
Son dövrlərdə Azərbaycanda boşanmaların sayı xeyli artıb. Əvvəlki iki ilin statistikasına nəzər salsaq, bunu açıq-aydın görə bilərik.
Belə ki, 2011-ci ildə Azərbaycanda 88 145 nikah bağlanması, 10 747 nikahın ləğv edilməsi qeydə alınıb.
2012-ci il ərzində isə 78 480 nikah bağlanıb, 11 182 nikah ləğv edilib. Nikahların ləğv edilməsinin 25-34 yaş həddində olan şəxslər arasında daha çox olması müşahidə edilir. Nikahların ləğv edilməsindən isə bütün hallarda daha çox bu nikahdan doğulmuş azyaşlı uşaqlar əziyyət çəkir.
Məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı bildirib ki, valideynlər arasındakı problemlər və erkən boşanmalar uşaqların psixoloji və əqli inkişafına təsirsiz ötüşmür: "Hesab edirik ki, ərlə arvad arasında nikah ləğv edilərkən uşaqların hüquq və mənafeləri daha üstün qorunmalı, uşağın hansı valideynin yanında qalması məsələsinə baxılarkən əvvəlcə uşağın mənafeyi, onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə və s. hallara necə təsir göstərəcəyi mütləq nəzərə alınmalıdır. Elə bu səbəbdəndir ki, boşanmalar zamanı uşaqların kimin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir".
Hüquqşünasın sözlərinə görə, qanunvericilik müəyyən edir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Nikah məhkəmə qaydasında pozularkən ər və arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim edə bilərlər. Uşaqların kimin yanında qalması barədə ərlə arvad arasında belə saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir:
"Bu halda əgər valideynlər arasında razılıq yoxdursa, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 10 yaşına çatmamış uşağın valideynlərdən hansının yanında qalması arzusunu bilmək zəruri olarsa, uşağın fikri məhkəmə iclası zalından kənar qaydada müəllimin, yaxud sinif rəhbərinin, uşaq bağçası tərbiyəçisinin və qeyrilərinin iştirakı ilə öyrənilə bilər".
Hüquq məsləhətçisi hesab edir ki, məhkəmələr bu tipli mübahisələri həll edərkən hər şeydən əvvəl uşaqların mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını nəzərə almalıdır. Valideynlərin maddi, mənzil-məişət şəraiti bu işlərdə həlledici faktor ola bilməz və mübahisə həll edilərkən bütün göstərilən, eləcə də digər hallarla birlikdə nəzərə alınmalıdır.
Uşaq hüquqları haqqında Konvensiya müəyyən edir ki, iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyir, lakin bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir.
P.Zamanlının sözlərinə görə, ərlə arvad arasında nikah ləğv edilərkən və valideynlər ayrı yaşamağa qərar verərkən həm məhkəmələr, həm də valideynlər özlərinin hüquq və mənafelərindən əvvəl uşaqların mənafelərini, onların gələcək inkişafını düşünməlidirlər: "Çünki hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ var. Hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunması, mütərəqqi tələblər əsasında təhsil alması, inkişaf etməsi, layiqli vətəndaş kimi formalaşması əsas amillərdən biridir".
Mənbə: Milli.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
700 bal yığsa da ali məktəbə girə bilmir-FOTO
Buyurun, söz sizindir - "Bizim Tarla" Yaşıl noxud məhsulu
Hicablı xanımlar üçün ziyafət donları
Tövlədə gözəl, unikal xəzinə tapıldı
"Telegram"ın işində qüsurlar yarandı
"Beşiktaş"ın fanat qrupunun erməni lideri və çoxlu sayda azarkeş həbs edilib
Azad olunmuş yerlərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqin ilkin nəticələri açıqlandı
Obama ilahi oxudu
Elmə məlum olmayan dəniz canlısı tapıldı - FOTO
Kənd, yoxsa zavod südü alaq?
Belçika meşələrində yarasa yuvaları
Ukraynada qan su yerinə axır
Müəllimlərin maaşı 20% artırıldı
BÜRCLƏR bizə nə vəd edir? - 4 MART
Planşet satışları artacaq
Luis Borxesdən qısa həyat dərsi
ABŞ-dan Azərbaycana böyük dəstək
Demet Akalından sərt mesaj - FOTO
Tək qalmağa ehtiyacınız olduğunu göstərən hallar
9 may - Qələbə günüdür!
Təzə əncir şirniyyatı (foto-resept)
"Azəriqaz" "ASAN xidmət"də göstərdiyi xidmətlərin sayını artıracaq
Moskvada keçirilən hərracda Puşkinin “Ruslan və Lüdmila” kitabı 160 min dollara satılıb
İspan qadınlarının makiyaj sirləri
Qapı bəzəyi düzəldək
Labirint-1
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
"Santa-Barbara"nın aktyorları 24 il sonra - FOTO
ABŞ Rusiyaya maliyyə yardımını dayandırıb
Obama tarixi Kuba qərarını verdi
Beynəlxalq Bankda ciddi problemlər yaranıb
Uşaqlara xarici dili hansı yaşda tədris etmək lazımdır? - Alim cavab verib
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Məşhur müğənni ərə gedir
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib
Azərbaycanda gənclər günüdür
Yeri təhlükə gözləyir-Foto
Ronaldu hönkür-hönkür ağladı
Saç çubuqları
Hadisenin paylaşımı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Ozan Güvən qalmaqalı daha da böyüdü-FOTO
Ən asan və arıqladan idmanlar
İctimai nəqliyyatda gedişhaqqı artırılır?
Azərbaycanda zəlzələ
Sakitlikdirsə, bir şeylər tərs gedir.
Yol hərəkəti haqqında qanun dəyişdirildi
Süd ilə arıqlama
Ana südü və körpə
Dünyanın ən varlı cütlüyü açıqlanıb-FOTO
Şaxta babalar parada çıxdılar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]