Qadin.NET / Gicitkən haqqında bilmədiklərimiz

Gicitkən haqqında bilmədiklərimiz

Bu gün də sizə Azərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən Gicitkən bitkisinin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız. 

Gicitkən haqqında bilmədiklərimiz

Gicitkən çox qiymətli yem bitkisi sayılır. Onun qarğıdalı, sorqo, çovdar, vələmir, çuğundur,  kartof, ot ilə birlikdə hazırlanmış silosu yüksək keyfiyyətə malikdir. Gicitkən yarpaqlarının tərkibində C vitamininin miqdarı qarağat, kartof, kök və əvəlikdən çoxdur. Bitkinin tərkibi insan orqanizmi üçün çox qiymətli bioloji-aktiv maddələrlə zəngindir. Qida bitkisi kimi mühüm xüsusiyyətlərə malik olub, paxlalı bitkilərdən heç də geri qalmır. Yarpaqlarının tərkibi çoxlu miqdarda üzvi turşular, B, B2 və K vitaminləri, mikroelementlər, aşı və fitonsid maddələrlə zəngindir. Onların tərkibində 200 mq%-ə qədər C vitamini vardır ki, bu da limondakından 2,5, albalıdakından 7, kartof və almadakından isə 10 dəfə çoxdur. Karotinin miqdarı 50 mq%-dir. Tədqiqatlar göstərmişdir ki, 100 q qurudulmuş gicitkənin tərkibində 41 mq% Fe, 1,3 mq% Cu, 8,2 mq% Mn, 4,3 mq% B, 2,7 mq% Ti, 0,03 mq% Ni, 8,8 mq% xlorofil, 20,8% zülal, 2,5% sitosterin tərkibli yağ, 18% selluloza, 3,07% azotsuz şirə və s. vardır.

Gicitkən haqqında bilmədiklərimiz
Gicitkən haqqında bilmədiklərimiz
Gicitkən haqqında bilmədiklərimiz

Gicitkən çox qədim zamanlardan başlayaraq müasir dövrədək tərəvəz bitkisi kimi yeyilir. Ondan hazırlanan sup, salatlar nəinki dadlı, həm də orqanizm üçün çox faydalıdır. Hazırda bitkinin cavan yarpaq və zoğlarını erkən yazda toplayıb, kətə, qutab, borş, sup, salat və s. hazırlanmasında geniş istifadə edirlər. Cavan zoğlarını duza və turşuya qoyur, yeri gəldikdə süfrəyə qoyub iştahgətirici ədviyyə kimi yeyirlər. Gicitkənin yarpağı çox qiymətli polivitaminli məhsuldur. Odu ki, müasir tibbdə ondan dəmləmə və duru ekstrakt halında bir sıra xəstəliklərin müalicəsində geniş istifadə edilir. Məsələn, daxili qanaxmalarda qankəsici, mədə-bağırsaq xəstəliklərinin müalicəsində həzm prosesi və maddələr mübadiləsini yaxşılaşdıran, bağırsaqların iltihabını aradan qaldıran vasitə, eləcə də qanazlığında, vərəm, sinqa raxit, avitaminoz, qızdırma, mədə yarası, nəfəs yolları, onikibarmaq bağırsaq xəstəlikləri, böyrək daşı və s.-nin dərmanı kimi tətbiq olunur. Gicitkən qanda hemoqlobin və eritrositlərin artmasına kömək edir. Bir sözlə, orqanizmdə qanyaradıcı rolunu oynayır. Bitki «qanı» adlandırılan xlorofil bitkinin yarpağında kulli miqdarda olduğundan qanazlığında, orqanizmin müqavimətinin artırılmasında istifadə edilir. Gicitkən sıyığını balla qarışdırıb, prostat vəzinin adenomiyası xəstəliyinə qarşı bir həftə qəbul etdikdə vəzin şişmə prosesi dayanır və xəstəlik bir ay müddətində aradan qalxır. Gicitkən və qoz yarpağından hazırlanmış sıyığı balla qarışdırıb daxili orqanlarında xərçəng olan xəstəyə verdikdə xərçəng hüceyrələrinin inkişafı dayanır. Mədəsi xərçəng xəstəliyinə tutulmuş yaşlı bir xanım hər gün 2-3 stəkan gicitkən ekstraktı qəbul etməklə özünü sağaltmışdır. Gicitkən yarpaqlarından alınan yaşıl maddə ətriyyat, kosmetika, yeyinti və tibb sənayesində geniş tətbiq edilir. Cavan zoğlarından yem kimi toyuq və donuzların qidalarına əlavə edirlər. Balıqçılar tutduqları balıqları xarab  olmamaq üçün gicitkən bitkisi ilə örtürlər. Çörək qıtlığı dövrlərində gicitkən xalqımızın köməyinə çatan ən faydalı yeməli bitki olmuşdur.

 

Gicitkən haqqında bilmədiklərimiz

Respublikamızın böyük gicitkən ehtiyatına malik olmasına baxmayaraq, təəssüflər olsun ki, bu bitkinin qeyd etdiyimiz faydalı xüsusiyyətlərindən hazırkı dövrədək istifadə edilməmişdir. İnsanlar gicitkəndən çox qədim zamanlardan müalicə məqsədləri üçün geniş istifadə etmişlər. Dioskorid və Hippokrat gicitkənin müalicəvi xüsusiyyətlərini çox yüksək qiymətləndirmişlər. Qiymətli qida maddələri, zəngin duz elementləri və vitaminlərdən ibarət olan gicitkəni qiymətli dərman bitkisi kimi səciyyələndirirlər. Elmi təbabətdə gicitkəndən qankəsici, xroniki mədə yaralarının, qara ciyərin müalicəsində istifadə olunur.

Gicitkən haqqında bilmədiklərimiz

Xalq təbabətində isə bitkidən daha geniş istifadə edilir. Belə ki, gicitkəndən hazırlanmış cövhərdən ürək, böyrək, qaraciyər xəstəliklərində Qan azlığında, qastritdə daxilə qəbul etməyi məsləhət görürlər. Onun ekstraktı ilə başı yuyub tüklərin dibini bərkidir və tökülməsinin qarşısını alır. Gicitkən qan dövranını tənzimləyir, saçın möhkəmliyinə, tökülməməsinə və uzanmasına səbəb olur. Qalxanabənzər vəzinin normal inkişafım aktivləşdirir, ürək-damar fəaliyyətinə, nəfəs borusuna yaxşı təsir edir. O, mədə-bağırsaq, daxili qanaxma, dişdibi ətləri xəstəliklərinin müalicəsində əhəmiyyətlidir. 

 

Müəllif : Nübar Həkimova

29 iyul 2013
GO BACK