Milli.Az bildirir ki, report reklam olunan dərmanların qəbulu ilə bağlı araşdırma aparıb.
"Abituriyentlərin imtahana hazırlıq prosesində daha doğru yanaşma onlara psixoloji dəstəyin göstərilməsidir"Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov report-a bildirib ki, heç bir dərman insan düşüncəsinin dəyişməsinə kömək etmir: "Dərman müvəqqəti sakitləşdirə bilər, ancaq problemin və ya xəstəliyin arxasında duran səbəbi götürmür. Abituriyentlərin 90 faizində imtahanqabağı stress olur, bu, normal haldır. Təbii ki, bəzən bu, ciddi psixoloji problemlərə də səbəb ola bilər. Abituriyentlərin imtahana hazırlıq prosesində daha doğru yanaşma onlara psixoloji dəstəyin göstərilməsidir. Təbii ki, ailənin dəstəyi də əsasdır. Valideynlər də bu məqamlarda çox həssas, narahat olurlar və abituriyentə təzyiq edirlər. Çalışmaq lazımdır ki, ailədə gərginlik olmasın. Ailə mənəvi dayaq olmalı, uşaqda özünəinam hissini gücləndirməlidir. İmtahan verərkən nəticəni düşünmək, fikrin yayınması səhvlərə yol açır".Psixoloq xatırladıb ki, dövlət abituriyentlərə 4 dəfə özünü yoxlamaq imkanı yaradır: "Mayın 8-də dövlət tərəfindən təşkil olunan son sınaq imtahanından sonra artıq abituriyentlər zəif nöqtələrini müəyyənləşdirmiş olmalıdırlar. Abituriyentlər özləri zəif yerlərinin tapıb, bərpa etməyə çalışmalıdırlar".
Onun sözlərinə görə, əgər narahatçılıq dərin olarsa, həkimə müraciət etmək lazımdır: "Hazırda abituriyentlər təkrar proqramlarını keçirlər. Günün əsas hissəsini repetitor yanında keçirmək lazımdır, çünki evdə diqqət yayınır".
Abituriyentlərin intihara meyl göstərməsinin səbəblərini açıqlayan mütəxəssis bildirib ki, bəzən qəbul imtahanlarına hazırlaşan şagirdlərə qarşı evdə basqı və narahatlıq olur: "Bəzi abituriyentlər var ki, uzun müddət hazırlığa gedir, amma hazırlaşmayıb, müsbət nəticə göstərə bilmir. Bəzən isə abituriyent repetitorun ödənişini evdən alsa da ödəmir və ya ümumiyyətlə, ailəsini aldadır".
Elnur Rüstəmov qeyd edib ki, mart ayından sonra Psixologiya və Konsultasiya Mərkəzinə müraciət edən abituriyentlərin sayında artım qeyd olunub: "Abituriyentlər son vaxtlar psixoloqa daha çox müraciət edirlər".
Psixoloq qeyd edib ki, reklamlarda dərmanlar qaydalara uyğun olaraq təqdim edilməlidir: "Bilmirəm dərmanlar reklam olunarkən qaydalara riayət olunur, ya yox? Hər halda sakitləşdirici dərman vasitələrinin birbaşa tövsiyə edilməsi doğru deyil".
"İmtahanqabağı stressin qarşısını almaq mümkünsüzdür"
Azərbaycan Tibb Universtitetinin (ATU) Tədris-Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri Dilarə Xəlilova report-a bildirib ki, imtahanqabağı stressin qarşısını almaq mümkünsüzdür: "İnsan normalda həmin stressi yaşamalıdır. Sadəcə, uşaqlara imtahanqabağı yox, imtahandan əvvəl sedativ preparatlar təklif etmək olar. Həmin dərmanlar tormozlaşdırıcı təsirə malik olduğuna görə imtahan dövründə vermək olmur, imtahanın keyfiyyətinə təsir edə bilər. Ona görə də özü-özünü sakit etməli, öz bildiyinə əməl etməlidirlər".Onun sözlərinə görə əgər uşaq ünsiyyətcil, özünə qapanmayan biridirsə, həkimə inamı varsa, psixoterapevtə müraciət etmək yaxşı təsir göstərir: "Bu, dərmansız müalicə metodikasıdır və daha yaxşıdır".
Dərmanların reklam olunması hallarına münasibət bildirən həkim qeyd edib ki, sedativ, sakitləşdirici dərmanların tərkibi müxtəlifdir: "Düzdür, çoxu bitki mənşəlidir. Amma tərkibləri müxtəlif olduğundan həkim uşağın narahatlıqlarını müəyyənləşdirib, ona dərman yazmalıdır. Nə uşaq, nə də valideyn reklam vasitəsilə seçim edə bilməz. Onlar şikayətlərini həkimə danışmalıdırlar, həkim onlara dərman təyin etməlidir. Bizə elə müraciətlər də olur ki, efirdə görəndən sonra dərmanı getdim aldım və mənfi təsir etdi. Mən həkim kimi dərman reklamının tam əleyhinəyəm. Dərmanların reklamı qadağan olunmalıdır. Reklamda qeyd olunur ki, bu preparat tam zərərsizdir, heç bir əks təsiri yoxdur. Bu, mümkün deyil, hər bir preparatın əks təsiri var. Bu səbəbdən də xəstəyə dərmanı ancaq həkim təyin etməlidir. Həkimlərin hamısı bu cür reklamların tam əleyhinədir".
"Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri metodları reklam oluna bilər"
Vəkil Cavad Cavadov bildirib ki, Azərbaycanda dərman vasitələrinin reklamı "Reklam haqqında" və "Dərman vasitələri haqqında" qanunlarla tənzimlənir: "Reklam haqqında" qanunun tələbinə görə, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri metodları reklam oluna bilər. Qanunvericilik həmçinin həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamında məhdudiyyətlər də müəyyən edib. Bu məhdudiyyətlərə yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək, reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək, sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq, həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq; reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək, reklam olunan dərman vasitəsini bioloji aktiv əlavə və qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək".Vəkil qeyd edib ki, qanunvericiliyin tələbinə görə həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamvericisi reklam istehsalçısına və reklam yayıcısına, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir: "Sakitləşdirici dərman vasitələrinin reklamı üçün əsas şərt həmin dərman vasitəsinin həkim resepti olmadan buraxılan dərmanlar kateqoriyasına aid olmasıdır və bu hal həmin dərmanın dövlət qeydiyyatına alınmasına dair qeydiyyat vəsiqəsində və digər sənədlərdə öz əksini tapır. 2015-ci il mayın 15-də yeni "Reklam haqqında" qanun qəbul olunub, həmin vaxtadək qüvvədə olan eyniadlı qanunun 17-ci maddəsində həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında mümkün idi. Yeni qanunda belə bir tələb mövcud deyil".
C.Cavadovun sözlərinə görə, reklam olunan dərman vasitələrindən istifadə edən şəxslər diqqətli olmalı, dərman vasitələrinin istifadə etməmiş onun təlimatları ilə yaxından tanış olmalıdırlar: "Yadda saxlamaq lazımdır ki, "Dərman vasitələri haqqında" qanunun 11-ci maddəsi Azərbaycanda istehsal olunan və ya ölkəyə idxal edilən dərman vasitələrinin istifadəsi təlimatlarında olan məlumatların məhz Azərbaycan dilində əks etdirilməsini tələb edir və eyni qanunun 15-ci maddəsi hər bir şəxsə dərman vasitəsinin səmərəliliyi, onun əlavə təsirləri, müxtəlif dərman vasitələrinin birgə istifadəsi zamanı qarşılıqlı əlaqəsi, habelə təyin edilmiş dərman vasitəsindən istifadə olunması qaydası barədə ətraflı məlumat almaq hüququ verir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Faciədən 30 il keçir...
İran Azərbaycana qapılarını açdı
Vunderkind uşağım
Sinoptiklər xəbərdarlıq edirlər: Azərbaycanda temperatur yüksələcək, ancaq...
"Heç demə, dünyada kənar zamanın çölündə yaşayan da var..."
Bakının mərkəzində uçqun baş verdi
İşıqlı xatirələrdə yaşayır
İmtahanlarda koronavirusa yoluxma qeydə alınıb? - AÇIQLAMA
Vəfat edənlərə koronavirusdan ölümlə bağlı arayış verilir? - RƏSMİ
2020-ci ilin Bürclər üzrə PROQNOZU
Mayonezli maska ilə gözəl saçlara qovuşun!
Azərbaycanda vərəmə yoluxma ilə coğrafi amillər arasında olan bağlılıq araşdırılacaq
Türkiyədə “Survivor 2021” yarışmasına qatılacaq məşhurlar məlum olub - FOTO
Həccə gedən Azərbaycan zəvvarlarını həkimlər müşayiət edəcəklər
Viktoriya Bekhemdən FOTOsessiya
Agora – Filosof Qadın – İskəndəriyyəli Hipatiya
Dünyada ən güclü smartfon təqdim edilib
Millimiz "cırtdanlar"la bu stadionda oynayacaq
Qar yağacaq
Uşağın kimə bənzədiyini hamilə ikən öyrənin
Azərbaycanda yazın ilk ayı üçün hava proqnozu açıqlandı
Qocalmağı gecikdirən maska.
Prezident İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
Şəhid zabitimiz dəfn olundu
"Avatar 2" filminin çəkilişi koronavirusa görə dayandırıldı
Məşhur modelin ayaqları yandı
Paxıllıq etməmək mümkün deyil: belə də polis olar?
"Tibbi sığorta haqqında" qanuna dəyişiklik edildi
Selana Gomez xəstəxanaya yerləşdirildi-SƏBƏB
Vegeteryan pizzası (foto resept)
İran kapitalı Azərbaycana gələrsə...
Gəlin ayaqqabıları
Twitter SnappyTV-ni alır
Azərbaycanda ilan təsərrüfatları yaradılır - VİDEO
İşsizlərə şad XƏBƏR
Qandallı, boyunduruqlu qul məzarları tapıldı
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
Sosial şəbəkəni pisləməkdənsə..
Texniki baxış zamanı hansı sənədlər lazımdır?
Bir meyvədə min dərdin dəvası
Restoran aşpazları tərəfindən istifadə olunan kulinariya sirləri
Gözəlliyin düşmənləri
Putin İlham Əliyevi səmimi qarşıladı - VİDEO
Hamar dəri üçün maska
Çayın zərərindən xəbəriniz var?
Yonca Evcimik 56 yaşını belə qeyd etdi-FOTO
HAVA necə olacaq?
Bütov Azərbaycan!
Bakıya QAR yağacaq?
Kəbədə yağış yağdı