Bu gün də sizə Azərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən Gicitkən bitkisinin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Gicitkən çox qiymətli yem bitkisi sayılır. Onun qarğıdalı, sorqo, çovdar, vələmir, çuğundur, kartof, ot ilə birlikdə hazırlanmış silosu yüksək keyfiyyətə malikdir. Gicitkən yarpaqlarının tərkibində C vitamininin miqdarı qarağat, kartof, kök və əvəlikdən çoxdur. Bitkinin tərkibi insan orqanizmi üçün çox qiymətli bioloji-aktiv maddələrlə zəngindir. Qida bitkisi kimi mühüm xüsusiyyətlərə malik olub, paxlalı bitkilərdən heç də geri qalmır. Yarpaqlarının tərkibi çoxlu miqdarda üzvi turşular, B, B2 və K vitaminləri, mikroelementlər, aşı və fitonsid maddələrlə zəngindir. Onların tərkibində 200 mq%-ə qədər C vitamini vardır ki, bu da limondakından 2,5, albalıdakından 7, kartof və almadakından isə 10 dəfə çoxdur. Karotinin miqdarı 50 mq%-dir. Tədqiqatlar göstərmişdir ki, 100 q qurudulmuş gicitkənin tərkibində 41 mq% Fe, 1,3 mq% Cu, 8,2 mq% Mn, 4,3 mq% B, 2,7 mq% Ti, 0,03 mq% Ni, 8,8 mq% xlorofil, 20,8% zülal, 2,5% sitosterin tərkibli yağ, 18% selluloza, 3,07% azotsuz şirə və s. vardır.
Gicitkən çox qədim zamanlardan başlayaraq müasir dövrədək tərəvəz bitkisi kimi yeyilir. Ondan hazırlanan sup, salatlar nəinki dadlı, həm də orqanizm üçün çox faydalıdır. Hazırda bitkinin cavan yarpaq və zoğlarını erkən yazda toplayıb, kətə, qutab, borş, sup, salat və s. hazırlanmasında geniş istifadə edirlər. Cavan zoğlarını duza və turşuya qoyur, yeri gəldikdə süfrəyə qoyub iştahgətirici ədviyyə kimi yeyirlər. Gicitkənin yarpağı çox qiymətli polivitaminli məhsuldur. Odu ki, müasir tibbdə ondan dəmləmə və duru ekstrakt halında bir sıra xəstəliklərin müalicəsində geniş istifadə edilir. Məsələn, daxili qanaxmalarda qankəsici, mədə-bağırsaq xəstəliklərinin müalicəsində həzm prosesi və maddələr mübadiləsini yaxşılaşdıran, bağırsaqların iltihabını aradan qaldıran vasitə, eləcə də qanazlığında, vərəm, sinqa raxit, avitaminoz, qızdırma, mədə yarası, nəfəs yolları, onikibarmaq bağırsaq xəstəlikləri, böyrək daşı və s.-nin dərmanı kimi tətbiq olunur. Gicitkən qanda hemoqlobin və eritrositlərin artmasına kömək edir. Bir sözlə, orqanizmdə qanyaradıcı rolunu oynayır. Bitki «qanı» adlandırılan xlorofil bitkinin yarpağında kulli miqdarda olduğundan qanazlığında, orqanizmin müqavimətinin artırılmasında istifadə edilir. Gicitkən sıyığını balla qarışdırıb, prostat vəzinin adenomiyası xəstəliyinə qarşı bir həftə qəbul etdikdə vəzin şişmə prosesi dayanır və xəstəlik bir ay müddətində aradan qalxır. Gicitkən və qoz yarpağından hazırlanmış sıyığı balla qarışdırıb daxili orqanlarında xərçəng olan xəstəyə verdikdə xərçəng hüceyrələrinin inkişafı dayanır. Mədəsi xərçəng xəstəliyinə tutulmuş yaşlı bir xanım hər gün 2-3 stəkan gicitkən ekstraktı qəbul etməklə özünü sağaltmışdır. Gicitkən yarpaqlarından alınan yaşıl maddə ətriyyat, kosmetika, yeyinti və tibb sənayesində geniş tətbiq edilir. Cavan zoğlarından yem kimi toyuq və donuzların qidalarına əlavə edirlər. Balıqçılar tutduqları balıqları xarab olmamaq üçün gicitkən bitkisi ilə örtürlər. Çörək qıtlığı dövrlərində gicitkən xalqımızın köməyinə çatan ən faydalı yeməli bitki olmuşdur.
Respublikamızın böyük gicitkən ehtiyatına malik olmasına baxmayaraq, təəssüflər olsun ki, bu bitkinin qeyd etdiyimiz faydalı xüsusiyyətlərindən hazırkı dövrədək istifadə edilməmişdir. İnsanlar gicitkəndən çox qədim zamanlardan müalicə məqsədləri üçün geniş istifadə etmişlər. Dioskorid və Hippokrat gicitkənin müalicəvi xüsusiyyətlərini çox yüksək qiymətləndirmişlər. Qiymətli qida maddələri, zəngin duz elementləri və vitaminlərdən ibarət olan gicitkəni qiymətli dərman bitkisi kimi səciyyələndirirlər. Elmi təbabətdə gicitkəndən qankəsici, xroniki mədə yaralarının, qara ciyərin müalicəsində istifadə olunur.
Xalq təbabətində isə bitkidən daha geniş istifadə edilir. Belə ki, gicitkəndən hazırlanmış cövhərdən ürək, böyrək, qaraciyər xəstəliklərində Qan azlığında, qastritdə daxilə qəbul etməyi məsləhət görürlər. Onun ekstraktı ilə başı yuyub tüklərin dibini bərkidir və tökülməsinin qarşısını alır. Gicitkən qan dövranını tənzimləyir, saçın möhkəmliyinə, tökülməməsinə və uzanmasına səbəb olur. Qalxanabənzər vəzinin normal inkişafım aktivləşdirir, ürək-damar fəaliyyətinə, nəfəs borusuna yaxşı təsir edir. O, mədə-bağırsaq, daxili qanaxma, dişdibi ətləri xəstəliklərinin müalicəsində əhəmiyyətlidir.
Müəllif : Nübar Həkimova
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR