcin az çıxardı, həm də o çatı elə düzəldərdim ki, heç bilinməzdi...
Əslində bizim münasibətlərimizdə də çox şey o kiçik çat kimi böyüyür və bir gün hiss edirik ki, arada uçurumlar var. İnsan xarakterində elə cizgilər var ki, güzəşt sevmir. Xüsusilə də ən yaxın insanlarla münasibətdə daha həssas olmaq lazımdır. Elə ailəmizi götürək. Əgər övladınız sizdə bir dəfə saxtakarlıq və ya ikiüzlülük hiss etdisə, siz heç vaxt onun gözündə təmizliyinizi, səmimiyyətinizi bərpa edə bilməyəcəksiniz. Hər şey vaxtında həllini tapmalıdır. Ola bilsin ki, siz ailənin istədiyi hər şeyi təmin edə bilmirsiniz, güzəranınız qonşununkundan zəifdir. Onun uşaqları istədikləri kimi geyinirlər, yeyib-içirlər, gəzib-dolaşırlar. Sizdə isə hər şey “birtəhərlə” həll olunur. Bunları izah etmək və ya anlamaq asandır. Ancaq ən böyük yoxsulluq bunlar deyil, fəlakət ondadır ki, övlad valideyninə inanmasın, onu saxtakar, ikiüzlü adam kimi tanısın. Dürüstlük ən böyük sərmayədir. Kasıblıq, bəlkə də, kimə görəsə qüsur sayıla bilər. Ancaq başqasının haqqını yeməkdənsə, insanlara əzab verməkdənsə, yetimin, imkansızın qanını sormaqdansa, təbii ki, ailəsini kasıb, ancaq halal dolandırmaq daha üstündür. Dediyimiz kimi, gərək bu münasibətlərdə valideynin şəxsiyyətinə kölgə düşməsin. Adi bir məsələdə belə həssas olmaq lazımdır, söz verəndə hər şeyi dönə-dönə ölçüb-biçməliyik. Uşağımıza söylədiyimiz bir yalan şüşədəki çat kimidir, getdikcə böyüyəcək. O da ola bilər ki, biz verdiyimiz sözü yerinə yetirə bilməyək. Bunun üçün etiraf etməli, səhvimizi boynumuza almalıyıq. Ailədə bütün münasibətlər doğruluq, dürüstlük üzərində qurulmalıdır. Hansısa problemi dondurmaq, bir neçə gün təxirə salmaq xatirinə qəsdən deyilən yalan valideynin nüfuzuna vurulan ağır zərbədir. Çox şey dəyişəcək, çətinliklərimiz zaman keçdikcə keçib gedəcək, unudulacaq. Ancaq sizin yalançılığınız unudulmayacaq. Valideyn kimi hörmətli olmaq istəyirsinizsə, dilinizə yalan gəlməsin...
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Real görünən rəsmlər
Ermənilərdən sərsəm tələb
Sobasız pirojna (foto resept)
Ayaqqabını necə ağartmalı?
Moskvada hava limanı iflic oldu
Dukan pəhrizi haqqında bilmədikləriniz
Boyunu sağa-sola fırlatmaq təhlükəlidir-XƏBƏRDARLIQ!-VİDEO
Elvis Presli əfsanəsi geri qayıdır
"Bakcell"lə "Nar" birləşir?
Final türk hakimlərə tapşırıldı
Günün ulduz falı
Sumqayıt susuz qalacaq
Qan iltihablanması və müalicəsi
Fransa Kubokunda ilk finalçı bəlli oldu
Məşhur modeldən gözlənilməz etiraf
Günün qoroskopu:Ünsiyyətdə ehtiyatlı, sayıq olun
Dəbli ətəklər
Hadise izləyicilərinin diqqətini çəkdi - FOTO
Paşinyan istefanı qəbul edib? - VİDEO
Messidən gözlənilən jest
“Dərs vaxtı” üzrə teledərslərin sabaha olan cədvəli
İdmanda edilən 8 səhv!
Şahzadə quşları üçün 80 təyyarə bileti aldı
Xaricdə oxumuş nadan
Üzməyin təəccübləndirən 4 faydası
"Survivor-2020"nin qalibi bəlli oldu-FOTO
Bu ölkədə hicab və niqab qadağan ediləcək
Bijüteriya asqısı nümunələri
Günün ulduz falı
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Aksessuarlar
İşçinin vurduğu ziyan nə zaman ödənilmir?
Bakı sakinlərinə həkim xəbərdarlığı
Dadlı qurabiyə (foto resept)
Kosmosda beş ay qaldı, 1,4 milyon telefon borcu gəldi - Foto
Milli Ordunun yaranmasından 101 il ötür...
Uzun və sağlam saçlar üçün
Orduda könüllü xidmət etmək istəyənlərin sayı 38 minə çatdı
Badamlı çörək (foto resept)
Vətəndaşlar pulsuz müayinədən keçdi
Dəst aksessuarlar
Cennifer Enistondan gözlənilməz addım-FOTO/VİDEO
Sabah Azərbaycanın bəzi yerlərində qar yağacaq
Hicablı nişan geyimləri
İlham Əliyev pensiya və əmək haqlarının artırılması ilə bağlı tapşırıq verdi
Günün qoroskopu: Qətiyyətli olun!
Nemtsovun xatirə marşı Moskvanı titrətdi
Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi - RƏSMİ
Çində ən güclü superkompüter hazırlanır
Onlar arxadan hücum edirlər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]