“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik yol polisinin funksiyalarını azaldır”
Milli.Az xəbər verir ki, bunu APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib.
Mütəxəssis hesab edir ki, qanundakı yeniliklər Baş Dövlət Yol Polis İdarəsinin mahiyyətinin dəyişdirilməsini nəzərdə tutur. Yeni qanunla radar və kameralar vasitəsilə aşkar edilən qanun pozuntularına görə sürücülərin DYP-yə çağırılması, hətta yol polisinin avtomobili dayandıraraq bu cür xətalar barədə protokol tərtib etməsi qadağandır: "Bu o deməkdir ki, artıq sürücülərə yol polisindən zəng etməyəcəklər. Bundan əlavə, artıq kamera olan yerdə yol polisinin sürücünü saxlamasına ixtiyarı çatmır. Əgər bir sürücü işıqforun qırmızı işığından keçirsə, bu zaman polis onu saxlamamalıdır, onsuz da kamera çəkib və müvafiq protokol yazılacaq”.
Məcəlləyə ən mühüm dəyişikliklərdən biri də gecikmiş cərimələrlə bağlıdır. Qonaq gecikmiş cərimələrin ödənilməsinə də aydınlıq gətirib: “İndi cərimənin ödənilməsi üçün əvvəlki kimi 3 ay yox, 2 ay vaxt veriləcək. Bu qanun 4 mart 2014-cü il tarixli fərmanla qüvvəyə minirdi. Əvvəlki qanuna görə, sürücünün ödənilməyən cəriməsinin üstünə 180 %-ə qədər əlavə gələ bilərdi. Bu qanuna görə, həmin məbləğ 120 % arta bilər. Ümumiyyətlə, bu sistemin, yəni məsuliyyətə cəlbetmə mexanizminin özü yenilənir. Amma hələ görüləcək işlər çoxdur. Problemlər ortaya çıxacaq. Bunun üçün xarici təcrübədən istifadə edilməlidir".
Ərşad Hüseynov yol polisinin gizli radarlardan istifadə etməsinə də münasibət bildirib: "Yol polisinin gizli radarlardan istifadə etmək hüququ var. Yollarda təhlükəsizliyi qorumaq üçün bu radarların rolu istisna olunmur. Artıq hər bir sürücü bilməlidir ki, istənilən yol nişanı qaydasını pozmağa görə elektron protokol tərtib olunacaq. Kameralar vasitəsi ilə sürət həddini aşmaqdan tutmuş motosiklet sürərkən qoruyucu kaskadan istifadə etməməyə qədər kiçik qayda pozuntularına görə də protokol tərtib olunub, sms-lə sürücülərə göndəriləcək. Lakin qeyd etmək lazımdır ki, bura ehtiyat kəmərin taxılması daxil deyil.Yəqin ki, bunun da səbəbi kameralarda bəzən görüntülərin dəqiq olmaması ilə bağlıdır”.
Yeni qaydalara görə, yol hərəkətinə nəzarət edən qurğuların, yəni radar və kameraların “ASAN xidmət”in informasiya sistemi ilə əlaqələndirilməsi ən diqqətçəkən bir haldır. Ərşad Hüseynovun fikrincə, bu sistem şəffaflığı təmin edə bilər: "Qeyd etdiyim kimi, prezidentin “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” fərmanı bir növ Baş Dövlət Yol Polis İdarəsinin mahiyyətinin dəyişdirilməsi nəzərdə tutur. Bu isə həmin idarənin “ASAN xidmət”lə əlaqələndirilməsi şəklində ola bilər. Düzdür, yenə də video, foto və kameralara baxaraq qayda pozuntusunu müəyyən edib, cərimə haqda bildirişi vətəndaşa mesajla göndərən DYP-nin əməkdaşıdır. Amma bu, tamamilə yeni bir iş sistemi olacaq. Sadəcə, qanunla sürücü və yol polisi arasında ünsiyyət azalır".
Yeni qanuna görə, mərkəzi inteqrasiya sistemində qeydiyyatdan keçməmiş radarların informasiyası yararsızdır. Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert hesab edir ki, bütün hallarda sürücülərin cərimələnməsi dəlil, sübut əsasında aparılmalıdır.
Ekspert bəzən magistral yollarda iki radarın göstəricisinə əsasən onlar arasında sürətin müəyyənləşdirilməsini qeyri-qanuni hesab edir: “Azərbaycanda iki radar arasında sürət həddinin ölçülməsi və cəza müəyyənləşdirilməsi qeyri-qanunidir. Çünki qanunvericilikdə belə bir maddə yoxdur”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bürclərin mənfi xüsusiyyətləri
Arıqladan detokslar
Qaçışla necə düzgün məşğul olmalı?
Azərbaycan muğamı Praqada
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Əliyev Azadlıq meydanında
Kəbədə qəza
Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb
SON DƏQİQƏ: Azərbaycanda da ZƏLZƏLƏ OLDU
“Mucize”nin aktrisasının toyu olacaq-FOTO
Moda saytı 20 milyon dollar investisiya aldı
Ailələr niyə dağılır?
Azərbaycanda yağış yağacaq
Soyuducuda saxlanılması qadağan olunan 12 qida məhsulu
Unutqanlıq xəstəliyi - Amneziya
Peskov: “Federasiya Şurasından icazənin alınması Qarabağdakı sülhməramlı missiyanın müddəti ilə əlaqədar olub”
Peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklər
Böyük Qarabağ sazişi hazırlanır
Qarabağ bizə Qəzzadan da yaxındır
Bakıda mənzillərin qiymət artımı nə vaxta kimi davam edəcək?
Qar salatı (foto resept)
Millət vəkilləri süni mayalanmanı müzakirə etdilər
Madonna "Eurovision 2019"da yer alacaq
Günün qoroskopu: kim olduğunu bilmək istəyirsənsə kimi sevdiyinə bax
Paşinyan Kəlbəcərlə bağlı Vacib SƏNƏDİ üzə çıxardı: hələ 2010-cu ildə... - FOTO
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Möhtəşəm ziyafət donları
Göz şişkinliyini yox edən 9 təklif
Azərbaycana payız gəldi
20 dollara aldığı divandan sərvət çıxdı
Əlvan qızılgül
Ozan Güven mediadan gizlənmək üçün evindən köçdü
"Yata bilmirəm" deyənlərə 5 idman tövsiyəsi
Həkim xəbərdarlıq edir!
Həmyerlimiz Vilnüsdə həmsədr seçilib
Günün ulduz falı
Kişilər niyə aldadarlar?
Sağlam dəri üçün maskalar
Qara plov və ləvəngi küküsü (foto-resept)
Azərbaycanda Göz Bankı yaradıla bilər
Şəfalı məsləhətlər
Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA
Saç tökülməsinin qarşısını alan maska
Meqan Markl kral ailəsinə 46 milyon gəlir gətirdi-FOTO
Gözdən əlillər üçün Qurani-Kərim nəşr ediləcək
Yüksək qan təzyiqindən qorunun!
Kəpəklə mübarizə
Günün ulduz falı
ÜST rəhbəri koronavirusa qarşı tədbirlərin yumşaldılması üçün altı şərti açıqladı
Daxili qanaxmanın səbəbləri və müalicəsi