Hər körpə üçün ən ideal qidanın ana südü olmasını artıq hamımız yaxşı bilirik. Ana südü körpələrin qoruyucu qalxanıdır. Bu səbəblə ilk süd körpəyə mütləq verilməlidir.
Ana südü bir çox dərmandan daha güclüdür.
Ana südünün və körpənin ana südünü əmməsinin müxtəlif ölçülərdəki faydaları və hikmətləri bu gün üzə çıxmaqdadır. Ana südünün bir körpənin inkişafı üçün lazım olan bütün mineralları və bəsləyici elementlərlə zəngin olduğu uzun zamandan bəri bilinir. Ancaq bunun necə təmin olunduğu və körpənin ehtiyaclarına uyğun şəkildə tərkibinin necə tənzimləndiyi hələ də tam olaraq bilinmir.
Ana südündəki mineral və mikroelement miqdarları körpənin ehtiyaclarını qarşılayacaq miqdarda tənzimlənməkdədir. Ananın sinəsindəki süd istehsal edən hüceyrələrdə mineral konsentrasiyasını körpənin inkişafına uyğun tənzimlənən xüsusi sistemlərin olduğu təxmin edilməkdədir. Çünki, ananın qidalanma tərzi dəyişsə belə, süddəki mineralların konsentrasiyası dəyişmir. Ana çox zəif olsa və pis qidalansa belə, südün qida tərkibi və keyfiyyəti bundan təsirlənmir. Bəzi vəziyyətlərdə sadəcə südün miqdarında azalma müşahidə olunur.
Düzgün məntiq irəli sürüldükdə, ananın yediyi və içdiyi şeylərin südün tərkibinə təsir etməsi gözlənilirdi. Son illərə qədər ananın yemə və içmə vərdişləri südün tərkibini tənzim etdiyi yəqin edilirdi. Dolayısı ilə ananın sağlam qidalanmasının südün keyfiyyətini artıracağı qəbul edilirdi. Ancaq dünyanın müxtəlif yerlərində aparılan tədqiqatlar bunun minerallar və mikroelementlər üçün doğru olmadığını ortaya çıxarmışdır. Bu çalışmalar zamanı ana südünün tərkibinin ananın qan zərdabındakı mineral və mikroelement konsentrasiyalarından asılı olmadan tənzimlənməkdə olduğu məlum olub. Belə olmasaydı, yoxsul və varlı anaların uşaqları arasında fərq qoyulardı. Halbuki, mərhəməti sonsuz olan Yaradan məsum və aciz balalara belə bir haqsızlıq etməzdi. Və həqiqətən də elmi tədqiqatlar bunu xüsusilə təsdiqləyirlər.
Əvvəllər ananın qan zərdabındakı kalsium və maqnezium səviyyələri ilə ana südündəki kalsium və maqnezium səviyyələrinin bir-birindən asılı olduğu təxmin edilirdi. Yəni ananın zərdabında kalsium kifayət səviyyədədirsə, süddə də kifayət nisbətdə kalsium olduğu düşünülürdü. Ancaq aparılan çalışmalar ananın əlavə kalsium və ya maqnezium qəbul etməsi ilə süddəki kalsium və maqnezium konsentrasiyasının dəyişmədiyini ortaya çıxardı. Məsələn, pakistanlı və nepallı yoxsul və zəif anaların qan zərdabındakı kalsium konsentrasiyaları aşağı səviyyədə olduğu və kalsiumqəbul etmədikləri halda ana südündəki kalsium konsentrasiyaları sağlam və düzgün qidalanan analarınkı ilə eyni səviyyədə olduğu bilinmişdir. Ana südündəki maqnezium da ananın qidalanma şərtlərindən asılı olmayaraq homeostatik mexanizmlərlə tənzimlənməkdədir. Qan plazmasındakı kalsium və maqnezium homeostatik mexanizmlərlə sıx şəkildə tənzim edilməkdədir. Bu da ana südündəki kalsium konsentrasiyasının hormonal yolla nəzarət edildiyini düşündürməkdədir.
Ana südündəki dəmir və mis konsentrasiyaları ananın düzgün qidalanmamasından, əmizdirmə müddətindən, infeksiyalardan, əmizdirmə müddətində və əvvəlində hamiləlik əleyhinə hormonal dərmanların uzun müddətli istifadəsindən, siqaret çəkməsi kimi ananın dəmir və mis konsentrasiyalarına təsir edən faktorlardan asılı olmayaraq uşağın ehtiyacı nisbətində sabit tutulmaqdadır. Vücuddakı dəmir və mis konsentrasiyalarının həddindən artıq yüksək və ya aşağı olduğu hallarda, yoluxucu xəstəliklərdə və hətta metal elektroforez müalicələrində belə qan zərdabından ana südünə metal ötürülməsində bir təsirlənmə olmamışdır. İlk altı ay boyunca ana südü ilə qidalanan körpələrin analarının vəziyyətləri nə olursa-olsun, süddən əlavə mis və dəmir qəbuluna ehtiyac hiss etməsinə dair heç bir elmi çalışma və ya klinik məlumat indiyə qədər nəşr olunmamışdır.
Dəmir azlığı anemiyası (az qanlılıq) dünyada çox yayılmışdır. Anemiyalı analara dəmir həbləri verilmiş amma süddəki dəmir konsentrasiyasında bir dəyişiklik olmamışdır. Əmizdirən anaların dəmir təyinləri (markerləri) hemoqlobin, serum ferritin (qandakı dəmir qarışığı) və transferrin (dəmir daşıyıcı zülal) hesablamaları ilə aparılmış və ana südündəki dəmir konsentrasiyaları ilə heç bir əlaqə qurula bilinməmişdir. Başqa ifadə ilə süddəki dəmir miqdarı ananın qidalanma şərtlərindən və zərdabındakı dəmir miqdarından asılı olmayaraq uşağın ehtiyacı olan miqdara görə bilmədiyimiz mexanizmlərlə tənzim edilməkdədir. Məsələn nigeriyalı, malayziyalı qadınlar vücudlarındakı dəmir miqdarlarına görə üç qrupa ayrılmış, amma bu qadınların südlərindəki dəmir miqdarları arasında heç bir fərq olmadığı təsbit edilmişdir.
Anemiyalı anaların südlərindəki dəmir konsentrasiyaları ilə sağlam analarınkı qarşılaşdırıldığında aralarında heç bir fərq tapılmamışdır. Hətta əmizdirən analar infeksiyaya tutulduğunda zərdabdakı dəmir konsentrasiyalarında aydın azalmalar müşahidə olunmasına baxmayaraq, süddəki dəmir konsentrasiyası lazımi miqdarda qalmağa davam etməkdədir. Süddəki dəmir konsentrasiyasının da, ananın dəmir səviyyələrindən təsirlənmədiyi və uşağın ehtiyaclarına görə uyğun dozada süddə olduğu təsbit edilmişdir. Başqa cür desək, ananın süd vəzisi hüceyrələrində olan, amma hazırda bilinməyən mexanizmlərlə şəfqət və rəhmətin balalara bir təcəllisi olaraq süddəki dəmir konsentrasiyaları tənzimlənməkdir.
Zərdabda mis seruloplazmin adlı zülala birləşərək daşınır, amma zərdabdakı mis səviyyələrindəki yüksək miqdardakı artım və ya azalım, süd istehsal edən vəzi hüceyrələri tərəfindən misin udulmasına təsir etməməkdədir. Bəzi süd əmizdirən analara damardan mis tərkibli mayelər verilməsinə baxmayaraq südündəki mis miqdarı körpənin ehtiyacı olan konsentrasiyada qalmağa davam etmişdir. Qısacası, süd vəzi hüceyrələrinə yerləşdirilmiş tənzim edici mexanizm, zərdabdakı metal konsentrasiyalarından təsirlənməməkdədir. Halbuki normal şərtlərdə sistemə girən maddə miqdarı, istehsal olunan maddə miqdarını da müəyyən edir, amma bu model ana südü sintez edən hüceyrələr üçün etibarlı deyildir. Ölkələr və mədəniyyətlər qarşılaşdırıldığında da oxşar nəticə ilə qarşılanılmışdır. Eyni mədəniyyətdəki fərqli qidalanma vərdişlərinə sahib olan qadınlar arasında və ya eyni ölkənin fərqli etnik mənşəli insanları arasında da ana südündəki dəmir və mis konsentrasiyalarında bir dəyişiklik müşahidə olunmamışdır. Nepallı qadınlarla, Amerikalı qadınların zərdablarındakı mis və dəmir səviyyələri müəyyən dərəcədə fərqli olmasına baxmayaraq, südlərindəki dəmir və mis konsentrasiyaları eyni olmuşdur. Braziliyadakı və Amerikadakı hamilələrə və süd əmizdirən analara əlavə dəmir həbləri uzun müddət verilməsinə baxmayaraq ana südündəki dəmir miqdarında bir dəyişiklik müşahidə olunmamışdır. Qambiya və Amerikada uzun müddət kalsium (dəmirin sorulmasını ləngidici) həbləri alan qadınların südlərində dəmir miqdarında bir dəyişiklik müşahidə olunmamışdır.
Qandan ana südünə dəmir və misin daşınmasında iş görən mexanizmlər hələlik aydın deyil. Bilinən odur ki, ananın dəmir və mis qəbulunun ana südündəki dəmir və mis miqdarlarına heç bir təsir etmir. Məsələn Beta Talassemiya Major və Wilson xəstəliyinə tutulmuş əmizdirən anaların bu vəziyyəti, süddəki dəmir və mis konsentrasiyalarına heç təsir etməməkdədir. Ayrıca uşağın ehtiyacına görə, normada dəmir miqdarı az olan ana südü ilə qidalanan uşaq üçün də bir risk yaranmamaqdadır. Çünki ana qarnındakı körpə, hamiləliyin son üç ayında qaraciyərində ehtiyat dəmir və mis tədarükünü doğulduqdan sonra istifadə edərək bu əskikliyi kompensasiya edər.
Süddə dəmir və misin xüsusən az miqdarda olması, insan südünün bakteriostatik özəllikləri üçün vacibdir. Çünki ana südünün bakteriostatik (bakteriya çoxalmasını dayandıran) özəlliyi ana südündəki dəmir miqdarından qaynaqlanmaqdadır. İn vitro (laboratoriya şəraitində) və in vivo (canlı vücudunda) çalışmalar ana südünün körpəni pediatrik patogen (uşaq xəstəliklərinə aid) mikroblara qarşı qoruduğunu göstərməkdədir.
Eyni hal sink, mis, manqan və xrom üçün də etibarlıdır. Hər gün müntəzəm olaraq sink, mis manqan və xrom həbi alan əmizdirən qadınların südlərindəki sink, mis manqan və xrom konsentrasiyalarının nəzarət qrupununku ilə eyni olduğu ölçülmüşdür.
Mərhəməti Sonsuz Rəbbimizin məsum və aciz balalara qarşı bir möcüzəsi olan ana südünün bir çox maraqlı və heyrətamiz tərəfini ortaya çıxaran tədqiqatlar artdıqca, inananların imanı da artmaqdadır. Bu son tədqiqat aparılmadan əvvəl bəzi insanlar "Yaxşı qidalana bilməyən kasıb anaların balalarına haqsızlıq edilir, hələ dünyaya gələrkən zəif qidalanırlar" deyə düşünə bilərdilər. Ancaq həm ətrafımızda gördüyümüz bir çox kasıb və qidalana bilməyən ananın balalarının sağlam və normal qidalanmış olaraq dünyaya gəlmələri, həm də bu tip tədqiqatlar, Mütləq Ədalət Sahibi və Şəfqəti Sonsuz Yaradıcımızın mərhəmətinin genişliyini göstərməkdədir.
Ana südünün faydaları
1. Xəstəliklərdən qoruyucu antikorlar ehtiva edər, körpənin müqavimət qazanmasını təmin edər.
2. Körpənin zehni inkişafını sürətləndirər.
3. Körpədə dəmir əksikliyinə bağlı qansızlıq meydana gəlməsinə mane olar.
4. Körpənin ağciyər sağlamlığına və yetişkinləşməkdə olan sinir sistemi inkişafına müsbət təsir edir.
5. Körpələrdə göz pozğunluğu ehtimalını azaldar.
6. Peyvəndlərin daha təsirli olmasını təmin edər.
7. Körpənin obez olma riskini azaldar.
8. Körpədə qarşılaşıla biləcək bişməcə və başqa dəri problemləri ilə bir çox infeksiya riskini azaldar.
9. Körpələrdə diş, çənə və danışma inkişafı daha sürətli olar.
Əmizdirmə dövründə unlu, şəkərli və yağlı qidalardan istifadənin süd əmələ gəlməsinə köməyi var.
Hamiləlik dövründə yaxşı qidalanmanın 2 əsas məqsədi vardır:
a. Ananın sağlamlığını qorumaq,
b. Sekresiyalanan südün kafiliyini və məhsuldarlığını artırmaq, başqa sözlə, körpənin normal böyüməsini və inkişafını təmin etmək.
Yaxşı qidalanan anaların südləri ilə nizamsız və pis qidalanan anaların südləri müqayisə edildikdə nizamlı bəslənən anaların südlərinin vitamin cəhətdən daha zəngin olduğu görülmüşdür.
ABŞ-ın Pitssburg Univetristetində aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, uşaqları ana südü ilə qidalandırmaq uşaqlarının sağlamlığı ilə yanaşı, həm də anaların sağlamlıqları üçün faydalıdır.
139 min qadın üzərində aparılan tədqiqatlar zamanı övladını bir il müddətində əmizdirən qadınların heç əmizdirməyənlərə nisbətən daha sağlam olduğu meydana çıxmışdır.
Tədqiqatlar zamanı müəyyən olunmuşdur ki uşaqları uzun müddət əmizdirmək ürək-damar xəstəlikləri, diabet, yüksək təzyiq və iflic kimi xəstəliklərə qarşı faydalı olur.
XƏBƏR LENTİ
Azərbaycan manatı möhkəmləndi
Azərbaycanlılar xaricdə nəyə pul xərcləyirlər?
Dərnəgül bazarının işıqlarını kim kəsdi?
Unikal mirvarilər
2014-cü ilin pərdə modelləri
İnanılmaz: ona 70 yaş vermək olar?
Bergüzar Koreldən ŞOK ADDIM
Tərəvəzli yaşıl şorba (foto resept)
Azərbaycanın "Eurovision 2016"dakı çıxış sırası bilindi
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
Dağlıq Qarabağda Rusiya sülhməramlıları: Onlar kimlərdir və nə ilə silahlanıblar - SİYAHI
Şokoladlı bananlı keks (foto resept)
2014-cü ilin papaq və şərf dəstləri
"Yaxın vaxtlarda yeni binanın jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulur"
Facebook-un yararlı 5 funksiyası
Yanvarın 4-də hamı uçacaq
Ramazanın 16-cı gününün duası
Evliliyinizi "yaxşı"dan "mükəmmələ" çevirəcək 3 yol
Bütün ölkə bu gənci axtarır-FOTO
Azərbaycan dizaynerləri The Most Stylish One mövsümünün trendini təqdim etdilər
Ulduz futbolçu "Yuventus"u tərk etdi - RƏSMİ
Koronavirusa yoluxma riskini artıran yeni bir səbəb
Prezident İlham Əliyev: Azərbaycan Ermənistanın işğal etdiyi 2000 hektar ərazini qaytarıb
"Qalatasaray" Burak Yılmazı satmaq istəyir
Google+ uğursuz alındı
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız
QİÇS xəstəliyinin müalicəsi tapıldı
Ermənilərlə şiddətli atışma
"Azərbaycan İKT sahəsində dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib"
İnsanları xilas edəcək robot yaradıldı
100 minlik təzminata qane olmadı-FOTO
Düşüncənin riyazi dili - Münasibət
Azərbaycanlı müğənninin toyu: gəlinə 2 milyon avroluq tac
Mehmet Ali Erbilin gənc sevgilisi var?-FOTO
Hava haqqında - 10.01.2014
Noutbuklar üçün fond yaradılır
Nuradan yeni fotossesiya - FOTO
Ölü qız qayıtdı, xilas etdi, yoxa çıxdı
Dünyanın ən bahalı fotosu satıldı
Azərbaycanda internet asılılığının psixoloji aspektləri öyrəniləcək
Suriyadakı kimyəvi silahların məhvinə özəl şirkətlər də qatılacaq
'Qarlar Ölkəsi' ən çox qazandıran film oldu
Siqaretin satışına qadağa qoyuldu
Möhtəşəm gəlinlik modelləri
Biz anlayaq ki, bizi anlasınlar
Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?
Ən çox qazanan müğənnilərin reytinqi
Britaniyalı kardioloq dünyanı TƏƏCCÜBLƏNDİRDİ
Rəqsi sevənlər üçün 7 film
Ermənilərin qaçan komandiri - VİDEO
- ŞƏRHLƏR