Ardı...
Ümumi fiziki-coğrafiyanın inkişafı
Landşaftşünaslıq
Fiziki coğrafiya elminin mühüm sahələrindən biri olan landşaftşünaslıq Azərbaycanda əsasən 60-cı illərdən inkişaf tapmağa başlamışdır. Aparılan tədqiqatlar müasir landşaft örtüyünün yaranması, tipləri, növləri, amilləri, elementləri və qarşılıqlı əlaqələri, bu prosesdə yeni tektonik hərəkətlərin rolu, zaman və məkan daxilində diferensiasiyası və s. öyrənilmişdir.
Sonrakı illərdə M.A.Müseyibovun landşaftşünaslığa aid apardığı tədqiqatlar tam yeni istiqamət aldı və landşaftın ərazi diferensasiyasına, üfüqi və şaquli strukturuna, dinamikasına, ekologiyasına, antropogen transformasiyasına dair yüksək elmi səviyyələrdə sayılan və monoqrafiyalarda əks olunan diqqətəlayiq nəticələrə nail olundu. Bu tədqiqatlar Azərbaycan Respublikasının orta miqyaslı, zəngin məzmunlu landşaft xəritəsinin tərtibinə imkan verdi.
M.Ə.Süleymanov, İ.S.Əliyevanın "Landşaftşünaslığın əsasları" (Bakı, 1998) dərs vəsaitini bu elmin son illərinin təqdirəlayiq nailiyyəti hesab etmək olar. Monoqrafik məzmunda yazılmış bu əsərdə landşaftşünaslığın nəzəri məsələləri, strukturu, dinamikası,
təkamülü, antropogen təsirin altında dəyişməsi və s. ilk dəfə azərbaycan dilində aydın və səlist şəkildə öz əksini tapmışdır.
Azərbaycan fiziki coğrafiyasının və landşaftlarının öyrənilməsində prof. Q.K.Gülün, prof. N.K.Kərimovun, akad. B.Ə.Budaqovun və prof. M.A.Müseyibovun böyük xidmətləri olmuşdur.
Paleocoğrafiya
Ölkə paleocoğraflarının qiymətli tədqiqatları nəzəri cəlb edir. Azərbaycan təbiətinin IV dövrdə dinamikası və Xəzər dənizinin ən yeni geoloji tarixi üzrə bir sıra tədqiqatlar başa çatdırılmışdır. Bu tədqiqatların nəticəsində 1978-ci ildə çapdan çıxmış Azərbaycanın dördüncü dövr çöküntüləri xəritəsi Dövlət mükafatına layiq görülmüşdür. Bundan başqa Azərbaycanın IV dövr çöküntüləri, bu dövr çöküntülərinin öyrənilməsinə aid qiymətli tədqiqatlar aparılmışdır.
Dördüncü dövrün tədqiqi ilə yanaşı Azərbaycan paleocoğrafları ibtidai insanın ekologiyası, Cənubi Qafqaz ərazisində Pliosenin xronologiyası və təbii şəraiti kimi problemlər üzrə diqqətəlayiq elmi nəticələr əldə etmişdir. Azıx qədim Daş dövr düşərgəsi sakinlərinin ekologiyasının tədqiqi nəticəsində ən qədim mədəni təbəqələrin mütləq yaşı müəyyənləşdirilmiş və həmin dövrün təbii şəraiti bərpa edilmişdir.
Paleocoğrafiya sahəsində qazanılmış nailiyyətlərdən biri də Pliosen iqlim optimumu dövründə Azərbaycan ərazisində yaranmış təbii şəraitin bərpa edilməsidir. Gözlənilməz qlobal istiləşmənin bu və ya digər ölkənin təbii şəraitinə necə təsir göstərəcəyini qabaqcadan müəyyənləşdirməkdə bu tədqiqatların böyük əhəmiyyəti vardır.
Azərbaycanın paleolandşaftının yaranması və son 13 mln. ildə onda baş verən dəyişiklikləri M.A.Müseyibov özünün fundemental tədqiqatlarında ətraflı təhlil etmişdir (M.A.Müseyibov "Azərbaycanın landşaftları", Bakı, 1981, rus dilində). Nəhayət, paleocoğrafi tədqiqatların ən görkəmli nailiyyəti 1992-ci ildə iki cildlik "Avrasiya şelfləri Mezozoyda və Kaynazoyda" adlı paleocoğrafi atlasın nəşr olunmasıdır. Bu atlasda 129 xəritədən 19-u bilavasitə Xəzər dənizinə həsr olunmuş və respublikamızın paleocoğrafları tərəfindən (Ə.V.Məmmədov, İ.S.Həsənov, B.C.Ələsgərov) tərtib olunmuşdur. Bu xəritələr Xəzər dənizinin, onun regional və lokal tektonik strukturlarının əmələ gəlməsi və inkişafı məsələlərinin araşdırılması, Xəzərin perspektivli neft-qaz ehtiyatlarının aşkar edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Paleocoğrafiyaçı alimlərimizin Fransa alimləri ilə birgə apardıqları "Təbii mühitin ibtidai insan cəmiyyətinin inkişafında rolu"-na, Amerika alimlərilə "Yerin iqliminin inkişaf tarixi" problemlərinə dair tədqiqat işləri diqqətəlayiqdir və beynəlxalq miqyasda onların tanınmasını göstərir. Azərbaycanda paleocoğrafi tədqiqatlara respublika Dövlət mükafatı laureatı, prof. Ə.V.Məmmədov rəhbərlik edir. Onun çalışdığı şöbə beynəlxalq əhəmiyyətli paleocoğrafiya işlərini davam etdirir.
Geomorfologiya elminin inkişafı
Azərbaycan coğraflarının ən sanballı işləri arasında geomorfoloji tədqiqatlar xüsusilə fərqlənirlər. Azərbaycan EA-nın Coğrafiya İnstitutunda və Bakı Dövlət Universitetində uzun illərdir ki, Azərbaycanın geomorfoloji tədqiqatları aparılmaqdadır. Bu tədqiqatlar nəticəsində: Azərbaycan relyefinin xüsusiyyətləri; onun mənşəyi və geoloji quruluşla əlaqəsi; ekzogen proseslərin və zəlzələlərin relyef əmələgətirməsində rolu; aerokosmik metodlarla Böyük Qafqazın şərq hissəsinin morfostrukturlarının tədqiqi; paleogeomorfoloji tədqiqatlar əsasında qovşaq zonalarında formalaşan müasir relyefin yeni tektonik mərhələdə inkişafı; cənubi Xəzərin morfostrukturu və s. öyrənilmişdir. Son dövrlərdə geomorfologiyaya aid çıxan fundemental əsərlərindən Türkmənistan alimləri ilə müştərək hazırlanın "Cənubi Xəzərin neftli-qazlı vilayətlərinin yeni tektonikası və inkişaf tarixi", "Azərbaycanın relyefi" (Bakı, 1994) monoqrafiyalarını göstərmək olar. Sonuncu monoqrafiyada relyefin genetik formaları və ərazidə paylanması qanunauyğunluqları; tektonik hərəkətlərin zaman-məkan daxilində sürəti və təzahür formalarının kəmiyyət göstəricilərinin müəyyən edilməsi və onların əsasında morfostrukturların ayrılması; geomorfologiyanın nəzəri məsələlərinin həllində və faydalı qazıntılar axtarışında onların rolu göstərilir.
Azərbaycan EA Coğrafiya İnstitutu və Bakı Dövlət Universitetində aparılan geomorfoloji tədqiqatların nəticəsində respublikanın geomorfoloji xəritəsi tərtib edilmişdir. Azərbaycanın ayrı-ayrı ərazilərinə aid daha dəqiq iri miqyaslı xəritələr hazırlanır. Belə xəritələrin bilavasitə quruculuq işlərində- şəhərsalma, kənd təsərrüfatı, nəqliyyat, sənaye tikintisi, yer quruluşu və meliorasiya tədbirlərinin həyata keçirilməsində böyük əhəmiyyəti vardır.
Azərbaycan geomorpfoloqları qonşu respublikaların alimləri ilə sıx əlaqə saxlayaraq, Qafqaz regionunun geomorfologiyasını öyrənmiş və onun xəritəsini tərtib etmişlər. Onlar bu sahədə apardıqları tədqiqatları və əldə etdikləri nailiyyətləri ilə dərin məzmunlu məktəb yarada bilmişlər.
