Hər insanın həyatında yaşadığı xatirələr var. Acı olsun, ya şirin onlar bizdə bir iz qoyub keçirlər. Qarşıdan hər birimizin çox sevdiyimiz və yolunu səbirsizliklə gözlədiyimiz Novruz bayramı gəlir. Bu münasibətlə hər birinizi təbrik edir, sizlərə xöşbəxtlik, sevgi, sevinc göz yaşları ilə dolu bir bayram arzulayıram. Allah süfrəniz bərəkətli, ürəyinizi nurla dolu etsin.
Indi isə bir-birimizin Novruzla bağlı xatirələri ilə tanis olaq.
Hazırsız? ...
Onda getdik
Louis Vuitton (Ekspert)
Bilmirəm bu bayram milli adət-ənənələrimizlə dolu olan bir bayramdır deyəmi, yoxsa nə özəlliyi varsa, elə uşaqlıqdan bu bayram gələndə özümü çox xoşbəxt sanıram. Bəlkə də ad günüm də bayram ərəfəsinə düşür deyə daha çox sevinirmişəm. Bir mahnının sözlərində deyilir:
"Uşaqlıq illərim yolda yorulub,
Onların əlindən tuta biləydim..."
O illəri o qədər həsrətlə, o qədər şirin xatirələrlə xatırlayıram ki, deyirəm kaş heç böyüməyəydim, elə o illərdə qalaydım...Qarabağ bölgəsində bu bayram xüsusi təmtəraqla keçirilir. Ta qədimdən qalan bütün adət-ənənələrə sadiqlik nümayiş olunur bu bayramda. Bayrama bir həftə qalmış evdə təmizlik işləri başlayardı. Həyətin ən gizlin küncündən tutmuş, evin qapısı-pəncərəsinədək hər yana əl gəzdirilər, yenilik gətirilərdi. Mənim boynuma hər zaman pəncərələri silmək düşürdü. Çox ağır bir iş idi. 2 mərtəbəli ev, həm də kənd evi görün nə qədər pəncərə var idi. İndi 2-3 pəncərini siləndə elə bilirik dünyanın işin görmüşük. Gözəl çiçəkləri, gülləri, çiyələyi, moruğu olan bir bağçamız vardı. Ən sevdiyim iş o bağçanın hasarını boyamaq idi. Məndən böyük bacımla hər zaman mübahisəmiz düşərdi, hasarı boyamaq üstündə. Təbii mən qazanırdım, çünki atam deyərdi ki, bu evin balacasının işidi, siz gedin ananıza kömək edin...Təmizlik işlərindən sonra şirniyyat bişirmələri başlayardıq. Burda özümü çox işə verməzdim. Qaçardım atamın yanına ki, mən atama lazımam, bizim özümüzün görüləsi işimiz var Ən yadda qalan isə "İlaxır" çərşənbə olardı. Tonqal qalamaq üçün ağac tədarükü qabaqcadan görülürdü. Mümkün ola bilməzdi ki, bir evdən yeddi evə xonça çıxmasın. Bu bayramda qalanan tonqalın böyüklüyü, atılan fişənglər bayramdan sonra məktəbdə danışılmalı idi axı. Fişəng deyəndə bəlkə çoxlarınız çaşacaqsınız, bəli, fişəng, amma özümüzün ideyamıza görə hazırladığımız. Bir odun parçası götürərdik, üstünə qalın parça dolayardıq, üstünə də o ki, var neft tökərdik. Yandırıb hündür bir təpənin üstündə gecənin qaranlığında fırladıb gücümüz çatan qədər uzaqlığa atardıq. Kəndin hər tərəfindən bu işıqlar gələrdi...Necə gözəl günlər idi...Sonra da üstümüzdən ocaq iyi gələ-gələ evə dönərdik, təbii hər dəfə də mən danlanardım. Elə bil məni ocağın içinə basıb çıxarmışdılar. Bu orta məktəbi bitirənədək də belə davam etdi, ayrıla bilmirdim uşaqlıq illərimdən. Yəqin bir zamanlar onu çox özləyəcəyimi duyurmuşam...O qədər xatirələrim var ki, yazsam gərək bir xəbər mənə ayrıla. Bu qədər kifayətdi, yoxsa donub qalacam xatirələrin əlində...
