APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib. Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinin avtoxuliqanlığı nəzərdə tutan 296-1 maddəsində dəyişiklik edilib. Beləliklə, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə cərimə məbləği 400-600 manatdan 500-700 manatadək artırılıb. Bundan başqa, eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə cərimə məbləği 600-800 manatdan 700-1000 manatadək artılıb. Qanunla edilən daha bir dəyişiklik mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə cərimənin nəzərdə tutulmasıdır. Bu qanun pozuntusuna görə 500 manat miqdarında cərimə nəzərdə tutulur. Xəta il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə 1000 manat cərimə ediləcək. APA TV-nin xəbərinə görə, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə cəzalar da kəskin artırılıb. Məcəlləsinin 155.7-ci maddəsində 80 manatdan 100 manatadək sözləri 500 manatdan 800 manatadək sözləri ilə əvəz edilib.
Mənbə: Lent.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sabahın HAVAsı
Dəbli çantalar
“Çukur”da yeni aktyor-FOTO
Yerə təhlükə yaxınlaşır
Duzlu bisküvit (foto resept)
Azərbaycanda yenidən "kolxoz" yaradılır
"Kirpi" pirojnası (foto resept)
Avropada rouminq ləğv ediləcək
Dadlı qurabiyə (foto resept)
Hava XƏBƏRDARLIĞI
Bakıda inşa olunan möhtəşəm olimpiya stadionunun göörüntüsü
Deniz Çakır məşhur seriala qayıdır-VİDEO
Darçınlı çörək (foto resept)
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
"100 min mənim üçün qoz-fındıq puludur"
Dünyanın ən bahalı nişan üzükləri
Çoxuşaqlı ailələr bunu bilməlidir
Yenidən sərtləşdirmə qərarı verilməsinin səbəbi açıqlandı - RƏSMİ
Bakı və ətrafında torpaq neçəyədir?
Pəhrizin təsirini daimi etməyin yolu
Yağış qayıdır
Putinin hamıdan gizlədiyi qızı
Qısa dırnaqları uzun göstərməyin yolları
Bağçalarda uşaqlar yaş həddinə uyğun qidalanmır - HESABAT
İşbazlar Göyçay fermerlərini çıxılmaz vəziyyətdə qoydular
Meyvələrdən ilham alan sənətkar
"Sevgi hormonu" ideal ağrıkəsicidir
Tramp ABŞ-ın kibertəhlükəsizlik agentliyinin rəhbərini vəzifəsindən uzaqlaşdırdı
Çin hakerlərin yara bilməyəcəyi internet xətti yaradır
Armudlu maffinlər (foto resept)
Tuba Büyüküstün bu dəfə KLİP təqdim etdi-VİDEO
Hava haqqında - 15.10.2013
Qəlbinin səsi ilə hərəkət edirsən, yoxsa məntiqinlə?
HP-dən ElitePad 1000
Sağlam böyüməyinə kömək edin
Yevlaxda Qurban bayramı qeyd olunur
Badamlı şirniyyat (foto-resept)
Selana Gomez xəstəxanaya yerləşdirildi-SƏBƏB
Gündə 3 ədəd ərik yesəniz..
İranda koronavirusa yoluxanların sayı rekord həddə çatdı
"İlin qadını" o oldu-FOTO
Hər zövqə uyğun don modelləri
Karantində olan Ronaldudan koronavirusla bağlı böyük jest
Ronaldo “Intagram”ındakı reklamlara görə nə qədər qazanır?
Günün ulduz falı
Azərbaycanda bu tarixdə karantin sərtləşdirilə bilər - RƏSMİ
Evlər kəskin bahalaşacaq
Koronavirusun qulaqlara təhlükəli təsiri
Tramp ABŞ-ın Çinlə biznes əlaqələrini dayandıra bilər: "Pul itirmişik..."
1,2 min rus əsgəri Ermənistanda















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]