Uzun illərdən bəri apardığı geniş geomorfoloji tədqiqatlara və xəritələrin tərtibinə görə Azərbaycan coğraflarından akad. B.Ə.Budaqov keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin M.P.Prjevalski adına Qızıl medal ilə təltif olunmuşdur.
İlk geomorfoloji tədqiqatların başlanğıcını professor B.A.Antonov qoymuşdur. Azərbaycan EA-nın Coğrafiya İnstitutunda uzun illərdən bəri geomorfoloji tədqiqatlar aparan respublika Dövlət mükafatı laureatı professor N.Ş.Şirinov, BDU-da isə professor M.A.Müseyibov olmuşdur. Onların layiqli ardıcılları (R.Y.Quliyev, A.A.Mikayılov, X.K.Tanrıverdiyev, E.K. Əlizadə və b.) yetişmişdir.
İqlimşünaslıq və hidrologiya elmi ideyaların inkişafı
Ölkədə aparılan coğrafi tədqiqatların ən mühüm sahələrindən biri iqlimşünaslıq olmuşdur. N.M.Fiqurovski tərəfindən əsası qoyulmuş Azərbaycan iqlimşünaslığı həm ölkənin, həm də ona qonşu ölkələrin iqliminin öyrənilməsində bir sıra müvəffəqiyyətlər əldə etmişdir. İqlim qurşaqlarına, günəş radiasiyasına, istilik balansına, Ölkədə baş verən sinoptik proseslərə, hava axınlarının xüsusiyyətlərinə, Xəzər dənizinin iqliminə və s. həsr edilmiş sanballı tədqiqat işləri aparılmışdır.
Azərbaycan Respublikasının istilik balansı atlasını tərtib edən müəlliflər ölkənin Dövlət mükafatına layiq görülmüşlər. İqlimin təsərrüfatla əlaqələrinə aid xeyli işlər aparılmışdır. Azərbaycan iqlimşünaslığına uzun müddət Azərbaycan EA müxbir üzvü Ə.M.Şıxlinski rəhbərlik etmişdir.
Azərbaycanda aqroiqlimşünaslıq məktəbi 1960-cı ildən geniş inkişaf etməyə başlasa da, ilk sanballı əsər hələ 1932-ci ildə İ.Fiqrovski tərəfindən ("Aqrometeorologiya") yazılmışdır. Sonrakı illərdə bu sahə üzrə geniş tədqiqat işləri Ə.C.Əyyubov tərəfindən aparılmışdır.
Meteoroloqlar, iqlimşünaslar iqlim ehtiyatlarını öyrənmiş və onlardan kənd təsərrüfatında istifadə yollarını araşdırmışlar. Respublika ərazisində aqroiqlim rayonlaşdırılması aparılmışdır; müxtəlif kənd təsərrüfatı bitkilərinin–pambıq, üzüm, tütün, zeytun və s. inkişafı üçün iqlim ehtiyatlarından istifadə imkanları öyrənilmişdir.
Ölkəmizin subtropik iqlim zonasında bir ildə 2-3 dəfə məhsul götürməyin aqroiqlim xüsusiyyətləri müəyyən edilmiş, Azərbaycan Respublikasının aqroiqlim rayonları atlası tərtib olunmuşdur. Ə.C.Əyyubovun 1960-70-ci illərdə aqroiqlimşünaslıq sahəsində nəşr etdirdiyi fundamental tədqiqatlar keçmiş SSRİ-nin mükafatları ilə təltif olunmuşdur. Onun "Azərbaycan SSR-nin aqroiqlim rayonlaşdırılması" xəritəsi 1976-cı ildə ölkə xalq təsərrüfat sərgisinin bürünc medalına, 1976-cı ildə çap olunmuş "Azərbaycan iqliminin bonitetləşdirilməsi" monoqrafiyasına görə SSRİ Coğrafiya Cəmiyyətinin F.P.Litke adına Qızıl medalına layiq görülmüşdür.
