Son illərdə yol polisinin bütün şəxsi heyətinin işinin səmərəli qurulması, yol hərəkəti təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısının, qarşıda duran vəzifələrin icrası, işin daha səmərəli qurulması istiqamətində görülən tədbirlərin nəticəsidir ki, bu gün digər hüquq mühafizə orqanlarında olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində də əməkdaşların fəaliyyəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Daxili İşlər Nazirliyi orqanlarında maddi-texniki təchizatın yaxşılaşdırılması ilə bağlı xeyli iş görülüb, yeni texniki vasitələrin alınmasına başlanıb. Post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan “Fiat Doblo” və “BMW” markalı avtomobillər bu sırada mühüm yer tutur. Ümumilikdə yol polisi əməkdaşları üçün 400, digər qurumların əməkdaşları üçün isə 300 avtomobil alınıb. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem yol-patrul xidməti (YPX) avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infrared” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə daxili kompyuter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompyuterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir. Həmçinin YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Həmçinin nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompyuter qurğusuna ötürülür. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.
Onu da deyək ki, son dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yol infrastrukturunun yenidən qurulması, yeni yolların, körpülərin, yeraltı keçidlərin salınması yol polisi, həmçinin yol-patrul xidməti əməkdaşlarını daha məsuliyyətli olmağa, yol təhlükəsizliyini daha yüksək səviyyədə qurmağa sövq edir. Çünki ölkədə nəqliyyat vasitələrinin artması təbii olaraq yol hərəkətində problemlərin yaranmasına da səbəb olur. Dövlət yol polisinin yeni texniki vasitələrlə təmin olunması isə bu amillərin aradan qaldırılmasına hesablanıb. Şübhəsiz ki, xidmətin səmərəli yerinə yetirilməsində patrul avtomobillərinin müasirliyi böyük əhəmiyyət daşıyır. Bu da yeni avtomobillərdə hərəkətin təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə imkan verir.
Qeyd edildi ki, saxlanılan şəxslərin daşınması üçün “Mercedes” markalı 20 mikroavtobus alınıb.
Prezident İlham Əliyev mikroavtobuslarla da tanış oldu.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Pas və pas ləkəsinin çıxarılması
Vanilli pudinq (foto-resept)
Azərbaycanda boşanmaların sayı artıb
Günün qoroskopu: səbr edin
Dırnaqları gücləndirən təbii üsullar
Ankara Papaya nota verdi
Zəhərli münasibətdə olduğunuzu göstərən hallar
Zeytunlu çips (foto resept)
Məşhur aktyor tanınmaz halda -FOTO
Hər xanıma lazım
Ronaldo oğlunu kubokla vurub - VİDEO
Dünyanın ən cazibədar qadını seçildi
Təbiətin möcüzəsi "albino" heyvanlar
Günün qoroskopu: ən sadə problemlərin həlli çox vaxt alır
Koronavirusla bağlı SON STATİSTİKA
“Twitter”də yumurta dövrü sona çatdı
Putin İrəvanın pul kisəsini kəsdi
Can Yamandan Demetə SURPRİZ
Məşhur aktrisadan gözlənilməz etiraf
300 illik ağacı yandırdılar-Cinayət işi açıldı
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Vətənində əcnəbi sayılan qız: Danışanda şoka düşürlər - FOTO
Çibanla necə mübarizə aparmalı?
Daha bir dərman preparatının satışına QADAДћA
Bergüzar Koreldən GÖZLƏNİLMƏZ Etiraf
Ərdoğan Türkmənistanda hamını heyrətləndirdi
"Bu qadının sirri nədir?" - FOTO
Hava şəraiti kəskin dəyişəcək
Prezident bu nazirliklərə 2 il vaxt verdi
Ronaldo: ""Qızıl top"u Leo qazanacaq"
Gül bayramı
Tədris ilinin müddəti barədə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA
Janna Friskenin əri onunla evlənir-FOTO
Burun formanız xarekterinizi göstərir
Kamran Əliyevdən yeni TƏYİNATLAR
Prezidentdən mühüm qərar
Yaponiyada koronavirusun ikinci dalğası barədə XƏBƏRDARLIQ
Azərbaycanda yaşlı kişilər niyə boşanır?
Qarpızı yeməzdən öncə mütləq sabunla YUYUN, YOXSA...
Qar ABŞ-ın həyatını dondurdu
Ramazan ayı - 2-ci günün duası
Günün ulduz falı
Dilçilik İnstitutundan CƏRİMƏ TƏKLİFİ
Demi Lovato yeni sevgilisinin FOTOsunu paylaşdı
"Apple" yeni sensor yaradır
Cazibədar,yoxsa sadə qadın?
Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı - RƏSMİ
Hazal Kayanın etirafı hər kəsi təəccübləndirdi-FOTO
Mark vəzifəsini itirə bilər!
Məktəb bufetlərində qadağan olunan ərzaq SİYAHISI















- ŞƏRHLƏR