Fevralın 26-da “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Əvvəlcə 2 nömrəli internat məktəbinin şagirdlərindən ibarət nəfəs alətləri orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib.
Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra aksiya iştirakçıları müxtəlif dillərdə “Uşaqlar və müharibə” mövzusunda çıxış ediblər.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və aksiya iştirakçıları Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 həmişəyaşıl sərv ağacı əkiblər.
Ağaclardan soyqırımı zamanı şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyaya Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun 120-yə yaxın iştirakçısı, o cümlədən ölkəmizdə təhsil alan və yaşayan xarici ölkə vətəndaşı olan uşaqlar qoşulub.
Qeyd edək ki, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır.

XƏBƏR LENTİ
Şokoladlı, qozlu biskvit (foto resept)
Tapın görək?!
Bahar yorğunluğundan necə qurtulmalı?
Keçmişin dəbi: gəlinin rəfiqələri
Toyuq ətli salat (foto resept)
Məşhur model hər kəsdən gizlətdiyi sirrini açdı - FOTO
Eksklüziv Porsche 911 Turbo S
Ərdoğan Azərbaycana gəlir
Rəfiqələrinizlə izləyə biləcəyiniz filmlər
Palazzo şalvar modelləri
IDEA kampaniyası insanları kimsəsiz heyvanları qorumağa səsləyir
Bu rayonlarda qaz olmayacaq
Günün qoroskopu: Bədxərclik etməyin!
Hadisedən gözlənilməz VİDEO
Şahzadə Dianaya bənzəmək üçün...-FOTO
Zövqə uyğun ayaqqabılar
Bələdiyyələrlə bağlı mühüm qərar
Günün ulduz falı - 10.01.2014
Aptekdə antibiotiklərlə bağlı qaydalara əməl olunmur - RƏSMİ
“Ermənistanın hava məkanına nəzarət edirik”
Təmizlik xəstəliyi
Nikolas Keyc bu dəfə onunla görüntüləndi - FOTO
Tərsinə ev
"WhatsApp"da yenilik: Səsiniz yazıya çevriləcək
TƏBİB sədrindən ölkədə koronavirusun yeni dalğası ilə bağlı MÜHÜM AÇIQLAMA
Azərbaycanda daha 323 nəfərdə koronavirusa yoluxma aşkarlandı
Azərbaycanda dərs ili uzadılır? - Nazir müavinindən AÇIQLAMA
Şumaxer komadan ayıldı
Sabahın HAVAsı
Nadejda Savçenko aclıq elan etdi
Qusarlı qadın həyətində müxtəlif növ heyvanlar bəsləyir - VİDEO
Hansı duyğu hansı xəstəliyə səbəb olur?
Günəşli hava geri qayıdır
Günün ulduz falı
Arqan yağının bədənə faydaları
Diş məcunu ilə hamiləliyi müəyyənləşdir - TEST
Dizaynına heyran olacağınız evlər
23 il sonra Lələtəpədə Quran səsi eşidildi
Taysonun ailəsi onun qalib gələcəyinə inanmır - VİDEO
Ərəb turistlərin Azərbaycana axınının daha bir SƏBƏBİ
Gəlin saçı üçün aksessuarlar
Google axtarışı təkmilləşdirdi
Ərdoğandan acı Qarabağ etirafı
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
Leyla Əliyevanın oğlu musiqi festivalına qatılıb
"Neftçi", “Bakı” və "Sumqayıt" qalib gəldi
"Arka sokaklar"ın Mesutu yenidən ata olacaq
Taksi sürücülərinin xüsusi geyimi olacaq
I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək
100 min uşaqdan biri kisədə doğulur-FOTO
