Philip K. Dick, Charles Dickens, Jack Kerouac, Virginia Woolf, Sylvia Plath, Edgar Allen Poe, Franz Kafka… Bu adları birləşdirən ruhi vəziyyətləridir, hansı ki, həyatla əlaqələrini kəsib, eyni zamanda dünyanın ən istedadlı yazıçılarına çevirib. Dəliliklə dahilik arasındakı o incə sərhəddə qalan başqa yazıçılar kimlərdir bəs? Kitablarını oxuyanda tilsimləndiyimiz yazıçılar da psixoloji problemlər, ruhi sarsıntılar yaşamış, intihara cəhd etmişlər. Budur, həmin yazıçılardan bəziləri ilə tanış olun.
Richard Brautigan
Beat cəryanının banisi kimi bütün dünyanı lərzəyə salan kitablar yazan Richard Brautigan atasının kim olduğunu bilmirdi. Atası isə Brautiganın ölüm xəbəri yayılana qədər onun atası olduğunun fərqində olmayıb. Çətin uşağlığı olan Brautigan 1935-ci ildə doğulub, 20 yaşında polis idarəsinin pəncərəsinə daş atdığı üçün Oregon Əyalət xəstəxanasına göndərilir. Burada ona paranoyak-şizofren diaqnozu qoyulur və şok müalicəsi tətbiq edilir. 1955-ci ildə San-Fransiskoya köçüb “beat” cərəyanına qoşulur. 1961-ci ildə isə ailəsi ilə birlikdə təbiətin qoynuna, çay kənarlarına köçüb orada yaşamağa başlayır. Təbiətə vurğunluğunun ifrata varması o dövrlərdə yazdığı əsərlərində də əks olunub. 70-ci illərin sonuna yaxın isə alkoqol asılılığı, gözünün zəifləməsi onun ruhi müvazinətini bir qədər də sarsıdır. 1984-cü ildə özünü evə həbs etdi, yatmır və fasiləsiz içirdi. 1985-ci ildə isə dostları onu intihar etmiş şəkildə tapırlar.
Truman Capote
Truman Capote öz dövrünün ən dahi yazıçılarından biridir. Yazıçılığa və içkiyə erkən yaşlarda başlayan Capote cinsi həyatı ilə də çox səs-küyə səbəb olmuşdu. Bütün uşağlığını anasının otel otaqlarında yaşadığı macəralarını görməklə keçirmişdir. O dönəmlərdə bütün gecəni ağlayıb, anası getdikdən sonra bağladığı qapı önündə yuxuya gedərmiş. Capote həyatı boyu sevgiyə möhtac qaldı və özünü daim yalnız hiss etdi. Bax, elə bu hisslərini və həmin taleyini o, əsərlərindəki qəhrəmanların taleyinə əks etdirdi. Həyatının son vaxtlarında içkiyə və narkotikə həddindən artıq meyl salan Capote 1984-ci ildə dünyasını dəyişib.
Filip K. Dick
18 yaşında anasının yanından ayrılaraq, sənətçilərin və eynicinslərin birlikdə yaşadığı bir evə köçdü. Elə narkotiklə də ilk tanışlığı burada oldu. Filip K. Dicknin həyatının çox parlaq olduğu deyilə bilməz. Filipin ekiz qardaşı Ceyn kiçik yaşlarında ölmüşdü. İki il sonra dul qonşusu Annaya vurulur və arvadından boşanıb onunla evlənir. Bir az sonra isə nədənsə ona elə gəlməyə başladı ki, Anna öz ərini öldürüb və onu da öldürəcək. Bu paronyaklığa son vermək üçün 1962-ci ildə təkbaşına yaşamağa başladı. Bu illər dərmanlar və depresiyyalarla müşayiət olundu. Onun bu hallarına dözməyən dördüncü arvadı yazıçını tərk edir. Bu, eynı zamanda Dickin həyatının ən qaranlıq dönəminin başlanğıcı oldu. Evini narkomanların üzünə açıb özü də narkotik qəbulunda əndazəni aşırdı. 1973-cü ilə qədər bir neçə dəfə intihara cəhd etdi. Ömrünün sonlarına yaxın ağlını əməlli-başlı itirmişdi, hətta öz həyatının birinci hissəsinin Qədim Romada olduğunu iddia edirdi.
