
Kiçikdən-böyüyə, yaşından asılı olmayaraq çərəz hər bir insanın sevimli qidasıdır. Fındıq, fıstıq, qoz və bu kimi çərəzlər adətən çay süfrələrinin vazkeçilməzi olur. Belə bəzənən süfrələr isə həm insanın özünə, həm də onun qonaqlarına olduqca zövq verir.
Lakin zaman keçdikcə çərəzlərə də maraq azalır. Süfrələri müxtəlif şirniyyatlar, mürəbbələr bəzəyir. Təbii çərəzli çay süfrələrinin qiyməti isə əl yandırır. Elə də baha olmayan, hər cibə uyğun olan çərəzlər evlərə şirniyyatdan daha az girir. Bu isə insanların sağlamlığı üçün heç də yaxşı deyil.
Bakı sakini Əbdül Əliyev şirniyyatlardan ümumiyyətlə istifadə etmədiyini deyir. 61 yaşına qədər sağlam gəlməsini isə məhz bununla əlaqələndirir. Dediyinə görə, qənd insanın birinci düşmənidir. Bunun yanında şokolad və şirniyyatları da əlavə etmək gülə-gülə canına zülm vermək deməkdir: "Yemək arası, çay zamanı çərəzə üstünlük verirəm. Kişmiş, xurma, qurudulmuş meyvələr, qoz, fındıqsız bir günüm olmur. Qiymətləri çox da ucuz deyil, amma hərəsindən az-az alanda bir aya yaxın gedir. Qənd qədər insana ziyan olan ikinci bir şirni tanımıram. İndi nəvələrimə fındıq, fıstıqla çay içdirə bilmirəm. Ağız dadı axtarırlar, şirinə meyl edirlər. 61 yaşımda özümü "turp" kimi hiss edirəmsə, çərəzlərə borcluyam".
Şirin Qurbanova isə ümumiyyətlə, çərəz yemir. Faydalı olduğunu bildiyi halda çərəzdən imtina edən 21 yaşlı tələbə şirniyyata, xüsusən şokoladlara meyl edir: "Çox çay içən deyiləm. Hansı çərəzin şirin dadı var ki? Şokolad almaq daha asandır, nəinki hansısa çərəzi. Hər hansı bir qablaşdırılmada və münasib qiymətə olsa, əlbəttə, alarıq. Qablaşdırılmış fıstıq 1 manat 20 qəpikdir, amma mən 50 qəpiyə şokolad alıram. Məqsəd susuzluğu öldürməkdir. Ziyana qalsa, çox şey ziyandır".
Satışda hazır qablaşdırılmış çərəz tapmaq elə də asan deyil. Nəzərə alsaq ki, hər addımda böyük marketlər yoxdur, belə olan halda çərəzin də alınması müşkül olur. Kiçik mağazalarda isə çərəzin növündən asılı olaraq qablaşdırılma forması 80 qəpik-1.70 qəpik arası dəyişir. Bu isə şirniyyatla müqayisədə olduqca bahadır. Mağaza satıcısı Əhməd Bəkirli deyir ki, hazırda ən çox satılan şirni şokoladlardır. Alıcıları isə cavan nəsildir: "Çərəz satmırıq. Şokoladlar və peçenyelər var. Alan da çoxdur. Xüsusən universitetə yaxınıq deyə tələbələr alır. Çərəz sevmirəm, mən də yeyən deyiləm. Sağlamlıq üçün yeyilirsə, onda gərək insana ziyan olan hər şeydən uzaq duraq. Pis havanı qoxla, telefon, kompüter istifadə et, siqaret çək, içki iç və axırda da çərəz ye ki, mən sağlam olacağam, belə sağlamlıq olmur".
Çərəzlərin satıldığı məkanlar isə bazarlardır. İstənilən bazarda məhz çərəz üçün ayrılmış ərazini görmək olar ki, burda da istənilən qiymətə və istənilən növ çərəz tapmaq mümkündür. Pərakəndə satış bazarlarında olan qiymətlərdən isə satıcılar və alıcılar narazı deyil. "Nəsimi bazarı" və "Təzə bazar"da çərəzin qiyməti ümumi olaraq qoz 4-8, fındıq 3-7, qoz ləpəsi 11-15, fındıq ləpəsi 7-12, şabalıd 8-10, kişmiş 4-6, xurma 3-5 manatdır. Badam 8-10, fıstığın bir növü olan araxis 4-5, ləbləbi 4-5 manatdır. Xüsusən metro çıxışlarında olan iri alış-veriş mərkəzlərinin tərkibində olan mağazalarda isə çərəzlərin qiyməti bazarlarla müqayisədə bahadır. Belə ki, özbək üzümü 5-6, qoz ləpəsi 14, fındıq ləpəsi 8-11, kişmiş 6-7, badam 12,80-15 manatdır. Qoz 6-10, fındıq isə 5-8 manatdır. Satıcı Tariyel İbadovun sözlərinə görə, çərəzləri məkanından almaq marketlərə nisbətən daha münasib olur. Gündəlik vaxtlarda çərəz alanlar az olsa da bayram ərəfəsində çərəz alan çoxalır. Onda da qiymətlərdə kəskin artım olur: "Hərəsindən az-az alanda hər şeydən dadmaq olur. Lakin alıcı azdır. Bunun qiymətlə bir bağlılığı yoxdur. Belə düşünürəm ki, ağız dadından çox şey asılıdır. Çərəz sevən insan qiymətindən asılı olmayaraq alacaq, amma sevməyənlərə məcbur sevdirmək olmur. Alanlar içərisində nadir hallarda cavanlar olur, yaşlı nəsil alır".
Çərəzin faydaları isə saymaqla tükənmir. Şirniyyatla müqayisədə olduqca xeyirli olan çərəzlər hər nə qədər uşaqların sevmədiyi qida sayılsa da azyaşlılar üçün də ideal sayıla bilər. Terapevt Xatirə İsayeva bu fikirdədir. Həkimin sözlərinə görə, çay süfrəsini cana xeyirli etmək üçün çayla yeyilənlərə də diqqət edilməlidir: "Çərəzlərin dadı şirin olmaya bilər, amma bu, bəhanədir. Məsələn, marmelad, kifayət qədər şirin dadı var. Tərkibindəki pektin maddəsi dəriyə çox faydalıdır, xolesterinin səviyyəsini azaldır, orqanizmdən toksinləri xaric edir. Tərkibində ümumiyyətlə, yağ yoxdur. Zefirin tərkibində də yağ yoxdur. Meyvə quruları, bal ən gözəl çay üçün qidadır. Şəkər, karamel, şirin içkilər, tort, pirojna, konfetlər sağlamlıq üçün ziyandır. Karbohidratlar bədən quruluşunu mənfi istiqamətdə dəyişən komponentdir. Gündə 50 qram təbii çərəz yemək bədənə xeyirlidir, şirniyyat kimi zərər vurmur. Ateroskleroz, anemiya (qanazlığı), ürəyin işemik xəstəliyi, damar xəstəliklərinin qarşısını alır. Əqli fəaliyyəti ilə məşğul olan insanlar bu məhsullardan daim istifadə etməlidir. Kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen, A, B1, B2, C, P, çoxlu miqdarda əvəzsiz yağ turşuları, dəyərli zülallarla zəngin olan çərəzlər gündəlik mütləq qəbul olunmalıdır".
XƏBƏR LENTİ
Salatlar
10 milyon dollarlıq alma satılır-FOTO
Rəngarəng dəst geyimlər
Putin İlham Əliyevə məktub göndərdi
Hilari Daff nişanlandı-FOTO
Kompüterlə təmasda olanlar, oxumağınız vacibdir!
Övladların valideynə borcu
İstənilən vaxt düşmənin başını əzməyə hazırıq - Vaqif Dərgahlı
Yaşlanmanı gecikdirmək üçün nə etməli?
Səbəbi bilinməyən nevroloji xəstəlik
Qırmızı aksessuarlar
İstirahət günü hava əhvalınızı korlaya bilər - XƏBƏRDARLIQ
Cəbhədən XƏBƏR VAR
Atəşkəs yenidən pozuldu
Nazirlər toplanırlar - Türkiyədə
Azərbaycan raket istehsal edəcək
Göz qələmini 3 aydan artıq işlətməyin
Nazirlik borclu şəxslərin siyahısını yaydı
Ünvanlı sosial yardımla bağlı qaydalarda dəyişiklik - QƏRAR
Serdar Ortaç söz-söhbətə son qoydu-FOTO
Yay meyvələrinin bilinməyən faydaları
Azərbaycan və Türkiyə ticarət dövriyyəsinin qarşılıqlı artırılması imkanlarını öyrənirlər
Viktoriya Bekhem qapalı geyimi ilə rəğbət topladı - FOTO
Ermənistan təcavüzünün reallıqları ABŞ mediasına təqdim olunub
Hər kəs bu Evlilik Təklifindən danışır
Mənim əl işlərim
Körpəmizi ilk anından qoruyaq
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Çiyələk souslu keks (foto resept)
Allahın nəzərdən xəbəri yoxdur?
Dekorasiyada mavi rəng dəbi
İntihar edən ərinin üzü başqasına köçürüldü - Qadın həmin şəxslə görüşdü
Azərbaycana vizasız gələcəklər
Apple Yaponiyada uduzdu
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
Xudafərin körpüsünün görüntüləri yayılıb - VİDEO
Batareya texnologiyasında inqilab olacaq
Ailə quracaq şəxslərə qadağa
Qara istiot
İnsanlar irəlidə 200 il yaşaya bilərmi?
Ən eybəcər idi, tam dəyişdi -FOTO
Şokoladlı yumşaq qrilyaj (foto resept)
Hamı oktyabrın 16-nı gözləyir
Pişiklər maye kimidir
Azərbaycana gələn pullar azaldı
Ana südüylə qidalanan uşaqlar daha intellektual olur
Sevdiyinizi xoşbəxt etmək üçün 8 hərəkət
Dodaq boyasının rənginə görə xarakter analizi
Hamiləlikdə saç tökülməsi
Hələ belə toy görünməyib














