Uşağınızın məşhur yoluxucu uşaq xəstəliklərinə qarşı peyvənd edilməsi çox əhəmiyyətlidir.
Yoluxucu xəstəliklər birbaşa təmas vasitəsilə və xəstə kəslərin çölə verdikləri ifrazatları tənəffüs edərək insanlar arasında yayılır. Xəstə biri başqa birinə doğru asqırdığında və ya öskürdüyündə, ya da xəstəyə toxunmuş əlləri burun ilə gözün mukozlu pərdəsinə dəydiyində xəstəlik keçir.
Bu mikroblar bədənə girdiyində infeksiyalar kürt dövrünə girər və bu dövr də xəstəliyin növünə görə dəyişər. Bu kürt dövrü əsnasında mikroblar çoxalır və yayılır.
İnkişaf mərhələsindəki peyvəndlər
Ana- atalar uşaqlarda ciddi infeksiyalara səbəb ola biləcək meninqokoka qarşı qorumaq üçün peyvənd olmalıdırlar. Bütün uşaqlara bu peyvəndin edilməsinin faydalı olub- olmayacağını təyin etmək üçün edilən araşdırmalar davam etməkdədir.
Eyni şəkildə bütün uşaqların Hepatit A virusuna qarşı peyvənd edilməsi vacibdir. Bronxit və qulaq infeksiyalarını da özündə birləşdirən, tez-tez rast gəlinən uşaq infeksiyalarından olan tənəffüs sinsityal virusuna qarşı bir peyvəndin tapılması yolunda araşdırmalar aparılır.
Su çiçəyi bir virusdan qaynaqlanan epidemiya və yoluxucu bir xəstəlikdir. 12 aylıqdan başlayaraq uşaqlara bu xəstəliyi önləmək üçün su çiçəyi peyvəndi vurula bilər. Uşağınızı su çiçəyi keçirən digər uşaqlardan uzaq tutmağınız lazımdır.
Su çiçəyi keçirən biriylə təmas qurduqdan sonra 10-21 gün içərisində uşağınız özünü xəstə hiss etməyə, temperaturu yüksəlməyə və gövdəsində (xüsusilə sinə bölgəsində) başlayıb üzünə, qollarına və qıçlarına sıçrayan, diqqətə çarpan qırmızı ləkələr meydana çıxmağa başlayır. Bu qırmızı səpkilər bir neçə gün içərisində qabıq bağlayan kiçik, maye dolu yumurtaya çevrilir. Qaşınan bölgələri qaşımaq yaralara səbəb ola bilər. Bu səpkilərlər ağızın içində də çıxa bilər.
Xəstəlik 1 həftə davam edir. Uşaqlar bu səpkilər ortaya çıxmadan bir, ya da iki gün əvvəl xəstəliyi ötürə bilərlər, 7 gün içərisində son yaralar da qabıq bağladıqdan sonra xəstəliyi ötürmə riskləri yox olur.
Uşağınıza həkiminizin təklif etdiyi dozada asetominofen (aspirin deyil) kimi qızmasalıcı dərmanlar verə bilərsiniz. Yulaflı məhsullar istifadə edərək və qaşınan səpkilərə kalamin losyonu sürtərək uşağınızın qaşınmasının qarşısını ala bilərsiniz. Qaşınan hissələrin yara olmasını və bakteriyalı infeksiyaları önləmək üçün uşağınızın dırnaqlarını qısa kəsin.
Uşağınız suçiçəyi keçirdikdən sonra bu xəstəliyə qarşı ömür boyu immunitet qazanır. Uşağınız su çiçəyi keçirirsə bu xəstəliyi daha əvvəldən keçirmiş, ya da peyvəndi olan uşaqlarla oynaya bilər. Ancaq su çiçəyi keçirməmiş uşaqlardan uzaq dayanması lazımdır.
Difteriya ümumiyyətlə, gigiyena baxımından kasıb ölkələrə səyahət edildiyində yoluxulan ciddi bir bakteriyalı infeksiyadır. Uşaqlar peyvənd edildiyi üçün ABŞ-da çox az rast gəlinir.
