Oruc tutmaq insan üçün çox xeyirlidir. Bu dini ayin orqanizmin zərərli maddələrdən təmizlənməsində çox gözəl effekt verir.
Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının terapevti, tibb üzrə fəlsəfə doktoru İbrahim Əfəndiyev deyib.
Onun sözlərinə görə, mütəmadi oruc tutanlarda tibbi nöqteyi-nəzərdən effekt daha yüksək olur: "Oruc tutduqda orqanizm istirahət edir. Amma orucun əks təsir göstərdiyi məqamlar da var. Bəzən günaha batacağından çəkinən xəstə insanlar da oruc tutur. Bu da sonradan onların xəstəliklərinin ağırlaşmasına səbəb olur. Mədə-bağırsaq xəstəlikləri, xüsusilə mədə xorası, qastriti olanlar, yüksək təzyiqdən, ürəyin işemik xəstəliyindən əziyyət çəkənlər, onkoloji xəstələr, şəkərli diabet xəstələri oruc tutmamalıdırlar. Bəzən illərlə oruc tutan biri müəyyən xəstəliyə yoluxduqdan sonra da dinin əsas şərtlərindən birinə əməl etməyə çalışır. Ancaq sonradan bunun çox ağır fəsadları ortaya çıxır. Bununla belə, orucun sinir sisteminin funksional pozğunluğu, əsəbilik, nevroz halları, piylənmə kimi problemlərdə çox böyük effektli olur. Orqanizmi bir qədər sakitlik rejiminə salmaqla həmin patologiyaları aradan götürmək olur. Orucluq ən çox da piylənmə üçün gözəl dərmandır. Ümumiyyətlə, ildə bir dəfə oruc tutmaq dərmanlardan və s. vasitələrdən daha çox effekt verir".
İ.Əfəndiyev bildirib ki, insan orucun ilk günləri iftarda çox yesə də, bir-iki gündən sonra aclıq hissi güclü olmur: "Adətən, hər il mütəmadi oruc tutan insanlar iftarda çox az qida qəbul edirlər. Oruc tutan insanlar iftarda başqa günlərdə qəbul etdiyi miqdarda və çeşiddə yeməkləri qəbul etsə daha yaxşı olar. İftarda müxtəlif yemək çeşidlərindən ibarət böyük bir süfrə açmağın mənası yoxdur. Əgər orucluqda orqanizimi az qidalanmağa keçirirsənsə, mədəni doldurmağın nə mənası var? Gündə nə yeyilirdisə, iftarda da onu yemək lazımdır. Hər şeydən bir tikə yemək oruc orqanizmdə yavaşlayan zərərli proseslərin yenidən baş qaldırmasına səbəb olur. Orqanizm birdən-birə çox qida qəbul edəndə orqanlar patoloji nöqteyi-nəzərdən fəaliyyət göstərməyə başlayırlar".
Qeyd edək ki, bu il Ramazan ayı miladi təqvimlə mayın 27-də başlayacaq.
Milli.Az

XƏBƏR LENTİ
Tüklənən geyimlər necə təmizlənməlidir?
Kəsmikli-ananaslı piroq (foto resept)
Gəncənin tarixi irsi olan Hüseyniyyə mədrəsəsi...
Güclü qar yaponları öldürdü
Gavalı piroqu (foto resept)
Bu adam 2021-ci ildən gəlib: gələcəkdə bizi nələr gözləyir? - İDDİA
Oval üzlərə yaraşan saç tərzi
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Cəlbedici dodaqlara qovuşmağın yolları
Əliyev Avropaya dərs keçdi
Qorxulu hadisələr davam edir. Nəhəng dəlikləri nə yaradır?
Goranboyda maraqlı toy karvanı-FOTO
Murad Yıldırım xanımına surpriz hazırladı-FOTO
Facebook-un qorxulu sirri açıldı
Ali məktəblərə sənəd verənlər üçün SONUNCU GÜN
Ermənilər Bakıya gəlirlər
Toyuq salatı (foto-resept)
Qarabağda sülh niyə yubanır?
Çiçək taclar
Bədəndəki xalları götürmək olarmı?
Xınayaxdı məclisi təşkil edən şəxslər cərimələndi
Fransalı deputatlar Qarabağa səfər ediblər
Daha iki məşhur koronavirusa yoluxdu-FOTO
“Qarabağ”ın təmsilçiləri Allahverdi Bağırovun məzarını ziyarət edib
WhatsApp-a Avropada yasaqlar olacaq
Azərbaycanda koronavirusa yoluxmanın ən yüksək olduğu yerlər açıqlandı - SİYAHI
Güclü yağış paytaxtı "söndürdü"
Qeyri-adi ayaqqabılar
"Eurovision" təmsilçiləri DNT analizi veriblər
Körpənizin böyüdüyünü göstərən 3 işarə
ABŞ-ın tanınmış aktyoru vəfat edib
“WhatsApp”a yaşıl işıq
Yeni parol beyin olacaq
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Azərbaycanda bu tələbələrə kredit veriləcək - SİYAHI
İldırım zamanı yerə NAMƏLUM OBYEKT düşdü - VİDEO
Daban çatlarından necə qurtulmaq olar?
Ebola virusuna qarşı vaksin tapıldı
Nazir müavinindən dərslərin bərpası ilə bağlı AÇIQLAMA
BÜRCLƏR bizə nə vəd edir? -25 MAY
Mistik meşələr
Ermənilərə yeni şok
Belə apreli gözləyirdik
Bu da kəndlərimizin yeni adları
Metin Hara həbs oluna bilər-SƏBƏB
Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib
Ətli blinlər (foto-resept)
Ucuz məhsulları buradan ala bilərsiniz
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü, 33 yeni yoluxma aşkarlandı
Bakı belə dəyişəcək
