Dünyada hansı insan bir dişlək də olsa şokolad yemədiyini deyə bilər? Bunu qəbul edək ki, adamların çoxu şokolad yeyir, yeyib və yeyəcək. Yer üzündəki təkamül və qloballaşmadakı dəyişikliklər olsa da, şokolad yenə də insanlara həyatın şirin anlarını bəxş edir. Şokoladlar böyük ölçüdə ola bilər, meşə fındıqlı şokoladlar, təmiz tünd şokolad, südlü şokoladlar mövcuddur. Hətta şokoladdan düzəldilmiş heykəllərin sərgisi belə olur.
Şokolad sevənlər bunu özlərinin hobbisi hesab edir, digər tərəfdən tənqidçilər fikirləşir ki, şokoladlar orqanizm üçün zərərli olan surroqat qidalardır.
Şokoladın üstünlükləri
Şokolad insanı şənləndirir, enerji verir, öskürək və ishalın qarşısını alır. Klassik şokolad şübhəsiz ki, ürəyə müsbət təsir edə bilər, çünki o triptofan adlandırılan kimyəvi preparata malikdir ki, bu da beynin yaxşı işləməsinə, həmçinin həyəcan və fərəh hissini yaratmağa kömək edir. Bundan başqa, o həmçinin çaylarda və ya şərablarda olan antioksidləşdiricilərə malikdir. Tədqiqatlara müvafiq olaraq, yaxşı antioksidləşdirici maddə xərçəngin, ürək xəstəliklərinin riskini azaltmağa kömək edə bilər və toksinlərin səbəb olduğu hüceyrə zədələnmələrinin qarşısını ala bilər. Ekspertlərə görə, bu yaxşı xolesterin üçün xeyirli mənbədir. Bundan əlavə, şokoladların daxilində flavonoid adlı maddə də var ki, qanaxmanı yüngülləşdirərək ürək-damar sağlamlığını təmin edə bilər.
Zərərləri
İnsanları şirnikləndirən şokolad həm də zərərlidir. Baxmayaraq ki, piyi və kalorisi aşağı olan şokoladlar var, bunlar yenə də ürəyə piy verə bilən yağlara malikdir. Buna görə də, şokolad həvəskarı əvvəlcə şokoladın etiketinə baxmalıdır.
Bir çox qadın menstruasiyadan əvvəl spesifik şokolada meylli olur . Səbəbi odur ki, şokolad menstruasiyadan əvvəl gərginlik zamanı maqnezium çatışmamazlığını gücləndirə bilər. Hamiləlik ərzində şokolada meyllilik yüngül anemiya yaradır ki, bunu şokoladın tərkibindəki dəmir müalicə etməyə kömək edə bilər. Şokoladda az miqdarda əsəb sisteminin fəaliyyətini artıran kofein mövcuddur, bu isə həyəcana səbəb olur. Kofein bəzi insanlarda baş ağrılarına səbəb ola bilər. Əgər siz kofeinə qarşı həssassınızsa, yatmaq vaxtına az qalmış şokolad yeməyin, kofein yuxunu qaçırdır. Şokoladdakı başqa gücləndirici vasitə seobromindir, hansı ki ağciyərin içindəki hamar əzələləri rahatlaşdırır.
Şokoladın tərkibində oksalat kimyəvi maddəsi var, bu böyrək daşı riskini artırır. Əgər sizdə böyrək xəstəliyi varsa, şokolad yeməyin.
Bir dəfəyə həddən artıq şokolad yemək orqanizm üçün yaxşı deyildir. Hər şəxs üçün bir gündə məsləhət görülən şokoladın miqdarı maksimum 29,86 q, həftə ərzində miqdarı isə orta hesabla 209, 02 q-dır.
Şokoladdakı kakao həqiqətən diş çürüməsi ilə mübarizə aparan antibakterial maddələrini özündə saxlayır. Buna baxmayaraq şəkər tərkibli şokoladın həddən artıq qəbul edilməsi maddələr mübadiləsinə əks təsir edir. Acı şokolad daha yaxşıdır, xeyirli şokolad məhsulu axtaran şəxs şokoladın tərkibinə diqqət etməlidir. Şokolad qələviləşdirilən olmamalıdır, qurumamalıdır və qızardılmaqdan daha çox, asan sıxılan olmalıdır, tərkibində təmizlənən şəkərin və süd piylərinin, hidrogenləşmiş yağların əvəzinə şəkər qamışından istifadə edilməlidir.
XƏBƏR LENTİ
Allahşükür Paşazadə İordaniyaya səfər edəcək
Azərbaycanlı yeni canlı kəşf etdi
.Bakıda möhtəşəm şeir gecəsi
İspan dili 17-ci dərs
Küçə sənəti
Xəstəlikləriniz haqda hər şeyi bilirsiniz?
Balqabaqlı sıyıq(foto resept)
Azərbaycanda film çəkilişlərinə start verilib
Yaydan sonra kökəlməyin
Çobanyastığının qadını gözəlləşdirən xüsusiyyətləri
Onları marixuana sağaldır?
Gecə ərzində düşmənin məhv edilən döyüş texnikaları - VİDEO
Çağrılmamış qonaqlar və qonaqlıq(II)
Bellanın görünüşü hər kəsi qorxutdu-FOTO
Ətəklə necə dəbli görünmək olar?
Şirələrin faydaları
Ruhlarla danışmaq üçün qurğu
Qarabağın incisi Şuşa: Ermənilərin tarixi səhvi düzəldildi - VİDEO
Soyuducuda faydası artan məhsullar
Sukerberqin sərvəti 23 milyard azaldı
Soyuq havalarda dərini qoruyan 3 maska
Hatice Ana erməni imiş
Türkan Şoray podiuma çıxacaq
ANS-dən XƏBƏR VAR
Yüzdən çox insan itikin düşüb
Bədən üçün skrab-maskalar
Günün ulduz falı
Cehizlik qablar
Alimlərdən dəhşətli virusla bağlı AÇIQLAMA
Hörgülərdən düzəldilmiş saç düzümü
Günün qoroskopu: Mübahisə etməyin!
HAVA necə olacaq?-6 oktyabr
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Can Yamanın yeni serialı bəlli oldu-FOTO
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
Bakıda anomal isti gözlənilir
Şəkərparə (foto resept)
Ördək dimdikli dinozavr növü tapıldı
Məşhur müğənninin sümüyü sındı-FOTO
Ailə qurulması məsləhət olan 15 kişi tipi
Mərkəzi Bankdan xəbərdarlıq
Toyunda qara gəlinlik geyindi!
Bakıda yağış sularından texniki su kimi istifadə edilməsi nəzərdən keçirilir
"Azərbaycanfilm" kinostudiyasının yaranmasının 90 ili tamam olur
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Birləşmiş Ərəb Əmirlikləri
2011-ci ilin ətəkləri
Zövqlə bəzədilmiş tərəvəzlər
Yıldız Tilbenin səhnə qiyməti bahalaşdı-FOTO
Serenay Sarıkaya Cem Yılmazı belə təbrik etdi-FOTO
- ŞƏRHLƏR