Difteriyanın əlamətləri arasında boğaz ağrısı, nəfəs almada çətinliklər, sürətli ürək atışı, boğazdakı linfa bezlərinin şişməsi, boğaz ilə badamcıqları boz bir pərdənin örtməsi sayıla bilər.
Normal nəfəs alıb verməyə geri dönərək və antibiotik qəbul edərək müalicə edilir. Xəstəlik dərhal müalicə edilməzsə difteriyaya səbəb olan bakteriya sinir sistemi, böyrəklər və ürəyə ölümcül zərərlər verə bilər.
Xüsusilə körpələr "Hemofilus İnfluanze Tip B" infeksiyasına qarşı çox zəifdirlər. Bu bakteriya qulaq infeksiyalarına, miningitə, oynaq iltihabına və digər ciddi infeksiyalara səbəb ola bilər.
Uşaqlar Hibə qarşı 2, 4, 6 və 12 aylıqda peyvənd edilməlidir. Doğru tətbiq olunduğunda bu peyvənd 100 % qoruma təmin edir.
Hepatit qaraciyər iltihablanmasıdır. Gözlər ilə dərinin saralmasına (sarılıq), halsızlığa, əldən düşməyə, temperatura, iştahsızlığa, ürək bulanması və qusmağa və başqa hallara səbəb ola bilər. Uşağınızın hepatitə yoluxduğunu düşünürsünüzsə həkiminizə müraciət edin.
Uşaqlarda hepatit A bu infeksiyanı daşıyan biri ilə birbaşa təmas ya da çirkli su və yeməklərdən qaynaqlanan bir virus tərəfindən meydana gəlir. Bundan başqa körpəyə baxan kəslər bez dəyişdirdikdən sonra əllərini yumadıqlarında da ortaya çıxa bilər. Hepatit A olan uşaqların böyük əksəriyyəti ya heç əlamət göstərməzlər ya da yalnız bir neçə gün yorğunluq hiss edərlər. Əlamət göstərən uşaqlar üçün hepatit A infeksiyası demək olar ki, hər səfərində keçicidir. Xroniki qaraciyər narahatlığına səbəb olmaz.
Hepatit A virusu peyvəndi bu infeksiyanın məşhur olduğu ölkələrə gedən uşaqlar üçün təklif edilir. Amma bütün uşaqlara edilməsinə ehtiyac yoxdur.
Uşaqlar hepatit B-ə doğum əsnasında bu infeksiyanı daşıyan analarından yoluxa bilərlər. Hepatit A-da olduğu kimi heç bir əlamət göstərməyə bilər ya da yalnız keçici ifadə edilə bilər. Hepatit A-dan fərqli olaraq Hepatit B infeksiyası xroniki qaraciyər xəstəliyi, siroz , qaraciyər çatışmamazlığı və qaraciyər xərçənginə səbəb ola bilər. Buna görə bütün uşaqların bu virusa qarşı peyvənd edilməsi lazımdır. Uşaqlar bir yaşına gələnə qədər üç dozada peyvənd olmaları lazımdır.
Uşağınızın hər hansı bir növ hepatiti varsa asetaminofen vermədən əvvəl həkiminizlə məsləhətləşin. Asetaminofen yüksək dozada qəbul edildiyində qaraciyər narahatlığına səbəb ola bilər. Asetaminofen (və bəzi digər dərmanlaar) qaraciyər hepatitdən çox zərər görmüşdürsə aşağı dozada qəbul edildiyində zərərli ola bilər.
Qrip yalnız burun və boğazda hiss olunur. Məşhur soyuqdəymə olaraq qəbul edilən virusların gətirib çıxardığı bir xəstəlikdir. Ancaq ciyərlərə və bədənin digər hissələrinə də təsir edə bilən daha ciddi bir narahatlıq da ola bilər. Xüsusilə sağlamlıq problemləri olan və daha kiçik uşaqlar qrip nəticəsində çox xəstə ola bilərlər.
Bir çox qrip növünün 6 aylıqdan böyük uşaqlar üçün etibarlı olan qrip peyvəndi edilərək qarşısı alına bilər. 2004-cü ildən etibarən qrip peyvəndi 6-24 aylıq bütün sağlam uşaqlar ilə ağciyər narahatlığı (astma, kistik fibrozis), ürək narahatlığı, oraq hüceyrə xəstəliyi, HIV və diabet kimi xəstəliklərə tutulma riski olan bütün uşaqlar üçün təklif edilir.
Qrip peyvəndi qışda yaşanan qrip mövsümü boyunca maksimum qoruma təmin etmək üçün Oktyabr ilə Dekabr ayları arasında ən qısa zamanda hər il edilməlidir.
Qızılca bir virusun səbəb olduğu, son dərəcə yoluxucu bir xəstəlikdir. Xəstəliyə yoluxduğunda 10 gün içərisində uşağınız xəstələnər, öskürməyə başlar, temperaturu artar, (bəzən olduqca yüksək), gözləri qızarar və burnu axar. Bəzi uşaqların ağızlarında qırmızı səpki meydana gəlmədən əvvəl boz nöqtələr meydana çıxar.
Dörd gün içərisində düz, çəhrayı ləkələr meydana gələr. Ümumiyyətlə üz bölgəsində başlayar, gövdəyə yayılar və ən sonunda bütün bədəni örtər. Bir neçə gün içərisində keçməyə başlayar.
Uşaqlar qırmızı səpkilər başlamadan əvvəlki bir neçə gündən səpkilər və temperatur düzəlməyə başlayana qədərki dövrə qədər xəstəliklərini bulaşdıra bilərlər. Bəzi uşaqlarda qızılcanın yanında ikinci bir infeksiya - qulaq infeksiyası, boğaz ağrısı, ya da sətəlcəm (ümumiyyətlə bakteriyalardan qaynaqlanar) də görülər. Uşaq xəstəliyə yoluxduqdan sonrakı 72 saat içərisində peyvənd edilə bilər.
Uşağınızı mümkün olduğu qədər rahatlatdırmaq xaricində edə biləcəyiniz çox bir şey yoxdur. Yenə də uşağınızın həqiqətən qızılca keçirdiyindən əmin olmaq üçün həkimə getməlisiniz. Uşağınız qızılca keçirirsə həkiminiz sizdən “sətəlcəm əlamətləri varmı” deyə diqqət yetirmənizi istəyə bilər.
Uşağınızı qızılca keçirməmiş kəslərdən uzaq tutun, çoxlu istirahət edib bol maye içməklərini təmin edin. Parlaq işıqlar uşağınızın gözlərini narahat edə bilər, evdəki pərdələri bağlayın, ya da uşağınıza günəş gözlüyü geyindirin. Uşağın temperaturunu salmaq üçün həkiminizə hansı dozada asetaminofen verə biləcəyinizi soruşun.
Qulaqdibi çənə altındakı və yanaqlardakı tüpürcək bezlərinin tıxanmasına və həssaslaşmasına səbəb olan bir infeksiyadır. Bir çox uşaq 12-15 aylıqkən və məktəbyaşına gəldikdə qulaqdibi peyvəndi olur.
Virusa yoluxduqdan 2-3 həftə sonra qulaq altındakı və çənə xəttinin altındakı bezlərin şişməsi, ağrıdan qaynaqlana dişləmə çətinlikləri olar və temperatur yüksələr. Bununla yanaşı qulaq ağrısı ilə udqunma çətinlikləri də görülə bilər.
Bəzi uşaqlarda oynaqlar da şişər. Əsas da testislər şişər və ağrıyar. Nadir olaraq da (yetkinlikdən sonra qulaqdibi çıxarsa) testislərin iltihablanması sonsuzluğa gətirib çıxarır. Meningit də nadir olaraq görülən hallardandır.
Müalicəsi istirahət etmək, çoxlu maye istehlak etmək və həkimin məsləhət gördüyü dozada asetaminofen (aspirin deyil) qəbul edilməsidir.
Boğmaca öskürəyi də deyilən boğmaca infeksiyası yoluxucu bir bakteriyalı infeksiyadır. Bəlğəm meydana gəlməsinə, iltihablanmağa, hava yollarının daralmasına və ciddi öskürmə halları ilə uşağın nəfəs almaq üçün içəri doğru tənəffüs etməsi kimi narahatlıqlara səbəb olar. Beyin və ciyərlərdə qalıcı zərərə yol aça bilər və hətta ölümcül ola bilər. Buna görə (2 aylıqdan başlayaraq, sonra 6 ildə 4 dəfə) uşaqlara boğmaca peyvəndi edilməsi lazımdır.
