Depressiyaya yol açan səbəblərə nəzər salsaq, onların bitib-tükənmədiyini görəcəyik. Bunlara travmalar, dərdlər, maliyyət çətinlikləri, işsizlik və s. aiddir.
Əgər özünü depressiyada hiss edirsənsə və bu səbəblərdən heç biri səndə yoxdursa, o zaman işin bir qədər çətinləşə bilər. Həqiqət budur ki, şüurunuz sizin depressiyaya girməyinizə səbəb olmur. Əksinə, istəsəniz, şüurunuz bu haldan çıxmaqda sizə çox böyük yardımçı ola bilər.
İnsanı depressiyaya salan elə səbəblər var ki, bunları eşidəndə təəccüblənəcəksiniz. Gəlin, onlardan bir neçəsinə nəzər salaq.
Yay havası
Mövsümi emosianal qarışıqlıq (pozulma) insanı depressiyaya sala bilir. Amerikada insanların təqribən beş faizi fəsillər dəyişərkən, əsasən də yay aylarında depressiyada olurlar. Bu tip insanların bədəni yayda yeni mövsümə uyğunlaşmada çətinlik çəkir və bu uyğunlaşma ləng gedir. Bunun isə səbəbi melatonin hormonu və beyin quruluşu ola bilər.
Siqaret çəkmək
Siqaretin uzun müddət çəkilməsi depressiya ilə əlaqələndirilib. Depressiyada olan insanlar isə daha çox siqaret çəkməyə meyl edirlər. Tərkibindəki nikotin beynin fəaliyyətini zəiflətdiyi üçün bədən istər-istəməz edpressiyaya səbəb yaradır. Təkcə çəkmək yox, siqaretin tüstüsünə daim məruz qalmaq da depressiya yaradır. Çünki onun tüstüsü özündən də təhlükəlidir. Ona görə də siqaretdən və siqaret çəkilən yerlərdən və ya çəkənlərdənn uzaq durmaq lazımdır.
Qalxanvari vəzin xəstəlikləri
Qalxanvari vəzdə müəyyən problemlər yarananda depressiya da onunla birgə yarana bilir. Bu zaman qalxanvari vəz yetərincə qalxanvari vəzi hormonu istehsal etmir və bu depressiya yaradır. Bu hormon çoxfunksiyalıdır. Amma onun əsas vəzifəsi serotoninin səviyyələrini tənzimləməkdir. Ona görə də qalxanvari vəzinizdə bir problem yaranan kimi onu müayinə və müalicə etdirin.
Yuxusuzluq
Yuxusuzlu və az yatma halları insanın sinir sistemini gərginləşdirir və əsəbiliyi meydana gətirir. Buna görə də o, depressiya riskini artırır. Hər birimizə məlumdur ki, yuxusuz insan və ya yuxusunu tam almamış adam əsəbi olur, diqqətini hər hansısa bir işdə cəmləyə bilmir. Bundan əlavə yuxusuzluq immunitetin də aşağı düşməsinə səbəb olur ki, bu da istənilən bir xəstəliyə rahatlıqla yol açır.
Facebookdan çox istifadə
Söhbət otaqlardın, çatlarda və sosial şəbəkələrdə çox vaxt keçirirsiniz? Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, sosial şəbəkələrdən çox istifadə edənlər rahatlıqla depressiyaya məruz qalırlar. Bu, xüsusən də gənclərə aiddir. İnternet narkomanları yoldaşlıq münasibətlərinin real həyatda alınmadıqlarını görərək şəbəkələrə üz tuturlar və ömürlərinin demək olar ki, çox hissəsini bilmədən də orada keçirirlər. Onların artıq həyata dair qeyri-real nöqteyi nəzərləri də formalaşmağa başlayır. Bir sıra alimlər bu sindromlu insanların tutulduğu depressiyaya “Facebook depressiyası” adını veriblər.
Teleşou və ya filmlər
Televiziya şousu, film kimi vacib bir şeylər sona çatanda insanda narahatlıq və depressiya yaranır. Bu tip hallar daha çox serial və filmlərdə özünü büruzə verir. Çünki insanlar uydurma və qeyri-real aləmə özlərini daha çox bağlayırlar. Çünki serial və filmlər insanları gerçəklikdən və problemlərindən müvəqqəti də olsa, uzaqlaşdırır. Daha yaxşı olar ki, problemlərdən qaçmaq əvəzinə onların üzərinə gedib həll edilsin.
Yaşadığınız yer
İnsanın yaşadığı yer də onun ruh halına təsir edir. Şəhərdə yaşayan insanlarda depressiya və stress halları kəndlərdə və təbiət qoynunda yaşayanlardan qat-qat çox müşahidə edilir. Şəhər sakinləri günlük tıxac, hava çirkliliyi və s. kimi hallarla qarşılaşdıqları halda təbiət qoynunda yaşayanlar belə problemlərlə üzləşmədiyi üçün onların ruh halları və əsəbləri xeyli sakit olur. Ona görə də sənaye şəhərlərində yaşayan sakinlər imkan olduqca tez-tez tətilə çıxmalıdır.
