
Sabah Azərbaycan muğamı Praqanın ən böyük konsert salonlarının birində səslənəcək. Milli.Az-ın məlumatına görə, Azərbaycan diasporasının dəstək verdiyi konsertin təşəbbüskarı həmyerlimiz, İtaliyada yaşayan bəstəkar Günay Mirzəyeva və onun italiyalı həyat yoldaşı, bəstəkar Françesko Maggiodur. Hər iki musiqiçinin “Çahargah” və “Şur” muğamı ladı üzərində olan yeni komposiziyaları Azərbaycan muğamı ilə sintez edilərək böyük kütləyə təqdim ediləcək. Muğam parçalarını bir çox müsabiqələrin laureatı Qoçaq Əsgərovsəsləndirəcək.Günay Mirzəyeva bildirib ki, hər iki bəstəkarın audio-vizual tamaşasını məşhur Praqa modern ansamblı müşayiət edəcək. Musiqili gecədə rəngarəng işıqlandırmalar, video-proyektor ilə Azərbaycanı əks etdirən fotolar, Şərq və Qərb musiqisinin sintezi - Praqa modern ansamblı ilə muğam triosunun əsərdə qurulmuş musiqi improvizələri nəzərdə tutulub. Xanəndə Qoçaq Əsgərov isə bunları qeyd edib: “Bu layihə ənənəvi olacaq. Bir müddət sonra başqa ölkələrdə təşkili nəzərdə tutulub. Layihə bizim ifamızla ilkdir. Növbəti təqdimatlar bir-birindən fərqlənəcək”.Xatırladaq ki, xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov müşayiət edəcəklər.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Can verən rubl bu ölkəni dilənçiyə çevirir
Tanınmış isveçrəli jurnalist Andre Vidmerin qələmə aldığı "Unudulmuş münaqişə" kitabı oxucuya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri çatdırır
Şagirdlərin tətil günləri başladı
Evsiz ailələrə çox vacib xəbər
Daha bir boksçumuz Rio-ya vəsiqə qazandı
Bədənimizdəki elektrik yükündən necə xilas olaq?
"TANAP regionda sülhə yardım edəcək"
Tələbə adını qazananlar seçim edirlər
Azərbaycana yeni gətirilən peyvəndin istifadəsinə başlanıldı
Avropa çempionatı bu ölkədə keçiriləcək
ABŞ-ın xüsusi xidmət orqanları “uçan adam”ı axtarır
Ağıllı robot Azərbaycan milli geyimini geyinəcək
Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası
Altı aktyor serialı tərk etdi-SİYAHI
"Tezbazar" salatı (foto resept)
Sosial şebekeler tenha qadınların psixikasını pozur
İngilis dili - XXXIII dərs
Yoluxanların sayı bu gün artdı
Qlobal təhlükə barədə xəbərdarlıq edildi
Türkiyə donur
Dəbdən düşmüş trendlər
VANQAnın 2019 proqnozu
130 dollarlıq smartfon göstərildi
"Ermənistanla sərhədləri açmağa hazırıq"
Lətifələr
Bu xəstəliyə diqqət!
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Hamının sevimlisi
Xoş aura yaradan bitkilər
Ayaqqabı və çantalar
Hələlik sadə əməliyyatlardır
Kayli Cenner şirkətinin 51%-ni REKORD Məbləğə Satır
“Hercai”nin məşhur aktrisası 93 kq arıqladı – FOTO
Gözəllik üçün nələr lazımdır?
40 min illik Boz qurd başı tapıldı
Meryem Üzerlinin son halı təəccübləndirdi-FOTO
Sel Astaraya ziyan vurub
Yaralı əsgərimiz: "Canımdan keçməyə hazıram"
Əriştənin hazırlanması hamını təəccübləndirdi – FOTO
"Çukur"da daha bir ayrılıq-FOTO
Məşhur aktrisa şərhiylə DİQQƏT ÇƏKDİ-FOTO
Qırışları aradan qaldıran maska
BÜRCLƏR bizə nə vəd edir? - 21 fevral
2016-cı il son 136 ilin ən isti ili olacaq
İslam İnkişaf Bankı Azərbaycana pul qoyacaq
Günün ulduz falı
Kölgələri tap
Bakının uşaq bağçalarında yenilik

- ŞƏRHLƏR