Respublika aqroiqlimşünaslıq məktəbinin nəticələrindən biri də 1994-cü ildə çapdan çıxmış "Azərbaycan Respublikasının aqroiqlim atlası"-dır. Bu atlas 125 rəngli xəritədən, çoxlu əlavə yardımçı materiallardan ibarətdir. Atlasın elmi əhəmiyyəti onun yetkin proqram əsasında yazılması bir çox xəritələrin orijinallığı, elmi-metodiki aparatının mükəmməlliyi, iqlim ehtiyatları haqqında geniş və obyektiv informasiya verməsindədir. Bu atlasın əməli əhəmiyyəti isə aqroiqlim ehtiyatlarının düzgün qiymətləndirilməsi, respublikanın istənilən rayonunda aqroiqlim ünsürlərinin paylanması, iqlimin məhsuldarlığı haqqında kənd təsərrüfatında çalışan işçilərə dəqiq sorğu məlumatı verməsidir. Coğrafiya elmləri doktoru Ə.C.Əyyubovun rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanan bu atlas 1994-cü ildə Zakir Tağıyev mükafatına layiq görülmüşdür. Yenə də bu müəllifin iştirakı ilə Azərbaycan Respublikasının iqlim-kurort sərvətləri hərtərəfli öyrənilməyə başlanmışdır.
Professor Ə.A.Mədətzadənin rəhbərliyi ilə ölkəmizdə uzun müddət sinoptik meteorologiyaya dair tədqiqatlar aparılmışdır. Azərbaycan coğraflarının respublika, Şimali Qafqaz, Xəzər dənizi üçün qısa və uzun müddətli hava proqnozlarının verilməsində əməyi böyükdür. Azərbaycandakı sinoptik proseslərin tipləri, sinoptik iqlim rayonları müəyyənləşdirilmişdir. Meteoroloqlar ekstremal iqlim hadisələri törədən atmosfer proseslərini və onların proqnozlarını öyrənmişlər. Ölkə kurortlarının mikroiqlimləri tədqiq edilmiş və onların müalicə-sağlamlıq işlərinə təsiri araşdırılmışdır. Respublika sənaye mərkəzlərinin iqlim şəraitinin və hava hövzələrinin çirklənmə dərəcələrinin öyrənilməsinə xeyli fikir verilmişdir.
BDU-nun coğrafiya fakültəsində Azərbaycan ərazisində meteoroloji kəmiyyətlərin müxtəlif təminatlarının təyini, aqroiqlim, bioiqlim və konkret ərazilərin (Naxçıvan MR, Qarabağ regionlarının) kompleks iqlim xarakteristikası, atmosferin mühafizəsi və iqlim dəyişmələrinə dair sanballı tədqiqatlar yerinə yetirilmişdir (V.A.Nadirov, B.H.Məmmədov, B.Ə.Məmmədov, Ə.S. Məmmədov).
Əməkdar elm xadimi, professor S.H.Rüstəmovun rəhbərliyi ilə Azərbaycanda geniş hidroloji tədqiqat işləri aparılmışdır. Ən müasir metodlarla çay və göllərin coğrafi xüsusiyyətləri öyrənilmişdir. Çayların su rejimi, balansı, su ehtiyatları, axımı, enerji ehtiyatları, göllərin xüsusiyyətləri, onların təsnifatı, su anbarları, çay və göl sahillərinin dinamikası və s. məsələlər dərindən tədqiq edilmiş və hidroloji xəritələr tərtib olunmuşdur. Hazırda institutun hidrologiya şöbəsinə S.H.Rüstəmovun tələbəsi R.N.Qaşqay rəhbərlik edir.
Azərbaycanda axım proseslərinin öyrənilməsi üzrə son illər intensiv tədqiqatlar aparılmış, yeni təhlil metodlarından o cümlədən riyazi statistikadan istifadə edilməyə başlanmışdır. M.Ə.Məmmədov statistik sıranın hər birinin təminatını hesablamaq üçün mövcud düsturlarda səmərəli düzəlişlər etməklə dağ çaylarının maksimal su sərfinin hesablanmasını aparmışdır (M.Ə.Məmmədov "Dağ çaylarının maksimal su sərfinin hesablanması" L.1989, rus dilində).
Qurunun hidrologiyasına dair aparılan yeni aktual tədqiqatlar sırasına F.Ə.İmanovun "Qafqaz çaylarının minimal su sərfi" (Bakı, 2000), M.Ə.Məmmədov, F.Ə.Məmmədov, N.Ş.Hüseynovun "Quraqlığın meteoroloji əsasları və hidroloji proseslər" (Bakı, BDU, 2000), M.Ə.Məmmədov, F.Ə.İmanov, R.N.Məmmədov "Hidrometriya" (dərslik, Bakı, 2000) və b. daxildir. Bu sahədə aparılan tədqiqatların istehsalla daha sıx əlaqələndirilməsi işləri (M.Ə.Məmmədov, H.Y.Fətullayev "İnsanın təsərrüfat fəaliyyətinin su sərfinə təsiri", Bakı, 1992) son illər xeyli genişləndirilmişdir.
Aparılan tədqiqatlar aşağıdakı problemlərin: su anbarları və hidroelektrik stansiyalarının su sərfi və səviyyə rejiminə olan tələbatının müəyyən edilməsi, tikilən iri su anbarlarının ətraf mühitə təsiri və su anbarları kadastrının tərtibi və s. həllində geniş istifadə olunur.
Azərbaycanda hidrologiya elminin əsas istiqamətlərindən biri olan dağ çaylarında baş verən sel hadisələri, ekoloji axım, məcra prosesləri və s. tədqiq edilməkdədir. Dağ çaylarından ən narahatları olan Kişçay, Kümrükçay və Baş Qafqazın digər belə rejimli çayları üzərində sel hadisələrinin öyrənilməsi işləri aparılmışdır. Bu tədqiqatlar nəticəsində sellərin formalaşma xüsusiyyətləri, təsərrüfat baxımından ərazilərin sel təhlükəsizliyinin qiymətləndirilməsi və sel-təhlükəli çay hövzələrinin təsnifləşdirilməsi və rayonlaşdırılması, sellərlə mübarizə tədbirləri işlənib hazırlanmışdır.
Ardı var...
Taptıq Həsənov
Əbdürrəhim Hacızadə
"Coğrafiya tarixi"
XƏBƏR LENTİ
Koçaryan yenidən hakim qarşısına çıxarılır
Bakıda Ebola virusu? 8 nəfər həkimə müraciət etdi
Məşhur müğənni vəfat etdi-FOTO/VİDEO
Üzüm çəyirdəyinin faydaları
İranda zəlzələ
2019-un ilk moda həftəsi
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
“Ayfon” pasportu əvəz edə bilər
Dünyadakı “Ən”lər silsiləsindən
Yaponiyada fəlakət: onlarla aviareys ləğv edildi
Moda ilə bağlı izləyə biləcəyiniz filmlər
Koronavirusa görə Azərbaycanda rayona giriş-çıxış məhdudlaşdırıldı
BMW Z4 təqdim olundu
"Qaz ayağı" peçenyesi (foto-resept)
Milçək və ağcaqanadlar koronavirusa yoluxdura bilər? - Professor açıqladı
Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? - RƏSMİ
Bu ilin trend rəngi: Canlı Mərcan
Hərbi xidmətdə yenilik
Məşhur aktrisa uşaqlıq FOTOsunu paylaşdı
"Yanan binada məhv olan təhsil sənədlərinin hamısı bərpa olunacaq"
ABŞ-ın növbəti prezidenti DONALD TRAMPdır
Ağ dişlər üçün ən sadə üsul
Faydalı məsləhətlər
Uşaq otağı dizaynı
Manatla bağlı xoş xəbər
Düşüncə dərsi (4)
Dostları sayəsində dünyanı gəzdi
Günün qoroskopu: sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Kottiqli pəriləri (1-ci hissə)
Ana südünü artıran içkilər
Nobel mükafatı laureatı vəfat etdi
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Erkən qocaldan 6 SƏBƏB
Ana namizədləri üçün uşaq mebelləri və bəzi məsləhətlər
İngiltərədə 130-a yaxın kitabxana bağlandı
“O səs Türkiyə”nin münsifləri bu qədər qazanacaq
Azərbaycanda xarici pasportların verilməsində yenilik
İnsanın dahiliyini təyin edən xüsusiyyətlər
Saç üçün maskalar
Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər
Çimərlikdə uşaq barmağı tapıldı
Azərbaycan analoq TV yayımını fevralda dayandıracaq
“Samsung” parçalana bilər
Sosial şəbəkələr haqda qanun olacaq?
Quru öskürəyi aradan qaldıran içkilər
Şokoladlı "Napoleon" tortu (foto resept)
Demet Akalının hədəfi indi də İvana Sert oldu
Qan azlığının qarşısını alan 5 faktor
- ŞƏRHLƏR