Yeni yazdığım şeirlərimdən ikisini paylaşmaq istərdim. Şeirlərimin özəlliyi ondan ibarətdir ki, oxuyarkən dodaqlarınız bir-birinə dəyməyəcək
I
Yenə eşqin alovunda yanır kövrək ürəklər,
Yenə sonsuz xəyallara dalır sehirli hisslər.
Gözləyər qarşılığı, yenidən gülsün deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
İsindiyi əllərin əllərində yad əllər,
Ürəyi qırıq, yolu qaranlıq girişlər.
Dua edər yalvarar istəyə çatsın deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
Saxta görüş, saxta sözlər və yalançı gülüşlər,
Sönük həyat, susuz güldan və rəngsiz ağ çiçəklər,
Xəyalında şəkillər, divarda tək çərçivə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
Yaşananlar var onda soyuq, quru xatirələr,
Sonuncu eşq dəftərini gizlicə vərəqləyər.
Əlindəki üzüyü ondan alarlar deyə,
Və səssizcə sağ əlini sol əli ilə gizlədər.
II
Yenidən yeni arzu cücərir kiçik evdən,
Yaz gəlir, çovğun gedir yolunun üzərindən,
Nəfəs alır, həvəs alır yeni doğan günəşindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Gecələri ulduzlara danışır hisslərindən,
Gündüzləri yorğunluğu oxunur gözlərindən.
Təkrar-təkrar yenə soruşur sözləri dənizindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Zövq alır hər çiçəkdən, ətirindən, ləçəyindən,
Nur saçır ətrafına ağlındakı izlərdən.
Fərqli səs var ürəyində, hiss olur gəlişindən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Fikirləri qarışıq, dəli deyil dəlisindən,
Aynalarda saatlarca söz soruşur özündən.
Dəyişilir, artıq hər an qorxulur gülüşündən,
Kiçik ürək deyəsən aşiq olur yenidən.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dollar kreditlərinin taleyi ilə bağlı qərar
Körpəni yuyundurarkən diqqət ediləcək məqamlar
Ağıllı və müdrik qadın arasındakı fərqlər
Avropa və Asiyanın arası qaranlığa qərq olacaq
Kök şirəsi möcüzədir
Sinem Kobal Ana olmağa hazırlaşır-FOTO
Planşetlər daha yaxşı qorunacaq
Boşluq tapıldı
Zövqlü divar rəsmləri
Heç vaxt görüşmədiyi kişi ilə ailə həyatı qurdu
20 ilin ən güclü tornadosu olub
Çəki artırmayan çərəzlər
Lətifələr
Qutunu açanda ölümcül infeksiyaya yoluxdu - FOTO
Ronaldo daha bir rekord vurdu
Hamilələr üçün bandajı necə geyməli?
Şayiələr hər tərəfdən hücuma keçir
2013-2014-cü ilin makiyaj və saç modelləri
Dua Lipa geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hamilələr üçün maraqlı koftalar
Qatıqlı buğda salatı (foto-resept)
Bu şagirdlər üçün imtahan müddəti artırıldı - QƏRAR
Uzunömürlülər
Azərbaycanda hərbçilərə yeni imtiyazlar veriləcək
Azərbaycanda yenidən "kolxoz" yaradılır
Gürcüstanın ilk qadın prezidenti and içdi
Azərbaycanda vergi yığımında dəyişiklik
Aspirin maskasıyla gözəlləşək
Azərbaycana gəlmiş məşhur aktyor ölkəsinə geri qayıtdı-SƏBƏB
HAVA necə olacaq?-28 Sentyabr
Alma sirkəsinin faydaları
“Jet sosyete” serialı final edir
Azərbaycanlı iştirakçı “O Səs Türkiyə”ni gözəlliyi ilə FƏTH ETDİ - VİDEO
Dünya tarixinin ən böyük sirlərindən biri açılır?
Uşaqlarla yaxşı münasibət qurmağın yolları
Məni aldada bilməzsən, bu şəkər deyil!
BMT-dən dəhşətli Yəmən açıqlaması
Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı - RƏSMİ
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Tarixin ən bahalı 5 telefonu - SİYAHI
Hava haqqında - 23.02.2014
2015-ci ildə kommunal xidmətlərdə qiymət artımı olacaq?
"Əziz Novruzum" (I hissə)
"Miss England 2018" -in tarixdə ilk müsəlman qız-FOTO
Təbiət aptekindən bəzi həblər
Yol polisi Azərbaycanda uşaqlarla bağlı təhlükəsizlik aylığına start verir
Azərbaycanın 2 qadın boksçusu finalda
Poçtalyon insanları əyləndirməyin maraqlı üsulunu tapıb
114 yaşlı nənənin uzunömürlülük sirri
Özünü reallaşdırmaq
- ŞƏRHLƏR