Gülşən29 (Redaktor)
Novruz bayramını çox sevirəm. Şirniyyatlar, oyunlar və ən əsası tonqal. Ən yadımda qalan hadisə odur ki, qapı pusdu deyirlər. Qapı pusmaq istəyirdim ömrümdə ilk dəfə. Çox dedim gedim ya yox. Həmişə qorxurdum ki, birdən mən qulaq asanda kimsə qapını açar. Nəsə axır qərara gəldim ki, gedim. qapını açdım ki, üzbəüz qonşunu qapisını pusum eyni vaxta qonşuda qapını açdı. Sən demə o da bizim qapıya qulaq asmağa gəlirmiş. Yəni qorxduğum başıma gəldi. Amma onu da deyim o qədər güldük ki, bir-birimizə. Birinci və axırıncı qapı pusmağım oldu.
R.G.AL-SU (Yaqut)
Əvvəla fürsətdən istifadə edib, bütün Qadın.net ailəsinin bayramını təbrik edirəm, ocağınızdan istilik, süfrənizdən ruzi-bərəkət əskik olmasın inşallah. Novruz bayramı həmişə maraqlı, hamı kimi eyni keçib bizdə də .Mənim üçün ən yadda qalan hadisələr 2004-cü ilə qədər yaşadığım bayramlar olub. Kəndimizdə kos-kosa adı ilə, 5-6 cavan həyətbəhəyət gəzib, çalıb-oynayırlar. Bayram axşamı mən pəncərəni açmaq istəyəndə həyət qapımız açıldı və qadın paltarında,hay-küylü cavanlar həyətə doluşanda necə qorxdumsa, səhərədək otaqdan çıxmadım. 1 dəfə də qapıdan çıxmaq istəyəndə, qapı açıldı və atılan papaq üzümə dəydi. Elə bildim yarasa quşudu-çooooooooox qorxmuşdum onda da. Amma ən yadda qalanı, 2004-cü ildə bayram çərşənbəsi axşamı oldu, qaranlıqda evimizin önündə ağ paltarlı, hündür bir canlı gördüm və saat 12 tamamda, düz bayram daxil olan anda, anidən nənəm rəhmətə getdi. O il, bu il hər bayram gecəsində o gecəni və o ağ paltarlının nənəmi aparmasını xatırlayıram...
Gulxare (Firuzə)
Mən ailə qurduqdan sonra qardaşımı əsgər apardılar. Üç-dörd ay keçmişdi, qardaşım üçün çox darıxırdım. Novruz bayramına az qalmışdı, qaynanamla şəkərbura bişirirdik. Radio qəbuledicini dinləyirdik. Birdən qəmli mahnı səsləndi. Qardaş haqqında mahnı oxunurdu. Elə yanıqlı oxuyurdu ki, gözümün yaşı damcı-damcı ovucuma tökülürdü. Qaynanam bunu gördü və mənə ürək dirək verməyə başladı, "- darıxma qızım, ALLAH qoysa sağ salamat gələr inşallah-" Otaq isti olduğundan qapını az-acıq aralı saxlamışdıq. Və birdən qapının arasından əsgər paltarı gözümə sataşdı. Gözümün yaşını sildim, yaxşı-yaxşı baxmağa çalışdım. Hə, səhv etməmişdim. "Qaqaş" deyib özümü necə eyvana atdımsa, qardaşıma sarıldım... Bayrama görə qardaşım bir həftəlik gəlmişdi. Bu anı heç vaxt unutmuram. Bir dəfə də bizə qurşağ atdıda papaq atmışdılar, papağın içində kağız var idi. "Xaiş edirəm şirniyat verməyin, evimizdə də var. Pul versəniz sevinərəm" yazlmışdı. Bu qədər...
Nermin Ceferova (İstifadəçi)
Bütün Qadin.net-liləri Novruz bayramı münasibəti ilə urəkdən təbrik edir, bahar təravətli günlər arzu edirəm. İndi isə keçək əsas mətləbə. Novruzla bağlı bütün xatirələrim xoş və yadda qalan olub. Amma bir xatirəm heç unudulmazdır. Çünki, ilk bayram idi ki, heç sevinmirdim. 9-cu sinifdə oxuyurduq. Ceylanla bir sinifdə oxumuşuq, uşaqlıq dostlarıyıq, həm də qonşu olmuşuq. Bayrama az qalmışdı, özü də orucluq ayı idi. Hami evdə şəkərbura, paxlava, bir sözlə, müxtəlif şiriniyyatlar hazırlayır, böyük sevinclə bu gözəl bayramı qarşılamağa hazırlaşırdılar. Axşamçağı olardı. Qapımız döyüldü, gələn Ceylanın böyük qardaşı idi. Ağlayırdı ki, bacim sabah məktəbə gedə bilməyəcək, çünki ayağı yanıb. Tez onlara getdim. Çox pis mənzərə idi. Mən də çox pis olmuşdum, axı, o mənə bacı kimidir. Həmin il bayramı qanıqara qarşıladıq. Sizlərin qanını qaraltmaq istəməzdim, amma nədənsə insan kədərli günlərini heç unutmur, xöşbəxt günlərini isə o qədər də xatırlamır. Hamınıza sevinc dolu günlər arzu edirəm. Qanınız nə bayramqabağı, nə də sonrakı günlərdə qaralmasın. Amin.
Fatma xanım (Ekspert)
Canım o qədər gözəl Novruzlar keçirmişik ki, hamısıda bir xatirə, amma başıma gələn ən gülməlisini yazacam. Bizim kənddə bayram günü hamı bir-birini sulayırdı. Day o qız qalmırdı suyun içində olmaya, bizim evdə bulağa yaxın idi, amma bizim kənddə hamam yox idi deyə elə yatdığımız otaqda çimirdik. Deməli, anam-atamı çimdirib, yekə vanna dolu çirkli su evin ortasında qalıb. Elə bu dəm, əmim oğlugil gəlib məni sulamağa, düz girdilər evin içinə əllərindəki vedrələri tökdülər başıma. Suları qurtardı və başladılar vedrəni həmin çirkli su ilə doldurub başıma tökməyə, təsəvvür edirsiz, doğrudu ondan sonra bir müddət xəstə yatdımsa da yadımda qalan ən maraqlı bayram oldu.
DENIZ (İstifadəçi)
Ən sevdiyim bayramlardan birdə Novruz bayramıdır. Bu bayramı ailəmlə birlikdə çox səbirsizliklə gözləyirik. Bu bayramın çox gözəl adət-ənənələri vardır. Bunlardan biridə tonqaldan hopbanmaqdır. Axır çərşənbədə həyətimizdə böyük bir tonqal yandırmışdıq. Hər kəs çox əylənirdi, sonra hamı bir-bir ocaqın üstündən tulanmağa başladı. Dayanmadan tez tonqalın üstündən atlanmaq istəyirdim. Mən ocaqdan atlanarkən qardaşım zarafatla alovlanan közü mənə tərəf atdı və yanağımdan cidi yanıq xəsarəti aldım. Bu hadisədən sonra bir daha tonqalın ətrafına belə getmədim. Bu qədər.
MELEYIM (İstifadəçi)
Sizə 3 il bundan əvvəl Novruz bayramında başıma gələn bir hadisəni danışacam. Novruz bayramı günü ilk dəfə idi ki, rayona getmişdim. Bayramı rayonda keçirəcəkdik. Axşam uşaqlarla çıxdıq papaq atmağa. Hərə bir tərəfə getdi. Məndə bir həyətə yaxınlaşdım ele darvazanı acdımki girim həyətə papaq atım, it ustümə hücum etdi. Necə qaçmışam həyətdən özümdə bilmirəm. Amma it xeyli arxamca qaçdı, bəxtim onda gətirdi ki, evimizdən çox uzağa getməmişdim. Düşündüm ki, küçə qapısına qaçsam hec kim eşitməyəcək, qapını döydüyümü, ən yaxşısı həyətə girib, evin qapısına qaçım oda başıma belə hadisə gəldi. Çox qorxmuşdum onda. Amma indi yadımıza düşəndə çox gülürük.
mira-amar (Yaqut)
Keçən Novruz bayramında elə bir şey oldu ki, heç vaxt yadımdan çıxmaz. Hər bir rayonda olduğu kimi bizim rayonumuzda da mədəniyyət evinin qarşısında geniş bayram tədbiri keçirilir. Biz də məktəb kollektivi ilə getmişdik, lap qabağda durmuşduq. ,Belə bir qayda var, bizdə kosa kimə yaxınlaşdısa o adam ya oxumalı, ya da oynamalıdır. Kosa gəldi mənə yaxınlaşdı. Nə qədər dedim mən yox əl çəkmədi. Məcburən məndə şeir dedim. Amma çox utandım. Hələdə tanışlar deyib gülürlər bunu. Sonda hər birinizin Novruzunu təbrik edirəm.
в™«в™«в™«DJ AyKaв™«в™«в™« (Firuzə)
Hardasa 2009-cu ilin Novruz bayramı idi. Mən də 10-cu sinifdə oxuyurdum o zaman. Nişanlımla o zaman sevgiliydik. Yeni sevgili olmuşduq. Biz nənəmgilə bayramlaşmağa getmişdik. Arada çox məsafə yoxdu, qonşuyuq elə. O, da orda idi. Mən hara gedirdimsə o da ora gəlirdi Hərə bir yanda söhbət edirdi. Kimisi deyib-gülürdü, kimisi bayramlaşırdı.Mən darıxdım çıxdım küçəyə. O da mənim dalımca çıxdı. Küçədə gəzməyə çıxmışdım. Uşaqlar hərəsi bir tərəfə qaçırdı, sevinclə papaq atırdılar qapılara. Nişanlımın adı Bəxtiyardı. O ,gəldi. Məni çağırdı ki ,hara gedirsən? Mən də dedim ki, gəzirəm özümçün, darıxdım evdə. Nənəmgilin küçələrində də üs-üstə qoyulmuş betonlar var idi. Dedi gəl bura söhbət edək. Getdim, ikimiz oturduq o betonun dalında. Çox həyəcanlı idi. Çünki, bizim sevgili olduğumuzu heç kim bilmirdi. Qorxurduq ki ,kimsə çıxar küəyə görər bizi. Onunçün gözümüzün biri küçə qapısında idi. Bir-birimizin bayramını təbrik etdik, gələcəyimizdən danışdıq, çox gözəl idi hər şey. Mika indi mən burda ən incə nöqtəsinə kimi yaza bilmirəm hər şeyi. Amma, onu bilirəm ki ,həyatımda ən yadda qalan Novruz bayaramım olub. Ondan sonra iki Novruz bayramını onsuz qeyd etdim. Çünki, əsgərlikdə idi. Keçən il də onunla keçirdim. Amma ,bu dəfə nişanlım olaraq. Onu hər şeydən çox sevirəm. O məni həyata bağlayan yeganə varlığqdır. Hər kəsin bayramını təbrik edirəm. Hayatınızın hər anı yadda qalan olsun, Əziz Qadın.netlilər...
Realist (A-N) (Zümrüd)
Son illər Novruz bayramını xüsusi təlaşla keçirdiyim yadıma gəlmir. Ən çox uşaqlıq, məktəb illərimdə baş verən bayramları xatırlayıram. O zamanlar xüsusi təlaş, sevinc içində olurduq. Anam bayram şirniyyatları hazırlayırdı. Mən də ona kömək edirdim. Ən çox yaddaşıma əks olunan hadisə bayram yumurtalarıdır. Ağlayırdım ki, çoxlu rəng alıb yumurta boyayaq. Anam isə icazə vermirdi ki, boya ziyandı, həm də qazanlarımı korlayacaq. Ancaq soğan qabığı ilə boyayırdıq. Ehh, nə günlər var idi. İdi yadıma düşəndə gülüb keçirəm. Ən xatırlamalı hadisəm bunlardan ibarətdir. Təşəkkür edirəm.
Ləman_ (Mirvari)
Novruzla bağlı yadımda qalan bu hadisədir. Bilmirəm nə qədər maraqlıdır ya yox. Deməli, Novruz bayramı idi, biz də təzə televizor almışdıq. Şamları yandırdıqdan sonra, məndə qəşəngcə şamları qoydum televizorun üzərinə yedik içdik birdə şamları televizorun üzərindən götürəndə gördük ki, televizorun üzəri əriyib bu mənim yadımda qalan hadisədir
P.S. Xəbərdə iştirak etmək istəyən hər kəs öz hekayəsini yazıb mənə göndərən bilər ,Azərbaycan əlifbasi ilə yazın ,zəhmət olmasa
XƏBƏR LENTİ
Dünya xalqlarının çay mədəniyyəti
2020 Qızıl Qlobus Mükafatının Sahibləri
Laçın-Sünik sərhədində dalğalanan bayrağımızın görüntüsü yayıldı - FOTO
1 iyunda uşaqlara sürpriz (foto resept)
Bir neçə gün sonra Azərbaycanda hava soyuyacaq
Bəşər Əsəd Suriyada kimyəvi silahın tətbiq edilməsində öz iştirakını inkar edir
Saçların tez çirklənməsinin qarşısını almaq üçün...
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Təəsüf ki.Arsen Vengerin komandası öz ad günündə məğlub oldu
Azərbaycanda qeyri-adi əməliyyat-FOTO
Məşhur film haqda 40 il sonra gələn etiraf
Azərbaycan tarixindən yüz şəxsiyyət-60
13-cü mərtəbədən yıxılan uşağı aşağı mərtəbədəki qonşu havada tutdu - VİDEO
Xocalı soyqırımından 28 il ötür
Bred Pittlə Cenifer Enistonun yaşadığı malikanə illər sonra satıldı-VİDEO
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
Nazir: “Süni mayalanma mərkəzləri 2-3 aya istifadəyə veriləcək”
İllərə görə ən çox qazanan filmlər (1950-1970)
Hava haqqında
Qreypfrut yağının 14 möcüzəvi faydası!
Fındıq qabığındakı möcüzə
HAVA necə olacaq?- 6 APREL
İsrail yenə raket zərbələri endirdi
Dəbli polto modelləri
Günün ulduz falı
Deniz Çakırın məşhur seriala "qayıdışı"-VİDEO
Dərs ilinin müddəti artırıla və yay tətili ləğv oluna bilərmi? - RƏSMİ
Doğuş üçün ideal yaş
Fransanın Azərbaycandakı səfiri: “Gərginlik dövrü bitdi, o səhifə bağlandı”
Türkiyənin baş naziri Azərbaycana rəsmi səfər edəcək
Elmə məlum olmayan dəniz canlısı tapıldı - FOTO
Koronavirusla bağlı "Qaynar xətt" fəaliyyətə başladı
Azərbaycanda ali məktəblərə və rezidenturaya qəbul imtahanlarının vaxtında dəyişiklik edilib
Şahzadə Diananın əlyazısı REKORD qiymətə hərraca çıxarılıb - FOTO
Əliyev ermənini yerində oturtdu
Soyuqdəymənin aradan qaldırılması
Gizli insan üzlərini tapın
Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanıldı - RƏSMİ
Stiv Cobs onun qəhrəmanıdır
Məşhur dieotoloq oruc tutmağın faydasından danışdı
Şamaxı Rəsədxanası: Azərbaycanda maqnit qasırğası hiss olunub və ürək-damar xəstəlikləri olan insanlara təsir edib
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
XƏBƏRDARLIQ: Dolu düşəcək, qar yağacaq
Rusiya Ərdoğanın məktubuna CAVAB VERDİ - İlk reaksiya
Arı “istilası”na məruz qalan şəxsin bədənindən 400 “iynə” çıxarıldı - FOTO
Gəlinliyə uyğun buzqalter necə seçilir?
Apple servisləri artırır
Saçları ilə ailəsinə ev aldı - FOTO
2020 qarderobunuza ilham olacaq məşhurlar
Azərbaycan coğrafiyasının inkişaf tarixi-7 (son)
- ŞƏRHLƏR