Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.
Qadin.Net-in məlumatına görə, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdü. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. AXC yarananda Azərbaycanda milli ordu deyilən bir şey yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.
Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.
AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.
1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
Qeyd edək ki, 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev hərbi paradlarda çıxış edib

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək
