Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 21 il ötür.
Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.
Erməni işğalı altında olan Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir. Rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.
Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”-i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:
1. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb.
2. Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib.
3. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb.
4. 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.
Bu gün Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 21 il ötür. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.
Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Şahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.
Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.
XƏBƏR LENTİ
SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi - FOTO
Rafet El Romanın qızı diqqət çəkdi
"Azərbaycanın insan hüquqları sahəsində böyük uğurlar əldə edib
Vaksinasiyadan və xəstəlikdən sonra yaranan immunitet müqayisə edildi
Kompasın tarixi
İmtahanda maksimum balı kim topladı? - DİM açıqladı -VİDEO
12 illik təhsil Azərbaycan məktəblilərinə nə vəd edir?
Azərbaycanda qəbul imtahanlarının keçirilmə vaxtları dəyişəcək?
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
HAVA necə olacaq? 18 İyun
Qənaətcil olmaq üçün 5 təklif
Prezident cərimələrin artırılmasını təsdiqlədi
İslamı qəbul edib şahzadə ilə evləndi - FOTO
Qadın.net ilə birgə hamiləlik dövrü(4 həftə)
Azərbaycanlı zəvvarların ilk qrupları Ciddə şəhərinə çatıb
Bu gündən açıq havada fəaliyyət göstərən kafe və restoranlar açılır
Bu günün tarixi (28.12.2014)
Bu gündən Azərbaycanda benzinin qiyməti ucuzlaşır
Bu gün "Qarabağ" çempion olacaq?
Bir-birinə bənzəyən analar və qızlar
Azərbaycanda ilk: ömürlük məhkum həbsxanada evləndi
Vanqa 2019-cu il haqda daha nə deyib?
Yeni instagram trendi
Dünyanın ilk uçan velosipedi
Rusiya XİN: Qarabağda yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək
Bakının bu ünvanında evlər sökülür
Məşhur müğənni koronavirusdan öldü - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-5 Oktyabr
Xorvatiyada küçədə çimərlik geyimində gəzmək qadağan olunub
26 il Kəlbəcərsiz...
Hava haqqında - 20.12.2013
Seboreya
Tolqa Karel yenidən ata oldu-FOTO
Sabahın HAVAsı
Balaca Flint
Prezident İlham Əliyev İranda rəsmi səfərdədir
Baş infeksionist: “Yumşalma yalnız bu halda ola bilər” - VİDEO
Yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Beyonse 3500 dollara köynək aldı - FOTO
Xəbərdarlıq: Yeni il bayramında ehtiyatlı olun !
Şokoladın yeni bir faydası ortaya çıxdı
Nalbandyan türk nazirlə görüşməmək üçün gizləndi
Azərbaycanda rezidenturaya sənəd qəbulu yekunlaşdı
Öd daşı xəstəliyi (video izah)
Damla şokoladlı paxlava (foto resept)
Plastik paketlərin əvəzinə istifadə edə biləcəyiniz alternativlər
Koronavirusdan sağalanları GÖZLƏYƏN TƏHLÜKƏ - Kimlər risk altındadır?
Meyvələrin bilmədiyimiz faydaları
Ağıl nədir?
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
- ŞƏRHLƏR