Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür.
Qadin.Net bildirir ki, 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Rayonun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.
Füzuli rayonu 1988-ci ildən başlayaraq mütəmadi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.
Ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
Cəbrayıldan olan 61 100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.
Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi. Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, kəndin ərazisi minalardan təmizlənərək, ilkin mərhələdə kənddə 50 fərdi yaşayış evi, məktəb binası və digər müvafiq infrastruktur inşa edilərək 14 iyun 2017-ci ildə istifadəyə verilib, məcburi köçkünlərin buraya köçürülməsi qısa müddətdə başa çatdrılıb.
Kənddə bərpa işlərinin ikinci mərhələsində dövlət başçısısının 15 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq, əlavə 100 yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi və digər zəruri obyektlər inşa edilib. Bu mərhələdə indiyədək Cocuq Mərcanlı kəndinə 50-dən çox ailənin köçürülməsi təmin edilib. Bunlar, əsasən, Bakı və Şirvan çəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələridir
XƏBƏR LENTİ
Avstriyalı alim koronavirusa qarşı “ən rasional” dərmanı hazırladığını açıqladı
Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb
Kraliçanın 100 milyonluq yaxtası mübahisələr doğurdu
Yeni okean yaranacaq - Alimlərdən XƏBƏRDARLIQ
Yeni gənclik dərmanı- üz yoqası
"Türkiyə parlamenti Xocalı faciəsini soyqırım kimi tanımalıdır"
Məşhur aktrisa anası ilə-FOTO
Nur izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İsrail və Fələstin atəşkəs barədə razılığa gəliblər
Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməzlər? - RƏY
Koronavirusa yoluxan gənc iflic oldu, lakin ....-FOTO
Mikrodalğalı sobalar məhv edilir - ŞOK SƏBƏB
Universitetlərdə 4050 yer boş qalıb
Aparıcı Mətanət yeni imicdə-FOTO
“WhatsApp”da yeni layihə
Futboldan zəhləsi gedən qadınlar, sizin üçün!
56 yaşlı aktyor ilk dəfə ata olacaq-FOTO
Şəki "İpək yolu" VII Beynəlxalq musiqi festivalı başlayıb
Hədiyyə paketlərindəki təhlükə - VİDEO - FOTO
Vaxtilə xalqının imtina etdiyi gözəl
Günün qoroskopu - 05.11.2013
Uşağınıza xoşlamadığı yeməkləri sevdirmək
"Hörümçək adam"ın yaradıcısı vəfat etdi
Dondurmanın faydası
Oturub işləyərkən nəyə diqqət etməliyik?
Gülben Ergenə görə həbs olundu-SƏBƏB
Qadınlar arasında şahmat üzrə dünya çempionu bəlli oldu
Zəngilan rayonunun işğalından 25 il ötür
Alman jurnalist Ermənistanın yalanını belə ifşa etdi - FOTOFAKTLAR
Badımcan sarması(foto resept)
Tramp və xanımı koronavirusa yoluxdu
Şəkər xəstələri üçün pəhriz siyahısı
Avro tarixi minimumu yeniləyib
Magistraturaya qəbul olunanların nəzərinə!
Sadə peçenye (foto resept)
200 manat almaq üçün sənədlər
Azərbaycanda uşaq telekanalı ilə bağlı qərar verildi
Koronavirusa yoluxan Fatih Terimdən - Açıqlama
Tomatlı, xamalı sousda küftə (foto resept)
Cəbhə xəttində vəziyyət gərginləşib - Müdafiə Nazirliyi
"X factor" teleşousunun məşhur iştirakçısına ömürlük həbs cəzası verdildi
Məşhurların dəyişən tərzi
Stresli zamanlarda iştaham artır, nə etməliyəm?
Getrlər
İran məscidlərdə Məhərrəmlik mərasimlərini qadağan etdi
Lənətlənmiş otel
Güclü qasırğa “Kabus gəmi”ni sahilə vurdu - VİDEO
“Johnson&Johnson”un koronavirusa qarşı vaksini davamlı immun cavab reaksiyasına səbəb olub
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO














