
Yeni dərs ilinin başlaması ilə əlaqədar 2014-cü il sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.
Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bununla bağlı bildiriblər ki, tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.
DİN rəhbərliyinin göstərişinə əsasən, uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinin aparılaraq, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlər görüləcək, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və s. tədbirlər həyata keçiriləcək.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov isə bununla bağlı Trend-ə bildirib ki, təhlükəsizlik aylığının Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi ilə birgə paytaxt ərazisindəki məktəqəbədər və ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub: "Yeni dərs ilinin başlaması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olması ehtimalı arıtr. Belə şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də uşaq və yeniyetmələrin yol-hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məsələsi qarşıda durur".
Onun sözlərinə görə, "Ölkəmizi tanıyaq" devizi altında keçiriləcək maarifləndirici tədbir çərçivəsində də təbliğat işləri aparılacaq. Rayon təhsil şöbələrinin, məktəb və məktəbəqədər müəssisə əməkdaşlarının iştirakı ilə birgə müəssisələrdə yol hərəkəti qaydalarına dair profilaktik-təbliğat tərbirlərinin keçirilməsi, bu məqsədlə müxtəlif əyani vəsaitlərdən istifadə edilməsi, o cümlədən xüsusi guşə və tədris otaqlarının yaradılması nəzərdə tutulub.
V. Əsədov ictimaiyyəti bu işdə yol polisi ilə həmrəy olmağa səsləyib: "Gəlin, gələcəyimiz olan azyaşlı uşaqların həyat və sağlamlığını yol-nəqliyyat hadisələrindən birgə qoruyaq".
Qeyd edək ki, uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin sayı ümumən azalsa da, cari ilin 8 ayı ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirak etdiyi yol qəzaları zamanı 63 azyaşlı uşaq həlak olub, 145 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Burada hər adama 1000 dollar ödəyirlər" - Facebook-un sahibi yazdı
Gözəlliyin vahiməli tərəfləri haqqında bilmədikləriniz
Dəri tipləri və onların problemləri
Bakıda Novruz festivalı olacaq
Xudaya yar olan şəhidimiz - VİDEO
Murat Yıldırımdan təqdirəlayiq addım
Obama Trampı tənqid etdi: “Hüquqlarımıza hücum edirlər”
Erməni saytının etirafı
Sızanaqların müalicəsi üçün
Emilia Klark QADAДћAlarından danışdı-FOTO
Roman əsasında çəkilmiş ən yaxşı filmlər (1)
Qadınların güclü olduğunu göstərən filmlər
Rəqsanə pəhrizini açıqladı - 22 kiloqram arıqlayıb
500 illik "makiyajlı" qadın cəsədi tapıldı - FOTO
Hər şeyə vaxt ayırın
Körpələrdə göbək yırtığı
General Motors ilk elektrikli velosipedini buraxıb
Mariya Stadnik: "Qələbələrə adət etmişəm"
Sabah yaz havası olacaq
Azərbaycanda analıq məzuniyyəti neçə gündür?
Bakı Nəqliyyat Agentliyindən sərnişinlərə MÜRACİƏT
Məşhur futbolçu karyerasına son qoyur: O, son oyununa çıxacaq
Rəqəmli pazllar (3)
Qara meşə tortu (foto resept)
Əvəzedilməz qadın olmağın sirləri
Dünyanın ən kök qadını öldü - FOTO
Qoltuqaltı qaralmasını necə aradan qaldırmalı?
Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini yenidən sərbəst buraxıldı
Avropa Azərbaycanın əməliyyatından qorxdu
Məşhur azərbaycanlı yazıçı: "O, böyük adam idi..."
Belçikalı futbolçu Zaqatalada
Sertap Erenerin TƏNQİD olundu-FOTO
Sergey Lazarev 12 kq arıqladı
Utanmaq da bir gözəllikdir
Türklər İrəvana axışacaqlar
Selenadan yeni klip - gecə geyimi, yaş saçlar... - VİDEO
Azərbaycanlı ilə erməni qaydasız döyüşçü eyni turnirdə
В«FeysbukВ»un pilotsuz təyyarələrindən ucuz internet
Nəhəngliyi ilə seçilən 10 gəmi
Cennifer Lopez yenidən izləyicilərini heyran qoydu - FOTO
Ceyhun Bayramov XİN rəhbəri kimi ilk xarici səfərinə gedir
Həftəsonları ictimai nəqliyyatın hansı halda bərpa olunacağı açıqlandı - RƏSMİ
Rusiyanın “Eurovision” təmsilçisi ölkəsindən mühacirət etdi
Ricət nədir?
Qurban bayramı İlahi rəhmətin təcəllisidir
Dünyada ən güclü smartfon hansıdır?
“WhatsApp” tarix ola bilər
Geyim nümunələri
Bakı rusların marağında
Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU AÇIQLANDI














