Siz hər hansı bir vəzifəyə namizədliyinizi verərkən tərcümeyi-hal yaxud da CV (latın dilində Curriculum Vitae) yazırsınız. CV- də əsas məqsəd sizi işə götürəni inandırmaqdır, yəni bu vəzifə üçün mən ən doğru insanam, qeyd olunan bütün tələblərə cavab verirəm və s. CV sizin işəgötürənlə yaratdığınız ilk əlaqədir.
Yaxşı CV necə yazılmalıdır?
Mütləq deyil ki, siz keçdiyiniz bütün kursları qeyd edəsizin, xüsusilə də əgər bunların iddialı olduğunuz vəzifə ilə heç bir əlaqəsi yoxdursa
CV-nin uzunluğu A4 vərəqi ilə 1-2 səhifədən çox olmamalıdır.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, CV yaxşı tərtib olunmalıdır, yəni orada orfoqrafik səhvlərə və yanlış məlumatlara yol verilməməlidir.
Əgər CV-ni kompüterdə hazırlayırsınızsa, sadə şrift seçin (məsələn Times New Roman), mətnin hərf ölçüsü 10-12 arası, adı isə 16-nı keçməməlidir.
İşəgötürən iddialı olduğunuz əmək haqqının CV-də göstərilməyini vurğulamayıbsa, siz də bu haqda qeyd etməməlisiniz.
CV-yə fotoşəklin əlavə olunmasının müsbət və mənfi yönləri var: sizin xarici görünüşünüz işəgötürənin fikirlərinə müxtəlif cür təsir edə bilər.
CV-ni hazırlayarkən işəgötürənin CV-də qeyd etmənizi istədiyi məlumatlara fikir verin. Məsələn hər hansı bir şirkət saytında özünəməxsus bir CV forması yaratmış və siz də onu doldurmalısınız, yəni sizin vərəqdə aparacağınız CV onlar üçün lazımsızdır.
CV necə doldurulmalıdır?
1) Qısa bioqrafik məlumat
Ad, soyad
Yaş
Doğum yeri və tarixi
Doğma dil
Cins
Ailə vəziyyəti
Uşaqların sayı və yaşı
Ünvan -yaşadığınız yerin ünvanını qeyd edin, əgər orada qeydiyyatda deyilsinizsə o zaman qeydiyyatda olduğunuz yerin ünvanını yazın
E-mail ünvanı
Telefon nömrəsi - sizi asan tapa biləcəkləri bir nömrə qeyd etməlisiniz. Əlavə olaraq digər nömrələr də yaza bilərsiniz. Əgər CV-ni digər başqa bir dövlətə göndərəcəksinizsə, o zaman öz ölkənizin beynəlxalq kodunu daxil etməlisiniz
2) Təhsil
Təhsil müəssisəsi
Təhsil müəssisəsinin adı (universitet və ya orta məktəb)
İxtisas və təhsil dərəcəniz (orta, peşə, ali məktəb)
Təhsil müəssisəsinə daxil olma və bitirmə iliniz
Əlavə təhsil/kurslar
Müəssisənin və ya kursun adı
Təcrübədə və ya kursda olduğunuz illər
Əgər müraciət etdiyiniz işin sizin keçdiyiniz kurslarla heç bir əlaqəsi yoxdursa məsləhət olardı ki, bunları qeyd etməyəsiniz
3) İş təcrübəsi
İşə başladığınız və bitirdiyiniz ay, il
İlk və son iş yeriniz
Vaxtilə işlədiyiniz şirkətin adı. Yaxşı olardı müəssisənin iş fəaliyyəti və işçi sayını da qeyd edəsiniz
Tutduğunuz vəzifə və mövqe
4) Dil biliyiniz
Bildiyiniz dilləri qeyd edin
Bildiyiniz dillərin yazı və danışıq səviyyəsinin necə olduğunu qeyd edin. Yalan məlumat qeyd etməyin, çünki onlar sizi müsahibə yolu ilə yoxlaya bilərlər.
5) Kompyuter biliyiniz
İşləməyi bacardığınız kompyuter proqramlarını qeyd edin. Məsələn bunlara MS Office (Excel, Word, PowerPoint, Outlook, Internet Explorer və s.) kimi proqramlar daxildir.
6) Əlavə məlumatlar
Şəxsi mülkiyyətiniz, güclü və zəif tərəfləriniz (ünsiyyət qurma, əməkdaşlıq, təşkilatçılıq, texniki və ədəbi bilik-bacarıqlarınız)
Sürücülük vəsiqənizin olmağı, varsa onu aldığınız tarix, şəhərdaxili sürücülük təcrübəniz
Hobbiniz - ittifaq, assosiasiya, klublardakı üzvlüyünüz, şəxsi hobbiniz
7) Kəfil
İki kəfil qeyd edin (adı, soyadı, işlədiyi yer, vəsifəsi,e-mail ünvanı, telefonu və sizlə olan əlaqəsi. Həmin şəxsdən sizin onu bu siyahıya daxil etmək və etməmənizi dəqiqləşdirin. Uzaq qohumları bu siyahıda qeyd etməməlisiniz
Kəfil sizin iş fəaliyyətiniz necə olduğunu bilməlidir.
8) Əlavələr
Attestat və ya diplomun nüsxəsi
Nəhayət, sizə yaxın olan bir kəsə CV-ni yoxlatdırın
XƏBƏR LENTİ
Rusiya XİN-dən Qarabağda sülhməramlılarının sayının artırılması məsələsi ilə bağlı AÇIQLAMA
Makiyajsız gəlinciklər
Azərbaycan peşə məktəblərində ilk dəfə
HP-dən ElitePad 1000
Təsadüfən çəkilən görüntülər izlənmə rekordu qırdı - VİDEO
Sürpriz alma şirniyyatı (foto resept)
Məşhur model həbs olundu-12 il-SƏBƏB-FOTO
Uşaqlarınıza ingilis dilini öyrətməyə hazırsınızmı? (I hissə)
Həkim: “Koronavirusa aid şikayətlər üç gündən artıq davam edərsə..."
Rusiya və Ukrayna qaz tədarükü üzrə razılığa gəliblər
Günün ulduz falı - 21.12.2013
Cəbhə xəttində atəşkəs pozulub
Ronaldinyo bəraət ala bilər
Ən xoşbəxt olduğumuz yaş bilindi
Sevin bir-birinizi...
Soçi görüşü nə vəd edir?
“Beynəlxalq Əlillər Günü” qeyd edildi
Əfqanıstan prezidenti bu gün and içəcək
Rusiya yenə hədələdi
Aç qapını...
Hava haqqında
Qadın incəliyi
Suarez: "100 faiz hazıram"
Gözəlliyi ilə seçilən quşlar
Çiyələkli "Ürək" tortu (foto resept)
Aciz ölmək istəməyən qadın gülümsəyərək getdi
İnternetin həyatımızdakı rolu
Sxem üçün ərizə verildi
Rusiya Müdafiə Nazirliyi yeni qırıcılar alır - 100 milyardlıq razılaşma
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
HAVA necə olacaq?-28 FEVRAL
Yağış yağacaq, şimşək çaxacaq
Yeni il tortları-2
Estetik əməliyyatlardan asılı oldu-FOTO
2015-ci ildə Bakıda ilk Avropa Oyunlarınından yeni xəbər
Rusiyada 43 km uzunluğunda tıxac yarandı
Məşhur aktyorun ayağı zədələndi
Deputatlarımız təsdiqləndi
Hər kəs bu qadınan danışır-SƏBƏB
Reklamdan 1,6 milyon qazandılar
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
Məşhur cütlüyün toyuna İki Gün Qaldı-FOTO
Gözəl görsənməyən hərəkətlər
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
HAVA necə olacaq?
Ringelman effekti
Bu şəhərdə spirtli içki satışına qadağa qoyulacaq
II və III qrup üzrə qəbul imtahanının nəticələri açıqlanıb
Hər kəsin görmək istədiyi ev














