Donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Ona adətən bədənin açıq yerləri - burun, qulaq və ətraflar məruz qalır. Uzun müddət soyuq temperaturda olarkən orqanizm bədən temperaturunu tənzimləyə bilmir. Dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəslə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır. Aclıq və ya zəif qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən xəstəliklər, spirtli içkilər və s. səbəblərdən də orqanizm donmaya məruz qalır.
Qadin.Net bildirir ki, AZƏRTAC-ın müxbirinə donvurma barədə məlumat verən paytaxtdakı 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-terapevti Məlahət Osmanova qeyd edib ki, donvurma səthi və dərin ola bilər. Onun dediyinə görə, yanıqdan fərqli olaraq onun dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır.
Donvurma zamanı ilkin tibbi yardım barədə danışan həkim deyib: "Tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır.
Zərərçəkənin xəstəxanaya çatdırılması gecikdikdə zərərçəkən isti yerə aparılmalı, ayaqqabıları və əlcəkləri çıxarılmalı, donmuş nahiyə normal rəng almırsa, zədələnmiş nahiyə ehmalca 20 dərəcə olan suya salınır. Təxminən 10 dəqiqə ərzində suyun temperaturu 38-40 dərəcəyə qədər qaldırılır. Çalışmaq lazımdır ki, suyun hərarəti 41 dərəcədən artıq olmasın və həmin temperaturda qalsın. Zədələnmiş nahiyə dəri yumşaq, çəhrayı rəng alana və əl vurduqda istilik hiss edilənə qədər isti suda saxlanılmalıdır. Donmuş yeri isidəndə orada şiddətli ağrılar ola bilər. Toxumaların sonrakı zədələnməsinin qarşısını almaq üçün zədələnən nahiyəni suya salarkən qabın dibinə və divarlarına dəyməməlidir.
Əgər isti su yoxdursa, donmuş ətraflar bədənin isti yerlərinə və s. yaxın saxlanılır. Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar.
Bundan başqa zədələnmiş nahiyəyə tarım çəkilmiş steril quru sarğı qoyulur, əl və ayaq barmaqlar donmuşsa, onların arasına pambıq və ya tənzif qoyulur. Ayaqların donu açılandan sonra zərərçəkənin gəzməsinə icazə verilmir. Huşu aydın olan zərərçəkənə isti çay və yemək verilir, suluqlar deşilmir, zədələnmiş nahiyəni əllə ovuşdurmaq, sürtmək və ona təzyiq göstərmək olmaz.
Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da soyumasına, dəridə cızıqların əmələ gəlməsinə, onların infeksiyalaşmasına və dəridə yerləşən toxumaların zədələnməsinə səbəb olur. Bədənin donmuş hissələrini birdən-birə və birbaşa açıq alov, isti butulka və isti kərpiclə qızdırmaq olmaz. Dərin donma zamanı donmuş ətraf hərəkətsizləşdirilir. Yüngül hallar istisna olmaqla donma zamanı həkimə müraciət edilməlidir.
Donvurmaya məruz qalmamaq üçün həkim bəzi məsləhətlər də verib: "Kəskin soyuq zamanı düzgün qidalanmaq, quru və isti geyinmək lazımdır. Hava soyuq olanda yun və xəz paltardan istifadə etdikdə bədən və paltar arasında isti hava qatı yaranır. Sıx toxunmuş lifləri olan çoxqatlı paltar orqanizmin ətrafındakı isti havanı qoruyub saxlayır. Donmadan qorunmaq məqsədilə üst-üstə bir neçə qat paltar geyinmək olar, lazım gəldikdə paltarlardan birini çıxarıb bədənin hərarətini tənzimləmək mümkündür. Qışda papaq geyinmək istiliyin başdan xaric olmasının qarşısını alır.
İşə getməzdən əvvəl, iş vaxtı və işdən sonra çoxlu maye içmək lazımdır. Uzun müddət soyuqda qalanda əllərin şişərək göyərməməsi üçün onu ovuşdurmaq və mütləq əlcək geyinmək, ağrılar olduqda fəal şəkildə tərpətmək lazımdır".
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hülya Avşar efirlərə qayıdır?
Qan yaddaşımız
Telefondan necə istifadə etməyiniz xarakterinizdən xəbər verir
Dünya əhalisinin yarısı yox olsa, nə baş verər?
Prezidentlərin təkbətək görüşü
Cennifer Lopezin yeni obrazı - FOTO
Azərbaycanda digər şəhərlərin ictimai nəqliyyatında da ödəniş kartları tətbiq ediləcək
Pensiyaçılara Bakı 2015 müjdəsi
Yeni məktəbin sənədlərinin itməsi şagirdləri soyuqda qoyub
Yadplanetlilər Türkiyəni basdı
Metroda başqalarının telefonuna boylananlar, DİQQƏTLİ OLUN!
"Ona 6 dəfə evlilik təklifi etdim" - Kənan Doğulu
Mənzillər ucuzlaşıb, torpaq isə...
Əllərinizi tez-tez yumaqla xəstəliklərdən qorunun
Zövqlü donlar
Koreya mətbəxindən " Bibimbap" (foto resept)
"Neftçi"nin prezidenti istefa verəcək?
Meqan Markl 24 saata 53 min xərclədi-FOTO
Qozlu, xaş-xaşlı rulet (foto resept)
Qayınanasının zəngindən sonra milyonçu olmağa qərar verdi-FOTO
Anri Kartye Bressonun sərgisi keçiriləcək
Azərbaycanda qeyri-iş günləri bu qurumlara aid edilmir - RƏSMİ
Dünyanın ən gözəl qızı başına gələnləri ETİRAF etdi
Tənhalığın səbəbi tapıldı
Məlumatları milyon il saxlaya bilən disk yaradıldı
İmmun sistemini gücləndirən 10 meyvə
Bir həftədə 27 milyon insan izlədi
Qiyamət bunkeri
Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək
Bakıda 27 dərəcə isti olacaq
Buyurun, söz sizindir - "Bizim Tarla" Kompot məhsulu
Sobada pendirli makaron (foto resept)
Gözəllik inciləri
Havalar isti keçəcək!
Atalar və oğullar savaşına yeni baxış
Yeni filmi üçün “Boeing 747”-ni partlatdı
Məryəm Üzərlidən gözlənilməz etiraf
Moskva növbəti dəfə İrəvana kömək etməkdən imtina etdi - RF XİN-in rəsmi cavabı
Sus, düz otur, hamı bizə baxır...
Təqiyyənin dində yeri
Saçlarınızı sarı rəngə boyamadan əvvəl bunları oxuyun
Soya souslu can əti (foto resept)
23 dildə sevirəm səni
“Dərs vaxtı”nın bu günə olan cədvəli açıqlandı - FOTO
Avokadolu salat (foto-resept)
Xronologiya
Məşhurlar 10 il əvvəl
Ölkədəki sürüşmə sahələrində vəziyyət - TƏHLÜKƏ VARMI?
Şeyma Subaşıdan imtina etdilər-SƏBƏB
Qışda hamilə olan qadınlara bunlar olmaz















- ŞƏRHLƏR