Öz peşəsi ilə əlaqədar həmişə rezin çəkmə geyinməli olan insanlar ayağa qulluq etməkdə çox çətinlik çəkirlər. Nəmişlik yerlərdə işləyənlər rezin ayyaqqabı geyinmək məcburiyyətindədirlər ki, bu da hava buraxmır. Buna görə də tər buxarlana bilmir. Yığılıb qalan tər isə dərinin yumşalmasına və göbələk xəstəliyinin əmələ gəlməsinə səbəb olur.
Yüksək nəmişlik olan yerlərdə işləmək ayaqların yaxşı mühafizə olunmasını tələb edir. Havanın təsirindən asılı olmayaraq yun corab geymək tövsiyyə olunur, o, təri özünə çəkir, ayaqların bişməcə olmasının qarşısını alır və ayaqları soyuqdan qoruyur. Uzunboğaz çəkmələr geniş olmalıdır ki, ayaq barmaqlarını tərpətmək mümkün olsun. Belə olduqda qan dövranı yaxşılaşır və ayağın donması ehtimalı azalır.
Rezin çəkmələrdə işlədikdə gigiyenik qaydalara çox diqqətlə riayət etmək lazımdır, çünki göbələk xəstəliyinin, irinli yaraların əmələ gəlməsi, ayaqların donması və bişməcə olması təhlükəsi var.
Ən əvvəl ayaqları sabunlu ilıq su ilə yumaq lazımdır. Ayaqları yumaq üçün yuyucu tozdan istifadə etmək olmaz, ona görə ki, bu tozdan ayaqların dərisi zəifləyə bilər.
Ayaqların gigiyenasından başqa corabların və çəkmələrin də təmizliyinə riayət etmək lazımdır. İşdən sonra ayaqlara hava keçirən çəkmə geymək, ya da ayaqlara hava dəyməsi üçün ayaqyalın gəzmək lazımdır. Çorabları günaşırı, ayaqlar çox tərlidirsə, gündəlik dəyişmək lazımdır. Çirk, tərli corablar ayağı qorumur, əksinə, özləri bakteriya mənbəyinə çevrilir. Nəm corabda qalmaq məsləhət deyil, çünki ayaqlar sürtülər və bişməcə əmələ gələr. Çəkmələri də vaxtaşırı sabunlu su ilə yumaq və yaxşıca qurutmaq lazımdır.
Ayaqların donması
Ayaqların donmasına hər şeydən əvvəl dar, çox da isti olmayan ayaqqabı səbəb ola bilər. Bu zaman donmaya qan dövranının pozulması, orqanizmin ümumi zəifləməsi, qan azlığı, pis qidalanma və s. səbəb ola bilər.
Soyuqdan qorunmağın ən mühüm vasitələrindən biri müvafiq geyinməkdir. Fiziki işlə, ya da idmanla məşğul olarkən yüngül, sakit işlə məşğul olarkən bir qədər qalın geyinməlisiniz. Ayaqlar donmuş vəziyətdəykən onları kartof qabıqları qaynadılmış su ilə 20-30 dəqiqə vanna etmək olar. Ayaqları qurulayıb donmaya qarşı məlhəm çəkilməlidir.
Ayaqların tərləməsi
Tərləyən ayaqlara qulluq zamanı ən əvvəl gigeyinik tədbirlərə diqqətlə riayət etmək vacibdir. Bunlara ayaqların gündə iki dəfə yuyulması, sonra tərə qarşı dərmanların çəkilməsi daxildir. Eləcə də həftədə bir dəfə ayaqlara sürvə, gicitkən cövhəri qatılmış vanna qəbul etmək tövsiyyə olunur. Bir neçə aydan sonra bu kursu təkrar etmək məsləhətdir.
Ayaqları tərləyənlər rezin ayaqqabı geyməməlidirlər. Yayda ayaqqabılarını geyməzdən əvvəl barmaqların arasını, ayaqların altını azca kirşanlamalıdırlar.
Tərləyən ayaqlar göbələk xəstəliklərinə qarşı dözümsüz olurlar, ona görə də xırda bir dəyişiklik görən kimi həkimə müraciət etmək lazımdır.
XƏBƏR LENTİ
Qəbələ rayonu
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
"8 Mart" salat-tortu (foto resept)
Koronavirusa yoluxanların sayı bir milyonu ötdü
Sabahın HAVAsı
Özünə inamı artırmanın 6 yolu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Parkinson xəstəliyi
Günün qoroskopu: hər şey alınacaq
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Hava haqqında
Məşhur ulduzun qızı GÜNDƏMDƏDİR-FOTO
Dərinizi oxuyun
Girovlar necə qaytarıldı?
Qəddafidən sonrakı Liviyanın ilk Baş naziri Bakıya gəlir
Metroda rahat getmək istəyirsiniz?
Məşhur cütlük BOŞANIR-SƏBƏB
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Paytaxtda iri marketlər bağlanır
Dünyanın ən darısqal şəhəri
Haluk Leventdən örnək addım - FOTO
Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi
Dünyanın malı dünyada qalacaq
Finalda azərbaycanlı - erməni qarşıdurması
Böyük əvf olacaq?
İsmə aid biliklərin yoxlanılması
Əliyev: Əgər bir də belə olacaqsa...
Ermənistan məhbusların cəbhəyə göndərilməsini rəsmən təsdiqlədi
ABŞ-ın COVID-19 peyvəndinin nə vaxt hazır olacağı açıqlandı
Meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq
Bakı səmasında təyyarə və helikopter ŞOUsu olub
Prokurorluqda işləmək istəyənlərin nəzərinə
HAVA necə olacaq?- 17 fevral
Sarı şam kimi yanan paxistaxis
Mirvari sevənlər üçün
Maksim Şevçenko: “Mən ədalətin tərəfindəyəm” - VİDEO
Günün ulduz falı - 24.01.2014
Şuşaya yeni polis rəisi təyin edilib
Sərt karantinin tətbiq olunduğu ərazilərdə SMS icazə almaq üçün təlimat - VİDEO
Bakıda beynəlxalq tədbir
Azərbaycanda təqaüdçülərin sayı artacaq
Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə
Uşaq istismarı yoxsa sənət?
Turun gözəl qolları
Çindən gətirilən Azərbaycan vətəndaşları xəstəxanaya yerləşdirilib
Türk ordusu Suriyaya girdi
Damla şokoladlı keks (foto-resept)
Mehriban Əliyevadan örnək addım-FOTO
Qadınların dostu naringi
Sabahdan bu yol bağlanır (XƏRİTƏ)
- ŞƏRHLƏR