Qadin.NET / Şokolada diqqət!

Şokolada diqqət!

Şokolada diqqət!

Dünyada hansı insan bir dişlək də olsa şokolad yemədiyini deyə bilər?  Bunu qəbul edək ki, adamların çoxu şokolad  yeyir, yeyib və yeyəcək. Yer üzündəki təkamül və qloballaşmadakı dəyişikliklər olsa da, şokolad yenə də insanlara həyatın şirin anlarını bəxş edir. Şokoladlar böyük ölçüdə ola bilər, meşə fındıqlı şokoladlar, təmiz tünd şokolad, süd şokoladlar mövcuddur. Hətta şokoladdan düzəldilmiş heykəllərin sərgisi belə olur.

Şokolada diqqət!

Şokolad sevənlər bunu özlərinin hobbisi hesab edir, digər tərəfdən tənqidçilər fikirləşir ki, şokoladlar orqanizm  üçün zərərli olan surroqat qidalardır.

 Şokoladın üstünlükləri  

Şokolad insanı şənləndirir, enerji verir, öskürək və ishalın qarşısını alır. Klassik şokolad şübhəsiz ki, ürəyə müsbət təsir edə bilər, çünki o triptofan adlandırılan kimyəvi preparata malikdir ki, bu da beynin yaxşı işləməsinə, həmçinin həyəcan və fərəh hissini yaratmağa kömək edir. Bundan başqa, o həmçinin çaylarda və ya şərablarda olan antioksidləşdiricilərə malikdir. Tədqiqatlara müvafiq olaraq, yaxşı antioksidləşdirici maddə xərçəngin, ürək xəstəliklərinin riskini azaltmağa kömək edə bilər və toksinlərin səbəb olduğu hüceyrə zədələnmələrinin qarşısını ala bilər. Ekspertlərə görə, bu yaxşı xolesterin üçün xeyirli mənbədir. Bundan əlavə, şokoladların daxilində flavonoid adlı  maddə də var ki, qanaxmanı yüngülləşdirərək ürək-damar sağlamlığını təmin edə bilər. 

Zərərləri 

Şokolada diqqət!

İnsanları şirnikləndirən şokolad həm də zərərlidir. Baxmayaraq ki,  piyi və kalorisi aşağı olan şokoladlar var, bunlar yenə də  ürəyə piy verə bilən yağlara malikdir. Buna görə də, şokolad həvəskarı əvvəlcə şokoladın etiketinə baxmalıdır.

Bir çox qadın menstruasiyadan əvvəl spesifik şokolada  meylli olur . Səbəbi odur ki,  şokolad menstruasiyadan əvvəl gərginlik zamanı maqnezium çatışmamazlığını  gücləndirə bilər. Hamiləlik ərzində şokolada meyllilik yüngül anemiya yaradır ki, bunu şokoladın tərkibindəki dəmir müalicə etməyə kömək edə bilər. Şokoladda az miqdarda əsəb sisteminin fəaliyyətini artıran kofein mövcuddur, bu isə həyəcana səbəb olur. Kofein bəzi insanlarda baş ağrılarına səbəb ola bilər. Əgər siz kofeinə qarşı həssassınızsa, yatmaq vaxtına az qalmış şokolad yeməyin, kofein yuxunu qaçırdır. Şokoladdakı başqa gücləndirici vasitə seobromindir, hansı ki ağciyərin içindəki hamar əzələləri rahatlaşdırır. 

Şokolada diqqət!

Şokoladın tərkibində  oksalat kimyəvi maddəsi var, bu böyrək daşı riskini artırır. Əgər sizdə  böyrək xəstəliyi varsa, şokolad yeməyin.

Bir dəfəyə həddən artıq şokolad yemək orqanizm üçün yaxşı deyildir. Hər şəxs üçün bir gündə məsləhət görülən şokoladın miqdarı maksimum 29,86 q, həftə ərzində miqdarı isə orta hesabla 209, 02 q-dır.

Şokoladdakı kakao həqiqətən diş çürüməsi ilə mübarizə aparan antibakterial maddələrini özündə saxlayır. Buna baxmayaraq şəkər tərkibli şokoladın həddən artıq qəbul edilməsi maddələr mübadiləsinə əks təsir edir. Acı şokolad daha yaxşıdır, xeyirli şokolad məhsulu axtaran şəxs şokoladın tərkibinə diqqət etməlidir. Şokolad qələviləşdirilən olmamalıdır, qurumamalıdır və qızardılmaqdan daha çox, asan sıxılan olmalıdır, tərkibində təmizlənən şəkərin və süd piylərinin, hidrogenləşmiş yağların əvəzinə şəkər qamışından istifadə edilməlidir.

20 mart 2016
GO BACK