Yayın istisində dondurma yemək, buz kimi su içmək, kondisionerin altında oturmaq angina və soyuqdəymə kimi xəstəliklərə tutulma riskini çoxaldır. Həkimlər bildirirlər ki, yayda kəskin bağırsaq infeksiyaları, otit, stomatit, sistit, enterit kimi xəstəliklər də geniş yayılır.Terapevt Sərvan Mirzəyevin sözlərinə görə, yayda isti havadan qəfil soyuq hava olan otağa keçmək, dondurma və soyuq su, ümumiyyətlə, hava isti olduğu üçün özünü yeldən qorumamaq, tərləmək orqanizmi xəstəliklərə qarşı daha həssas edir. Tibbi statistikaya görə, xüsusilə də, yayda angina xəstəliyinə tutulanların sayı artır: "Çox vaxt yay olduğu üçün anginaya əhəmiyyət verməyən və özünü qorumayanlar, sonradan xəstəliyin ağır fəsadlarını çəkirlər. Xəstəliyin ağırlaşması revmatizmin inkişafına, ürək və böyrəklərin çox yüklənməsinə səbəb olur. Artroz, burun-qulaq orqanlarının xəstəlikləri, qaymorit, sətəlcəm xəstəlikləri də müalicə olunmayan anginanın fəsadları ola bilər".Yayda angina və soyuqdəyməyə tututulmanın əsas səbəblərindən biri havanın hərarətinin kəskin dəyişməsidir. Misal üçün, yayda qızmar günəşin altında gəzib sonra kondisionerli mağazaya, evə, ofisə daxil oluruq. Sərinlikdə rahatlıq tapsaq da orqanizm havanın dərhal dəyişməsinə adaptasiya ola bilmir. Mağazaya 5-10 dəqiqəlik girdikdə belə havanı kəskin dəyişdiyimiz üçün soyuqlayırıq. İstirahətə, çimərliyə gedəndə də günün altında qaralıb, bədənimiz qızmış halda soyuq suya giririk. Bu zaman orqanizm hərarətin kəskin dəyişməsinə məruz qalır.Anginaya, hətta baş ağrılarına səbəb olan amillərdən biri də yayda soyuq içkilərə ehtiyacın çoxalmasıdır. Sərinləmək məqsədilə, yayda çoxları içməli suyu soyuducuda saxlayır və ya mağazadan soyuq su alır. Gün ərzində bir neçə dəfə havanın kəskin dəyişməsinə məruz qalan orqanizm soyuq suyun təsirindən daha da soyuqlayır. İmmun sistemi zəiflədikdə, xroniki yorğunluq da özünü göstərdikdə bir dondurma yeməyimiz belə qızdırmaya və ya anginaya səbəb ola bilər.Bütün bu səbəblərə baxmayaraq, yayda soyuqdəyməyə ciddi yanaşanlar azdır. Bədən üşümədiyi üçün insan təbiətdə belə özünü rahat hiss edir və xəstələnəcəyinə inanamaq istəmir.Terapevt bildirib ki, xüsusilə də, dondurma sevən uşaqlar anginadan əziyyət çəkirlər: "Bu səbəbdən də valideynlər ehtiyatlı olmalıdırlar. Xüsusilə də, uşağı kənd yerinə, təbiət qoynuna istirahətə aparan valideynlər nəzərə almalıdırlar ki, istirahətin ilk 10 günü orqanizmdə adaptasiya prosesi gedir. 10 gün ərzində uşaq yeni şəraitə, havaya öyrəşir. Gün ərzində istidən soyuğa, soyuqdan istiyə tez-tez keçmək isə uşaq orqanizmini daha da zəiflədir".Həkim anginanın əlamətləri hiss edilən kimi həkimə müraciəti məsləhət görür. Dediyinə görə, angina müalicə olunmasa ciyər, böyrək və ürək-damar sisteminə mənfi təsir göstərəcək. Həkimin göstərişi olmadan, bu haqda kifayət qədər bilmədən xəstəliyi müalicə etməksə pis nəticələnə bilər: "Anginanın əlamətləri yemək yeyəndə, udqunanda boğazda kəskin ağrı, oynaqlarda, beldə ağrılar, ümumi halsızlıq, 39-40 dərəcəyə çatan qızdırma, tez-tez tərləmə, baş ağrıları, işatahsızlıq, çənəaltı limfa düyünlərinin şişməsi, boğazın daxildən şişməsi və qızarmasıdır".Anginanın müalicəsi üçün stafilokkok, streptokok, pnevmokok və başqa bakteriyalara qarşı antibakterial vasitələrdən istifadə olunur. Boğazda qızartını və ağrını aradan götürmək üçün qarqara etmək məsləhətdir. Angianya qarşı sprey də yaxşı effekt verir.Onun dediyinə görə, angina xəstəliyi zamanı çoxlu maye içmək lazımdır. Xəstəliyin ilk günlərində sulu yeməklər və tərəvəzlərdən püre yemək məsləhətdir. İstiotlu, quru yeməklərdən isə az istifadə edin.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
6 YAŞLI MODEL - Dünya ondan danışır - FOTOLAR
Dünyanın ən nüfuzlu insanları
Qadının rolu
Dekorasiyada zərif yaşıl tonları
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Yaponiya Putinə dəvəti geri çağırdı
Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb
İflicin dərmanı: gündə 30 dəqiqə...
Sabahın hava proqnozu
Ütü alarkən bunlara diqqət edin
Kim Çen In yeni nüvə silahını sınaqdan keçirmək niyətindədir
Dollar 90 qəpik olacaq
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Bu da final, bu da "Marakana": Almaniya, yoxsa Argentina?
Biz nə üçün messencerlərdən belə asılıyıq?
Ali Məhkəmədən dollarla krediti olanlara İZAHAT: Krediti hansı kursla qaytarmalı?
Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutur - RƏSMİ
HAVA necə olacaq?- 16 fevral
Aktrisa arıq halını bəyənmədi-FOTO
"Artıq "ASAN xidmət"i könüllülərsiz təsəvvür etmək olmaz"
Debaltsevedə evakuasiya əməliyyatı aparılır
Toyuqdan çaxoxbili (foto resept)
Albalı piroqu
Qlütensiz kotlet (foto resept)
Qozlu, şokoladlı peçenye (foto resept)
Ronaldonun qiyməti açıqlandı
Rəqəmləri birləşdir-7
Yumurtalı ət ruleti (foto resept)
İlham Əliyev onlara xəbərdarlıq etmişdi
Hipotrofiya - körpə bəlası
Bakıda elm festivalı başladı
Müəllimlərə gül aparılmasın - Valideynlərin nəzərinə
Xurmalı şirniyyat (foto resept)
Ermənistan prezidenti hökuməti və parlamenti növbədənkənar seçkilərə hazırlaşmağa çağırdı
Məşhur müğənni təcili əməliyyat olundu-SƏBƏB
Arvadının 8 il həbsini tələb edir
SSRİ dövrünün 5 qəpikləri sizi milyonçu edəcək - QİYMƏT
Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu
500 dollardan artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənədlə olacaq
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Baş bəlası sızanaqlar
Öskürəyi kəsən 3 möcüzəvi bitki çayı
Beyons Cəlaləddin Rumi haqda film çəkəcək
Dəfnənin Cem və Serenay sevgisinə reaksiyası
Bir çox kişilərin gizli qorxuları
Bədəni yoran vərdişlər
6 yaşlı uşaq iş üçün müraciət etdi-FOTO
"Barselona"nın ulduzu karyerasına son qoyur
Günün ramazan təqvimi (10 iyul)
Aslı Enver bu xəstəlikdən əziyyət çəkirmiş















- ŞƏRHLƏR