Bu günə qədər bir dəfə də olsa, hoteldə qalmısınızsa, “check out” edəndə resepsionda əyləşən ya təklikdən ürəyi darıxan, ya da ətrafındakı işçilərlə söhbətdən başı açılmayan gülərüz hotel işçisinin bu sualı ilə mütləq qarşılaşmısınız: “Minibardan nəsə istifadə etmisiniz?” Şüuraltına yerləşən o qorxu ilə nəinki minibardan nəsə götürmək onun qapısını belə açmayanlar üçün bu sualın çox sürətli bir cavabı var, “xeyr, heçnə (iç səsiniz: qətiyyən, mən bura minibara pul xərcləməyə gəlmişəm? Onsuzda yarım litr suyu 4 manata verirsiniz.)” Bəzilərimiz isə vaxtında yatmadığı üçün qazınan mədəsinin təkidi ilə niyyətini pozub ya bir qab fıstıq, ya da çipsi götürür, içki sevənlər isə ciblərini boşaldıb pulları topladıqdan sonra balaca bir viski ya şərab götürür.
Bax, ikinci qisim insanlar üçün resepsiondakı sual cavab axirət sorğusudur. “Birdən qiymət daha baha gələr” kimi düşüncələr, ya da “başqa nəyisə boynuma qoyar” fikrinin gərginliyi işçinin “təşəkkür edirik” sözünü eşidənə qədər getməz.
Gəlin qəbul edək ki, ürəyimiz istəməsə belə, ac olan gözümüz mini bardakı məhsulları görəndə “bəlkə birini götürüm?!” kimi şeytani fikirləri ağlımıza salmır desək yalan olar. Hələ biraz bahalı və ya zövqlə dizayn olunmuş hoteldə qonaqsınızsa, minibardakı görüntü “al məni, ye məni” deyə adamın gecə yuxusuna da girir. Yəqin məlumatınız olar, “duty free”lərdə gördüyünüz o şirin, formalı, adamı cəlb edən balaca qablaşdırmada olan spirtli içilər minibarlar üçün istehsal olunur əslində, viski və ya vodkanın elə maraqlı qablaşdırması olur ki, içməsən belə xatirə qalsın deyə özünə götürmək istəyirsən.
Biz hoteldə minibardan içki götürən digər içkilərin yerini dəyişərək “əşi hardan biləcəklər” deyən, hətta öz dediyinə inanan insan da görmüşük. Təbii ki, sən saydığını say gör o 5 ulduzlu hotel nə sayır?! Sökə-sökə o içkinin pulunu aldılar, alarlar da, başqa cür mümkün deyil, oradakı içkilərin nəinki adlarını, qramlarına qədər əzbər bilirlər o işçilər.
Bəs ağız dolusu danışdığımız, bu mini bardakı məhsullar niyə əl yandırır, ürək dağlayır?
Bu barədə Türkiyədə tanınmış bir hotelin idarəçisi olan dəyərli insanın adının açıqlanmaması şərti ilə dediklərini sizə çatdırırıq.
Həmsöhbətimiz deyir ki, əvvəla minibar da hotelin digər bölmələri kimi mənfəət məqsədilə yaradılmış bir yerdir. Təbii ki, hotel oradakı məhsullara müəyyən investisiya qoyub. Yəni bu satılmaq üçün təşkil olunan bir xidmətdir.
Bundan başqa bu bölməyə baxan ayrıca işçilər vardır, bunun üçün plan qurulur, məhsullar alınır, anbar yaradılır və bu xidmətin qonaqlara çatdırılması üçün hər detalına nəzarət edən işçilər ayrılır. Bəzən minibarlarda normalda rastınıza çıxmayacaq məhsullar da tapa bilərsiniz. Bahalı hotellərdə isə minibarladakı məhsullar məxsusi olaraq elə “Mini Bar”lar üçün istehsal olunur və normal olaraq da xüsusi qiymətə sahibdir. Bu məhsullar hotelin restoranlarında da tapılmaya bilər, mümkündür ki, adi xidmət vaxtı menyuda həmin malları görməzsiniz.
Minibar üçün xüsusi ayrılan işçi isə hər bir otağı bir-bir yoxlamaqla yanaşı, hər gün hoteli tərk edən müştəri üçün resepsiondan gələn bildirişlə qaçaraq otağa gedib minibarı yoxlayır, sayır və nələrin istifadə olunduğunu deyir. İndi təsəvvür edin, eyni vaxtda 3-4 müştəri birdən tərk edir hoteli, üstəlik onların otaqları hərəsi bir mərtəbədədir, Kərəmi ağlamaq tutan səhnədə bu dəfə baş rolda həmin işçi olur, çünki o adətən bir nəfər olur. Bu işi səhvsiz görməlidir, sonra o pul maaşından çıxılsa, günahkar yenə özü olacaq.
Bu qarışıqlıqda həmin işçinin səhvləri də olur, məsələn, müştərinin istifadə etdiyi bir içkini iki yazır, əvvəlki müştərinin istifadə etdiyi məhsulu sonrakına yazır və s. bununla da qarşılaşmışıq, burada əsas məsələ hövsələli olmaq və məsələnin həll olunması üçün gözləməkdir, görsəniz heç kim əksini fikirləşmir və o pulu sizə ödətmək fikrindədirlər, onda gözünüzdən qığılcımlar çıxarmağa başlaya bilərsiniz, çünki bütün gecə gözünüzün qabağında duran, lakin əl vurmadığınız məhsulun pulunu vermək minibardan içdiyiniz içkinin pulunu verməkdən daha ağırdır.
Çox önəmli detal isə, çoxumuzun bildiyi kimi minibar əslin bir SOYUDUCU deyil, yəni ordan hər hansı içki içmək istəsəniz, zəng edib resepsiona “minibarınız xarabdır bu içkilər soyuq deyil” deyə dalaşmayın, çünki mini barlar məhsulları buz kimi soyutmaq üçün deyil, onları müəyyən bir temperatura qədər sərin saxlamaqdır.
Çoxlu minibarlar görüb, dadmağınızı arzulayırıq, amma onu da qeyd edək ki, gəncsinizsə, minibarsız hosteldə gecələməyin sizin üçün daha əyləncəli olacağına əmin ola bilərsiniz.
Xoş istirahətlər.
Şahnaz Əhmədova
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR