Son dövrlərdə Azərbaycanda boşanmaların sayı xeyli artıb. Əgər son əvvəlki iki ilin statistikasına nəzər salsaq bunu açıq-aydın görə bilərik. Belə ki, 2011-ci il tarixdə respulikamızda 88145 nikah bağlanması, 10747 nikahın isə lğv edilməsi qeydə alınmışdır. 2012-ci il ərzində isə 78480 nikahın bağlanmış, 11182 nikah isə ləğv edilib. Nikahların ləğv edilməsi 25-34 yaş həddində olan şəxslər arasında olması daha çox müşahidə edilir.
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı bildirir ki, nikahların ləğv edilməsindən, hər bir halda, daha çox bu nikahdan doğulmuş azyaşlı uşaqlar əziyyət çəkir. Valideyinlər arasında baş verən problemlər və erkən boşanmalar uşaqların psixoloji və əqli inkişafına təsirsiz ötüşmür. Hesab edirik ki, ər-arvad arasında nikah ləğv edilərkən uşaqların hüquq və mənafeləri daha üstün olaraq qorunmalı, uşağın hansı valideyinin yanında qalması məsələsinə baxılarkən ilk öncə uşağın mənafeləri, onun hansı valideyinlə qalmasının gələcək inkişafına, tərbiyəsinə və s. hallara necə təsir göstərəcəyi mütləq nəzərə alınmalıdır.
"Elə bu hallardan da irəli gəlir ki, boşanmalar zamanı uşaqların kimin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir", deyə hüquqşünas qeyd edib.
Hüquqşünasın dediyinə görə, qanunvericilik müəyyən edir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim edə bilərlər. Uşaların kimin yanında qalması barədə ər-arvad arasında belə saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Bu halda, əgər valideynlər arasında razılıq yoxdursa, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
"10 yaşına çatmamış uşağın valideynlərdən hansının yanında qalması arzusunu bilmək zəruri olarsa, uşağın fikri məhkəmə iclas zalından kənar qaydada müəllimin, yaxud sinif rəhbərinin, uşaq bağçası tərbiyəçisinin və qeyrilərinin iştirakı ilə öyrənilə bilər" deyə hüquqşünas Zamanlı vurğulayıb.
Hüquq məsləhətçisi bildirir ki, məhkəmələr bu tipli mübahisələri həll edərkən hər şeydən əvvəl uşaqların mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını nəzərə almalıdırlar. Valideynlərin maddi, mənzil-məişət şəraiti bu işlərdə həlledici faktor ola bilməz və mübahisə həll edilərkən bütün göstərilən, eləcə də digər hallarla birlikdə nəzərə alınmalıdır.
Uşaq hüquqları haqqında Konvensiysı müəyyən edir ki, iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir.
Hüquqşünasın sözlərinə görə, ər-arvad arasında nikah ləğv edilərkən və valideyinlər ayrı yaşamağa qərar verərkən həm məhkəmələr, həm də valideyinlər özlərinin hüquq və mənafelərindən əvvəl uşaqların mənafelərini, onların gələcək inkişafını düşünməlidirlər.
"Çünki hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunması, mütərəqqi tələblər əsasında təhsil alması, inkişaf etməsi, layiqli vətəndaş kimi formalaşması əsas amillərdən biridir", deyə Pərviz Zamanlı bildirib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dahi futbolçu karyerasına son qoyub arzusuna qovuşacaq
Bağırsaq parazitləri və müalicəsi
Castin Biber izləyicilərinə səsləndi
"Neft bu qiymətə olsa daha ədalətli olar"
Sürücülərə YAŞ MƏHDUDİYYƏTİ qoyulacaq
Azərbaycanda daha 7 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ + VİDEO
Bildirçin əti və yumurtası nəyə dərmandır?
2017-ci ilin çanta modelləri
Şəhər həsrətli kəndlilər
Bakıda təhsil sərgisi keçirilib - FOTO
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Küçəyə çıxmaq qadağan edildi
Günün ulduz falı
Balıq piroqu (foto resept)
Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ
Hovuzda üzərkən gözlərinizi infeksiyadan qoruyun
Hansı ərzaqlarla ehtiyatlı olmalıyıq?
Tələbələrə bunu geyinmək qadağan olundu!
Kim Çen In ictimaiyyət önünə pop ulduzla birgə çıxdı
Misir yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır
Azərbaycanda ali məktəbdə bir ilk
Rus general erməniləri şoka saldı: "Qarabağda müharibə olarsa..."
Canlıların kamuflyaj bacarığı
"Twitter" istifadəçilərinə xoş xəbər
Bu avtobuslarda nağd pul işləməyəcək
Məşhur cütlük evlənir
Bakıda külək yenidən coşacaq
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Girovlar qaytarıldı
Azərbaycanın və Çexiyanın birinci xanımlarının görüşü olub
Meray Keri ad gününü belə qeyd etdi - FOTO
"Real Madrid"ə pis xəbər
Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ
Romanı ayaqyalın fəth edən afrikalı(3)
Bu fotolara diqqətlə baxın
İran kapitalı Azərbaycana gələrsə...
Azərbaycanda uşaqlara qoyulan ən populyar adların siyahısı açıqlandı
Dünya Qazaxıstandakı toydan danışır: Ton yarımlıq tort- FOTO/VİDEO
Bu gün növbəti qəbul imtahanları keçirilir
Göründüyü kimi olmayan sosial media
Bu fotolara baxmağa dəyər
Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?
Xrizontema piroqu (foto resept)
Anormal istilər normaya çevriləcək
Şal bağlamağın müxtəlif üsulları (FOTO)
Hava limanına Fərman Salmanovun adı verildi
Yeni TV-lər
Çində növbəti koronavirus yoluxması qeydə alındı: Hərbi vəziyyət elan edildi
Qadın elə bir ayaqqabı geyindi ki...
Azərbaycanda insan adlarının düzgün yazılışının göstərildiyi kitab hazırlanacaq














