"Dərslik yaradıcılığı və nəşri sahəsində gedən prosesləri, dərsliklərin tədrisi zamanı ortaya çıxan problemləri və onların həlli yollarını müəyyənləşdirmək məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verməkdədir. Artıq dərsliklərin hazırlanması üzrə tender bir il əvvəl elan edilir".Trend-in məlumatına görə, bu barədə M.Cabbarovun "Azərbaycan" qəzetində çap olunan yazısında qeyd olunub.
Nazirin sözlərinə görə, bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar və təkmilləşdirilmiş nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.
Növbəti dərs ili üzrə VIII sinif dərsliklərinin hazırlanması ilə əlaqədar tender bu il elan edilib. Tender proseduru üzrə təqdim edilən dərslik maketləri noyabr-dekabr aylarında qiymətləndiriləcək. Qalib elan olunan dərsliklər məhdud sayda çap edilərək 2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alınaraq çap ediləcək, dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaq.
M.Cabbarov bildirib ki, növbəti tədris ili üzrə, həmçinin IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklərdən 2016-2017-ci dərs ilində istifadə olunacaq: "Dərslik müəlliflərinin hüquqlarının qorunması və müasir tələblərə cavab verən dərsliklərin hazırlanması üçün onların yaradıcılığa həvəsləndirilməsi, eyni zamanda, dərslik yazılması fəaliyyətinin təşviqini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən dərsliklərin əlavə nəşrindən daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsi qərara alınmışdır. Müvafiq gəlirin digər hissəsinin isə dərsliklərin yazılmasının stimullaşdırılması, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün sərf olunması nəzərdə tutulmuşdur.
Təhsil Nazirliyi tərəfindən təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaq məqsədilə elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilmişdir. Hazırda VI sinif üzrə 10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə 5 dərslik də elektron formatda istifadəçilərə təqdim olunacaqdır.
Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artıracaqdır. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanacaqlar. Elektron dərsliklər əyani vəsaitlərin - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətlərinin, rahat istifadə, axtarış sisteminin mövcudluğu və digər üstünlükləri ilə ənənəvi dərsliklərdən fərqlənir".
Mənbə: Milli.AZ
XƏBƏR LENTİ
"Quş südü" tortu (foto resept)
BMW M4 üçün bodi-kit
Qurban bayramınız mübarək!
“Oskar” tarixində ilk yaşandı - FOTO
Dolların Azərbaycanda yeni problemi
Kainatdakı ən böyük qara dəliklərdən biri tapıldı
Günün ulduz falı
Ən güclü şəbəkə yaradılacaq
Dərimiz niyə quruyur?
Məşhur aktrisa Həbs Olundu-SƏBƏB
Ana-oğul idilər, cinsiyyət dəyişdirib ata-qız oldular - FOTO
Hamar dəri üçün maska
Pensiyalarla bağlı yenilik
Ev təmizliyində 5 yanlış addım
Gənclik sirləri: 40 yaşdan aşağı olanlar oxumasın
Məşhur robot Sophia vəsait yığır
Dünyanın ən uzun körpüləri
Duruşunuz sağlamlığınıza necə təsir edir?
Gənc və sağlam qalmaq üçün nə yeməliyik?
İşsizlikdən sığorta qaydaları ilə bağlı mühüm dəyişiklik - Staj azaldılır
Prezidentin köməkçiləri tanınmış videoblogerlə görüşdü
Sabahın HAVAsı
Mustafa Sandaldan Defne Samyeli AÇIQLAMSI-FOTO
Bapbalaca boyu var...
Təbiətin rənglərini əks etdirən saçlar
Dima Bilan psixiatrik klinikaya yerləşdiriləcək
Makiyajla "Disney" qəhrəmanları oldu!
Namaz qılmaq üçün “ağıllı canamaz”
Sevginin üç növü (1)
Həcc ziyarətinə getmək üçün kvota aradan qaldırıldı
Məmməd Əmin soruşur: “Namazı öz dilimizdə qıla bilərikmi?”
Apple 302 milyon dollar cərimələbdi
Türkiyə Ermənistanı 1915-ci il hadisələrini yenidən araşdırmağa çağırır
Hamilələr üçün geyimlər
Körpənizə günəş kremi sürtməyin
Hande yenə Demetə söz atdı
Əncirli truffel (foto resept)
Qafqaz Universiteti bağlandı
90 yaşlı qadının həyatdan öyrəndikləri
Ağıllı uşaqların valideynlərinin nəzərinə!
Möcüzəvi daşın sirli əlamətləri
Nəhəng köpək: bu itin boyu 2,1 metrdir
Hava haqqında - 23.09.2013
Çanta modelləri
Dünyada ən az danışılan dillər
Şişkinliyi azaldan qidalar
"Çukur" mövsum finalına hazırlaşır
Qiymətli metallar bahalaşıb, qızıl ucuzlaşıb
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Qabartma tozunun kosmetik faydaları
- ŞƏRHLƏR