Seçimlər
Mağaza və super-marketlərdəki məhsul seçiminin artması da bir sıra insanlarda əsəbi pozğunluğa gətirib çıxara bilir. Alış-veriş edərkən nə alacaqlarına əvəlcdən dəqiq qərar verənlər olduğu kimi bu qərarı qəbul edə bilməkdə aciz olanlar da var. Elələri hər zaman hər şeyin ən mükəmməlini və ən keyfiyyətlisini almağa çalışırlar. Bir məhsuldan digərinə keçir, hər birini incələyirlər və beləcə həm zaman itirirlər, həm də seçimləri getdikcə çətinləşir. Bununla da sinir sistemi qıcıqlanmağa başlayır. Ona görə də alış-verişə çıxarkən daha yaxşı olar ki, əvvəlcədən ehtiyacların siyahısı tutulsun və artıq heç bir şey alınmasın.
Pəhrizdə səhv
Pəhriz saxlayanlar əgər pəhriz menyusuna qızıl balıq və bitki yağlarını əlavə etmirlərsə, o zaman onlar depressiya riski ilə qarşılaşa bilərlər. Çünki bu ərzaqların tərkibindəki omeqa3 yağlı turşusu istehsalı depressiyanın qarşısını alır və bədənin normada qalmağına kömək edir. İnsan pəhriz saxlayarkən istər istəməz bir qədər gərginlik keçirir. Ona görə də tərkibində omeqa3 olan ərzaqlara da pəhriz menyusunda yer verilməlidir.
XƏBƏR LENTİ
Qadınlar üçün Ən Təhlükəli 10 Ölkə
Qeysəriyyə əməliyyatı haqda nə bilirik?
Putinin gözlənilən Türkiyə qərarı
Türk pizzası (foto resept)
Qadınlar üçün ev başmaqları
Can Yaman efirlərə qayıdır
BÜRCLƏR bizə nə vəd edir? -6 İyun
Çəyirtkələr şəhərləri işğal etdi - VİDEO
Tənbəlliyi aradan qaldıraq (3-cü hissə)
Dəbdəbəli platformlar
Sahib olmağımız lazım olan 4 dost modeli
Azərbaycanda bəzi ərzaq məhsulları bahalaşdı
Qarın piylərini əritmək üçün pəhriz
Seyfi Güney və Osman Delicenin küçə sənəti
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR - VİDEO
CV necə yazılır?
Sezonun ən iddialı trendi: Qabarıq qollar
Ütü necə təmizlənməlidir?
Hava haqqında
Ən böyük seysmik bomba zərərsizləşdirilərkən partladı - VİDEO
95 yaşlı milyarder evləndi-FOTO
Uşaq otağı dizaynı
Əli Abbasov vəzifəsindən azad edildi
Şahməran aksesuar modelləri
Dəhşətli bəla Ukraynaya döndü
Britaniya kraliçası pandemiya müddətində ilk dəfə maskalı göründü
Qızı sosial şəbəkə üçün mahnı oxuyarkən anası tavandan düşdü – VİDEO
Çiyələkli smoothie (foto resept)
Yeni doğulmuş körpələrdə qusmanın səbəbləri
Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA
Əməkdar artistin səhhəti ağırlaşdı
Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir
Bu şəlalədən tez qaçmaq gərəkdir
Aysel Teymurzadə həyat yoldaşını təbrik etdi!
COVID-19-a yoluxduğunu hiss edən şəxs nə etməlidir? - Nazirlik rəsmisi qaydaları AÇIQLADI
Ulduz futbolçu: "Azərbaycan dilini..."
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
Ölüm ayağında olan insanların 5 peşmançılığı
Dəniz Səki 22 kq arıqladı-FOTO
Məşhurlar makiyajsız necə görünür?
Bakıda abituriyent problemini necə həll etsin?
Qeyri-adi gəlin maşını-FOTO
Azərbaycanda koronavirusa 1202 nəfər yoluxdu, 18 nəfər vəfat edib
Dünyanın ən eksklüziv uçuşu: Barak Obamanın nadir fotoları
Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
"Kurtlar Vadisi"nin aktyoru qəfildən öldü-FOTO
Günün qoroskopu: bacarıq və biliklərinizdən yararlanın
Alimlər Yerə düşən meteoritlərdə su izləri aşkar ediblər
Xoşbəxt ailə həyatı üçün məsləhətlər
Kosmetikadan istifadənin təhlükəli nəticələri açıqlandı
- ŞƏRHLƏR