Din yetərli qədər aydın və başa düşülən deyil.
İnsanların dini mövzularda özlərini aldatmağının yollarından bir başqası da dinin lazımi qədər açıq və anlaşılan olmadığına inanmalarıdır. Şübhəsiz, bu da şeytanın insana hazırladığı tələlərdən biridir. Bu bəhanəni irəli sürən insanların çoxu dini öyrənmək üçün oxuyub araşdırma etməmişlər. Bu düşüncədə olmalarının səbəbi xalqın böyük əksəriyyətində olan bir yanılmanın təkrar olunmasıdır. Bəzi insanlar Quranı bir dəfə olsun belə oxumadan Quran haqqında müxtəlif zənnlərə qapılırlar. Sanki özlərinin oxuyub anlamaları gərəkmədiyi kimi, Qurandakı bəzi mövzuları fərqli başa düşüb şərh edən təlimçiləri bəhanə gətirirlər. Sonra da özlərinə görə Quranı müxtəlif: yaxşılıq, sevgi, sülh, tolerantlıq kimi dəyərlərlə sadələşdirirlər.
Bu məsələdə bir araşdırma aparmadan, dinin lazımınca açıq və başa düşülən olmadığını düşünən və bu səbəblə dinə gərək olduğu diqqəti göstərməyən insanların gündəlik həyatı daxilində nələrə maraq göstərdiklərini gördükdə heyrətlənirsiniz. Məsələn, sensasiyalı bir xəbər çıxsa, o dəqiqə müxtəlif şərh və dəyərləndirmələrlə bu xəbərə diqqət kəsildiyini, xəbərlə bağlı daha detallı məlumat əldə etmək üçün sorğu-sual etdiklərini görürsünüz. Kütləvi nəqliyyat vasitələrində kimin nə oxuduğu, yanındakı ilə nə danışdığı, ya da telefonundan həmin an nə izləyib, nə yazdığı insanların maraq mövzusu ola bilməkdədir. Dostunun (rəfiqəsinin) əynindəki geyimi, ya da ayağındakı ayaqqabını haradan aldığı, hansı mağazada nə qədər endirim olduğu kimi məsələlərdə insanlar daha diqqətli olurlar. Sözün qısası, insanların böyük əksəriyyəti, ətraflarındakı gərəkli-gərəksiz hər şeyə qarşı böyük bir diqqət və maraq içərisində yaşayırlar. Mağaza sahibi biri mağazaya gələn müştərini razı salmaq və ona mal satmaq üçün hər yolu yoxlayar. İnsanın almaq istədiyi bir iş və ya təklif olsa, mütləq bütün cəhdlərini sınayar, işin düzəlməsi üçün başqa insanları da araya qatar. Çox əhəmiyyətli hesab etdiyi bir işi qazanmaq üçün təsirli bir təqdimatın hazırlanmasına dəfələrlə təkrarlar, günlərlə hazırlıqlar edən insan, nədənsə axirətləri ilə bağlı gerçəklərə qarşı maraqsız qalır.
İnsanlar da var ki, Allahın mesajını diqqətə almadığı kimi həm də bu mesajlara önmühakiməli yanaşırlar. Təəssüflə qeyd etmək lazımdır ki, Quranı açıb oxuyan və anlamağa çalışandan çox Quran haqqında müsbət və ya mənfi bilik və görüş sahibi olan insanlar vardır. Müqəddəs kitabdakı mesajları oxuyub diqqətə almaları onlara aid deyilmiş kimi laqeyd və rahatdırlar, Qurandakı ifadəylə desək, biliksizlərin yolu gedilərək, "Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?" (Bəqərə surəsi, 118-ci ayə), deyərcəsinə Allaha iman etmələri üçün onları şəxsən yola gətirmələrini gözləyirlərmiş kimi davranırlar. Bu anlayışa sahib insanlar üçün Allahın buyurduqlarının nə olduğu deyil, əhəmiyyətli olan öz işlərinə gələn və öz anlamaq istədikləridir. Bir tələbə, ya da işçi əlindəki layihə, yaxud tapşırığı anlamaq çətin olsa da, nə olursa olsun, onu başa düşüb həll etməyə çalışır. Amma iş Quranı anlamağa gələndə, necə olsa başa düşmək çətindir, deyib bir kənara qoyurlar. Halbuki anlaşılmaz olan Quran deyildir, insanın öz gerçəyi ilə qarşılaşmaq istəməməsidir.
"And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!" (Qamər surəsi, 17-ci ayə).
Bir-birindən ayrı bir çox mövzuya toxunmasına baxmayaraq, Quran ayələri arasında möhtəşəm bir uyğunluq və ardıcıllıq vardır. Bir elm kitabı deyildir, amma, məsələn, Yerin və Göyün bitişikkən bir-birindən ayrılmasını ifadə edən kainatın tək bir nöqtədən başlayan macərasını (Big Bang/Böyük Partlayış, Ənbiya surəsi, 30-cu ayə), ya da kaintaın genişlənməsinə dair bir çox fizik və riyaziyyatçının illərini verərək formalaşdırdıqları modern elm tərəfindən ortaya qoyulan müşahidəyə söykənən həqiqəti tək bir cümlə ilə ifadə edər (Zəriyət surəsi, 47-ci ayə). Bir şeir kitabı deyildir, amma ən klassik şeirləri kölgədə buraxır. İnsanların həm bəşəri, həm də ictimai vəziyyətləri ilə əlaqədar sosioloji və psixoloji təhlillər edir. Klassik kitablardakı təsniflər kimi giriş, inkişaf və nəticə qizimlərinə ayrılmaz. Əmr və qadağalar, əxlaqi buyruqlar, keçmiş din və cəmiyyətlərdən xəbərlər, dünya həyatının gerçəyi və ölüm sonrası ilə bağlı hökmlər kitabın tamamına yayıldığı üçün oxucusunu darıxdırmaz, az sözlə çox bilik öyrədir və bu xüsusiyyəti səbəbi ilə daima dinamizmini qoruyur.
"Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi (dəlillərimizi) açıqcasına göstərdik" (Bəqərə surəsi, 118-ci ayə).
Quranın dini, əqli, əxlaqi, ictimai və bəşəri mövzularda ortaya qoymuş olduğu ruhu görə bilmək üçün əvvəlcədən əldə edilmiş bilik və görüşlərlə deyil, təmiz bir zehinlə Qurana baş vurmaq və ilahi mesajı bu yolla qavramaq lazımdır. Qurani-Kərim sadəcə əmr və qadağanlardan ibarət bir buyruq kitabı deyildir. Əxlaqi prinsiplərlə həm bəşəri, həm də ictimai mənada həyat bələdçisidir. Oxumağı, incələməyi, araşdırmağı və düşünüb anlamağı təşviq edən ayələri ilə elmə yönəldən bir nurdur. Bununla yanaşı insanların doğru ilə yanlışı öyrənib bir-birindən ayırd etmələrini, ictimai nizamı təmin edən bir "furqan", fərdlərin həm bu dünyası, həm də axirəti üçün xeyirli olacaq əmr və qadağaları ilə bir hqquq kitabıdır.
"Rəbbinin doğru yolu budur. Artıq Biz ayələri düşünən bir xalqa izah etdik" (Ənam surəsi, 126-cı ayə).
Allahın əmr və qadağaları son dərəcə aydındır. Qula düşən Yaradıcısının ondan nələr istədiyini öyrənməyə və tətbiq etməyə çalışmaqdır. Daimi olaraq Quran oxumaq və ayələrdəki ilahi ruhu qavrayaq Quranı həyat rəhbəri etmək lazımdır. İnsanlar Quranı anlamadıqlarını iddia edərlər, çünki onu oxumazlar. Halbuki Quran ayələrinə baxsaq, kitabın enmə səbəbi bu cür izah edilir:
"O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik" (Nəhl surəsi, 89-cu ayə).
"Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və (bu) mömin camaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun" (Nəhl surəsi, 64-cü ayə).
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Şabalıd haqqında bilmədiklərimiz
Seçim paradoksu
Sentyabrda 4 gün iş olmayacaq
Bu gün bir əsrdə 14 dəfə baş verəcək hadisə yaşanacaq
Məşhur aktrisa ana oldu-FOTO
Kişiləri məftun edən qoxular
Öz-özünə danışmaq düşünməyi inkişaf etdirir
Ərə get!...
Dəlilik həddindəki yazıçılar
Üçyaşlı uşaq dünyanın ən ağıllı adamlarından biridir
Çində koronavirusla bağlı qorxulu statistika-74 min insan yoluxdu
O, ən bahalı avtomobil oldu
"İldə bir kilo bal yeyən insan pis xəstəliklərdən uzaq olar"
"Dərman preparatlarının qiymətlərinə baxıldı və vahid qiymət qoyuldu" - Nazir müavini
6 yaşlı qız anasının tutulmasını istədi-SƏBƏB
Bu reklamlara qadağa qoyulur
Gənclərə meydan oxuyan yaşlı modellər
Günün ulduz falı
Pide (foto resept)
Çingiz Abdullayevə daha bir vəzifə verildi
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Tərəvəz güveç
Murad və Aslı barışıb?
Azərbaycanda bütün qəbirlər eyni formada olacaq
Milyarderlərin sayı rekord həddə çatıb
Əsəbləri sakitləşdirməyin 25 yolu
Almalı, armudlu piroq (foto resept)
Birlikdə əylənin
Bakıya qaçan erməninin son addımı
Maska taxarkən yol verilən 5 səhv
"New Europe" qəzeti: Ermənistan – Avropa İttifaqının ən böyük məyusluğu
Castin Biber izləyicilərinə səsləndi
Tuba hər kəsi təəccübləndirdi
Tez məğlub olmağın səbəbləri
Körpə biskviti ilə kökəlmə
ADNA faciəsindən 9 il ötür
Dünyadakı romantik şəhərlər
Bakıda nadir şiş əməliyyatı reallaşdı
Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (son)
Acundan koronavirusa görə Pərvizə jest - Video
Hərbçilərimiz şəhidlərimizi yad etdi
"Çukur"un aktyoru Bakıya gəlir
Ronaldo Yeni İmicdə-FOTO
Bakıda pulsuz internet olacaq
Bu qadınlar kişiyə nikah məktubu yazırlar
Avtoxuliqanlara bəd xəbər
Azərbaycan tarixindən yüz şəxsiyyət-95
Şəki Xan sarayında Çinar aşdı - 19 yaralı/VİDEO
Luvr muzeyinin həyətindəki gözəllik məhv oldu-FOTO
Ancelina Coli qızardılmış əqrəb və tarantul yedi