Charles Dickens
1812-ci ildə doğulan Dickensin uşaqlığı ilk vaxtlar rahat keçsə də, məmur olan atasının borclara görə həbsə düşməsi onu səfalətə salmışdı. 11 yaşında boya fabrikində işləməyə məcbur olub. Məhz bu yoxsulluğuna görə uzun müddət depressiya yaşayıb.
Allen Ginsberg
1926-cı ildə yəhudi ailəsində dünyaya gəlib. Anası Naomi Livergant Ginsberg uzun müalicədən sonra sağalmaz bir depressiya xəstəliyinə görə intihar edib. Anasının xəstəliyindəki paronyaklıq halları Allenə təsirsiz ötüşməmişdi. Məsələn, o mitinqlərdə dövlət başçılarına hücum edirdi. O elə bilirdi ki, bu başçılar onun evinə dinləmə cihazları yerləşdiriblər. Beat cərəyanının yazıçılarından olan Allen də anası kimi ömrü boyu depressiyadan əziyyət çəkdi.
Franz Kafka
Kafka bütün həyatı boyu kritik depressiya və antisosiallıq üzündən əziyyət çəkmişdir. Atası ilə ciddi problemləri olan Kafkaya eyni zamanda miqren, yuxusuzluq, qəbizlik, çiban və digər xəstəliklər çox əziyyət verdiyi üçün stress yaşayırdı. Ölümünə səbəb isə ağciyər və qida borusu xərçəngi olub. Kafka ömrünün son aylarında adicə su belə içə bilmirdi.
Öz dili ilə desək, Jack Kerouac “qəribə, yalnız, çılğın, katolik, xoflu” bir yazıçı idi. 1943-cü ildə dəniz ordusuna qoşulub, fəqət tezliklə oradan uzaqlaşdırılıb. 1944-cü ildə dostu Lucien Carrın işlədiyi bir cinayətə adı qarışdığına görə həbs olundu. İfrat dərəcədə içki aludəçisi olan Jack Kerouac 47 yaşında "tək aşiq olduğum qadın" dediyi anasının yanında, serrozdan yaranan şiddətli daxili qanaxmaya görə vəfat edib.
Sylvia Plath
İlk şeiri 8 yaşında yayımlanan Plath da bütün həyatı boyunca depressiyadan əziyyət çəkdi. 1950-ci ildə oxuduğu Kollecdə intihara cəhd etdi və dəlixanaya göndərildi. Saysız-hesabsız intihar cəhdləri edən Plath üçün 1962-1963-cü illərin qışı çox çətin keçdi. 11 fevral 1963-cü ildə öz otaqlarında yatan körpələrinə peçenyə və süd qoyub qapılarını da yaxşıca bərkitdi ki, otağa qaz sızmasın və öz başını ocağın içinə salıb intihar etdi.
Edgar Allan Po
Gotik ədəbiyyatın nümayəndəsi olan Ponun çox sevdiyi arvadı Virginia gənç yaşında öldü. Üstəlik, çox bağlı olduğu qadınlardan anası və ögey anasını da itirməsi yazıçının ruhi müvazinətini alt-üst etdi. İçki düşkünü olan Po uzun sürən, müalicəsi mümkünsüz olan depressiya səbəbiylə ağır ruhi sarsıntı yaşayıb.