Boğmaca ümumiyyətlə soyuq qəbulu, burun axması və nəfəs almağı çətinləşdirəcək qədər ağır öskürəklərlə başlayar.
1 yaşınından kiçik uşaqlara hava göndərilməsi tam olaraq inkişaf etmədiyindən daha təhlükəlidir. Oksigen azlığından göyərə bilər və öskürməkdən boğula bilərlər. Körpəniz ya da uşağınız nəfəs almaqda çətinlik çəkirsə, ya da dodaqları ilə dırnaqlarında göy rəngə çalan izlər gördünüzsə təcili olaraq həkimə müraciət edin.
Daha böyük uşaqlarda bunlarla yanaşı öskürdükdən sonra qusmada olur. Öskürək 3 ilə 10 həftə arasında olur. Həkimlər boğmacanı antibiotik ilə müalicə edirlər. Daha ciddi hadisələrdə su itkisini önləmək üçün damardan maye və oksigen verilə bilər.
Uşağınıza öskürək önləyici dərmanlar verməyin. Hava yollarını tıxayan bəlğəmi öskürərək çıxarması lazımdır.
Sətəlcəm xüsusilə kiçik uşaqlarda ciyərlərdə, qanda və beyin ətrafı ilə onurğada ciddi infeksiyalara yol aça bilən bir bakteriyadır. Bundan əlavə pnomokok sinuslarda (sinizüt) və qulaqlarda (orta qulaq iltihabı) bakteriyalı infeksiyaların ən məşhur səbəblərindən biridir.
Körpələri və kiçik uşaqları pnomokok xəstəliyinə qarşı qorumaq üçün inkişaf etdirilən bir peyvənd olan PCV7 2000-ci ildə sənədləşdirilmişdir. Bu peyvənd tapılmazdan əvvəl pnomokok üzündən hər il minlərlə uşaqda qalıcı ziyan meydana gəlir və 5 yaşından kiçik təxminən 200 uşaq da ölürdü. Bu peyvəndin dörd dozasını 2 yaşından kiçik bütün uşaqlar üçün və oraq hüceyrə xəstəliyi olan, zərər görmüş, ya da heç dalağı olmayan və ya immunitet sistemləri hər vaxt düz işləməyən (HIV/AIDS, diabet və xərçəng kimi) uşaqların da daxil olduğu pnomokok xəstəliklərinə tutulma riskləri çox yüksək olan 2-5 yaşları arasındakı uşaqlar üçün təklif edilir.
Uşaq iflici beyin ilə onurğa iliyində viruslardan qaynaqlanan bir infeksiyadır. Bu infeksiyanın peyvəndi tapılmazdan əvvəl bu xəstəlikdən çox uşaq ölürdü. Uşaq iflici peyvəndi ABŞ-da və inkişaf etmiş bir çox ölkədə uşaq iflicini az qala tamamilə ortadan qaldırdı.
Alman qızılcası bir virusdan qaynaqlanan orta dərəcədə yoluxucu bir xəstəlikdir. Bir çox uşaqda soyuqdəymə ilə qarışdırılır. Digərlərində isə boyun və qulaqların arxasındakı bezlərin şişməsinə səbəb olar.
Alman qızılcasının 2-3 həftə arası kürt dövrü vardır. Sonralar ilk olaraq gövdədə yüngül qırmızı ləkələr meydana gələr. Uşaqlar nizamlı olaraq qızamıqcıq peyvəndi olurlar.
Hamilə olan ya da hamilə qalmağı planlayan qadınların inkişaf etməkdə olan döldə doğum qüsurlarına səbəb ola biləcək alman qızılcası virusuna qarşı peyvənd olmaları lazımdır.
Tetanus beynə və sinir sisteminə zərər verə biləcək bakteriyalı bir infeksiyadır. Uşaqlar difteriya və boğmaca peyvəndi olarkən tetanus peyvəndi də olurlar.
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR