Bakıda baş verən məlum yanğın hadisəsindən sonra Lənkəranda da binaların fasadlarına vurulmuş üzlüklərin sökülməsinə başlanılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, sökülmə işləri rayon rəsmilərinin nəzarəti altında həyata keçirilir.
Lənkəranda 3 il əvvəl çoxmərtəbəli binaların fasadına vurulmuş penopoliuretan üzlüklərin sökülməsinə başlanılıb. Üzlüklər rayon İcra Hakimiyyətində yaradılan komissiyanın verdiyi qərara uyğun və birbaşa nəzarəti altında sökülür. Söküntü işlərinin aparılmasına bina sakinlərinin reaksiyası isə birmənalıdır. Sakinlər binaların yanğın təhlükəsizliyinin vacib olduğunu düşünürlər.
“Biz Bakı faciəsini gördük, qorxu çəkirdik. Burda da başımıza gələ bilər. Yaxşı ki burda da sökürlər. Gözəllik yox, təhlükəsizlik əsasdır”, - deyə Fatma Rzayev adlı sakin bildirib.
Lənkəran şəhər icra başçısının müavini Möhübbət Babayev bildirib ki, Lənkəranda 1 beşmərtəbəli, 3 dördmərtəbəli, 1 ikimərtəbəli binanın üzlüyü söküntüsü aparılır. İcra rəsmisi sökülən üzlüklərin yanmaya davamlı olduğunu əyani olaraq göstərib.
“Bu material Türkiyə istehsalıdır. Ordan gətirilmədir. Odda yanmır, ərimə gedir. Lakin icra başçısının sərəncamı ilə yaradılan komissiya bu qərara gəlib ki, vətəndaşların narahatlığını nəzərə alaraq bunların sökülməsinə qərar veriblər. Söküləndən sonra yenə Lənkəran dizaynına uyğun yüksək səviyyədə alternativ materialla təmir olunacaq”.
Binaların fasadlarındakı üzlüklərin söküntü işlərinin günün sonuna qədər yekunlaşacağı deyilir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Qlütensiz kotlet (foto resept)
"Sümüksüz qız" hər kəsin diqqətini çəkdi
Yeni qaydalar: Sürücülər bunu bilməlidirlər
Lobya (foto-resept)
DİN qələbə xəbərlərini atəşfəşanlıqla qeyd edənlərə müraciət edib
Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA
İlon Mask 6-cı övladına qəribə ad verdi - FOTO
Yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
47 yaşlı aktrisadan ad günü FOTosessiyası
Azərbaycanda dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olanlar ƏDV-dən azad edildilər
Hava küləkli olacaq
Dünyanın ən çox ƏT YEYƏN ÖLKƏLƏRİ
Beyoncesin atasına xərçəng diaqnozu qoyuldu
“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
Azərbaycanda bu adlar qadağan edildi - SİYAHI
Əhaliyə xəbərdarlıq
Virusun yayılacağını iki il əvvəl biliblər? - Üzə çıxdı... (VİDEO)
Hava XƏBƏRDARLIĞI
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Azərbaycanda həkim olmaq istəyənlərin nəzərinə
Nurit Hen Royal 2016 gəlinlik modelləri
Dünən ilin alış-veriş gecəsi idi - FOTO
Dünyanın ən böyük məscidləri
Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO
Yağlı dərilər üçün banan maskası
Yeni il süfrəsinin əvəzolunmazları(2)
Cennifer Lopez yeni obrazda-FOTO
Prezident İlham Əliyev: "Biz özümüzü erməni təcavüzündən qorumalı idik"
Meqan Markl başını bağladı - FOTO
Kubokun finalı... "Tofiq Bəhramov"da olmayacaq!
Rita Ora yay tətilində də maskasını çıxarmır - FOTO
Portağallı limonad (foto-resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-36
Böyük döyüş baş tutacaq
Fındığın qiyməti İKİ DƏFƏ UCUZLAŞDI
Creative salatlar
71 yaşlı Alla Puqaçovanın mini ətək geyinməsi birmənalı qarşılanmadı - FOTO
Orta məktəblərə işə qəbul olunmaq istəyənlərlərin nəzərinə
Magistratura və rezidenturaya qəbul olunmaq istəyənlərin nəzərinə
Əlamətlərə inanırsınızmı?
Əgər prezident olsaydım...
Dünya İqtisadi Forumunun daha bir irəliləyiş
Ermənilər Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub - RƏSMİ
Ukraynada savaş başa çatır
"Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır" - Bridcet Brink
Nazirlikdən əlillərə daha bir qayğı
Görənlər şoka düşür: Pişik əsl vampir imiş - FOTO
Sızanaqlar üçün 3 maska
Maraqlı və lazımlı məsləhətlər (1)
Qadın.Netlilərin mənfi və müsbət cəhətləri (I hissə)
- ŞƏRHLƏR