Virginia Woolf
“Pərdə Arası” romanını yazdığı vaxtlarda artıq özünü kifayət qədər istedadlı hiss etməyən Virginia Woolf bacarığını itirdiyini fikirləşirdi. Hər gün müharibə qorxusu və yazmaq bacarığının itməsindən yaranan stress, dəhşət və xof nəticəsində ağır ruhi gərginliyə girən yazıçı 28 mart 1941-ci ildə olduğu vəziyyətə dözə bilməyib ciblərinə daş dolduraraq evlərinin yaxınlarındakı Ouse çayına atılıb intihar etdi. Onun həyat yoldaşı Leonard Woolfa yazdığı intihar məktubu yazıçının ruhi vəziyyətini ortaya çıxarır: “Sevgilim, yenə dəli olmaq dərəcəsindəyəm. O qorxunc zamanların öhdəsindən təkrar gələ bilməməkdən qorxuram və mən bu dəfə yaxşılaşmayacağam. Qəribə səslər eşidirəm… Diqqətimi cəmləyə bilmirəm. Buna görə də bacardığım ən yaxşı şeyi edirəm. Sən mənə ən böyük xoşbəxtliyi verdin, mənim hər şeyim oldun. Bu qorxunc xəstəlik məni yaxalamadan öncə bizim qədər xoşbəxt olan ikinci cütlük tanımıram. Artıq mübarizə aparmağa gücüm yoxdur. Sənin həyatını korladığımın fərqindəyəm. Bilirəm ki, mən olmasam, daha rahat işləyəcəksən. Bunu sən də görəcəksən. Fikir ver ki, hətta bunu belə düz ifadə edə bilmirəm, demək istədiyim odur ki, yaşadığım bütün xoşbəxtliyə görə sənə borcluyam. Mənə qarşı daima səbirli və mərhəmətli olmusan. Əgər kimsə məni xilas edə bilsəydi, hökmən bu, sən olardın. Artıq mənim üçün hər şey bitdi. Sadəcə, sənə bir yaxşılıq edə bilərəm. Həyatını daha çox korlaya bilmərəm. Bizim qədər xoşbəxt olan ikinci insan düşünə bilmirəm…"
XƏBƏR LENTİ
Ermənilər silah ala bilər: amma kimdən?
Həyətə girən ayı hovuz kənarında yatmış ev sahibini oyandırdı
Zamana meydan oxuyan trendlər
Qeyri adi ayaqqabılar-2
1 May tarixi
Hazırcavab Molla
Uşaqlara oxumaq həvəsinin aşılanması(2)
Harrison Fordun cəzası məlum oldu
Dünyada hay-küy yaratmış əkiz bacıların son - Fotosu
Azərbaycanda müəllimlərin narazılığına son qoyuldu
İlham Əliyev OPEC-lə zarafat etdi
ABŞ-da xəbərdarlıq
Vətən Müharibəsində ayağını itirən qazimiz: “Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı”
Sabahdan Ukraynada metrolar bağlanacaq
Həyat yoldaşınızla doğru ünsiyyət qurmağın 7 üsulu
Ərdoğan Ankaradakı terrordan danışdı
Körpəni yuyundurarkən diqqət ediləcək məqamlar
Şeymanın FOTOsu diqqət çəkdi-FOTO
"Bunu adi tamaşaçı da hiss edir"
Bu günün hava proqnozu
Büşra Pekinin son halı təəccübləndirdi - FOTO
Mayli Sayrus Yemi İmicdə-FOTO
Bakıda möhtəşəm yolka quruldu
Kondinsionerin uşaqlara MƏNFİ TƏSİRİ
Maskasız evdən çıxanlar cərimələnəcək? - AÇIQLAMA
"Ceylan" tortu (foto resept)
Hacı İsmayılovun doğum günüdür
Sualtı jim üzrə yeni rekord vuruldu - VİDEO
Bir cümlədə təəccübləndirən 20 həqiqət (1)
Saxsıdakı güllərə necə qayğı göstərməli?
Necə gözəl gəlin olmalı?
Bakıya qar yağdı
Manat bir günə 33% ziyan vurdu
1587 zəvvar Məkkədən qovulacaq
Qeyri-adi xalçalar...
Çingiz Abdullayevdən yeni təyinatlar
Günün qoroskopu:ailə üzvləri ilə ünsiyyətdə səbrli olun
Elektrik sobasını təmizləməyin ən sadə yolu
Şahzadə toydan sonra bu evdə yaşayacaq - FOTO
Xəstəlik: heç nə gördüyümüz kimi deyil
Təkcə siqaret çəkənlərin tutulduğu xəstəlik
"Gəncliyin ən yaxşısı" - (İtaliya-2003)
10 fərqli qaçış tipi
İggi ilk dəfə ana olduğunu etiraf etdi
3 il sonra...
Metroda bu vaqonlar olacaq
Quru göz sindromu
Planetin ən yaşlı sakini 118 yaşını qeyd edir
Qurban bayramı başladı
Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər
- ŞƏRHLƏR