"İldırımlar maşınları vurmaz, çünki təkərlər rezindir" fikri doğru deyil. Düzdür ki, avtomobil metal karkası fizikada Faraday qəfəs kimi ildırıma qarşı müqavimət göstərir. Elektriki maşının üzərində yayır və yerə oturur. Maşında olarkən ildırım çaxırsa, metal hissələrə toxunmayın. Amma çox güclü elektrikdə təkərlər və rezinin keçiriciliyi daha da artır. İldırımın elektriki metal hissələrə paylandıqdan sonra təkərlər vasitəsilə yerə ötürülür. Yəni ildırım çaxan zaman təkərlər, rezin ayaqqabılar, məsələn, qaloş sizi ildırımdan qoruya bilməz”.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Mütəxəssis daha sonra ildırımın tibbi tərəflərini açıqlayıb. O, bildirib ki, ildırım vurması həm böyüklərdə, həm də uşaqlarda ürək fəaliyyəti asistoliya tipində dayanır:
“Xatırladım ki, ürək fəaliyyəti dayanmasının EKG də 4 tipi var:
1. Asistoliya
2. Mədəcik fibrillyasiyası (VF)
3. Mədəcik taxikardiyası (VT)
4. Nəbzsiz elektrik aktivliyi
Bunlardan 2-si yeni VF və VT yardımlar zamanı defibrillyatorun istifadəsini tələb edir.
İldırımın elektriki sabit cərəyan olduğu üçün o, asistoliya tipində ürəyi dayandırır. Bu o deməkdir ki, təcili yardım göstərdikdə ürək masajı və süni tənəffüs verməlisiniz, ürək fəaliyyəti bərpa olana qədər hər 3 dəqiqədən bir venaya adrenalin vurmalısınız. Amma defibrillyasiya etməyə ehtiyac yoxdur. İldirimdan yaranan ürək dayanması zamanı defibrillyasiya (el arasında ütü, şok) etsəniz, əksinə xəstənin həyatda qalma şansı azalar.
Evdə olan 220V isə dəyişən cərəyandır və ürəkdə fibrillyasiya (VF) yaradır. Həmin vaxt ürək masajı, süni tənəffüs və adrenalin edirsiz. Buna kardiopulmonar resuskitasiya – ürək ağciyər reanimasiyası deyilir. Təcili yardım briqadası və defibrillyator gələn kimi defibrillyasiya etmək lazımdır.
Elektrik travması zamanı xəstənin torpağa basdırılması mifdir, əksinə vaxt itkisidir və elektrik yarasının torpaqla çirklənməsi daha da işləri çətinləşdirə bilər. Elektrotravma zamanı xəstə həyatda qalarsa, 3 gün ərzində ürək ritminin pozulması baş verə bilər, odur ki, xəstə 3 gün həkim nəzarəti altında saxlanılmalıdır”.
XƏBƏR LENTİ
Aspirin xərçəngə qarşı vasitədir.
"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın"
Günün qoroskopu: gün uğursuz alına bilər
Bakının bu hissəsində 2 gün işıq olmayacaq
Azərbaycanda səkkiz nəfərlik ailə karantinə alındı - RƏSMİ
Kişilərin qaçdığı 5 qadın tipi
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Görünməz olmağı bacaran heyvanlar
Hərbiçi qız modelliyə başladı,məşhur oldu-FOTO
2100-cü ildə Çin əhalisi azalacaq
Nazirlikdən Qarabağda ədliyyə işlərinin təşkili ilə bağlı VACİB AÇIQLAMA
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Dünyanın dağılma tarixi haqda daha bir nəzəriyyə
Ən yeni saç trendi: hörüklü gül
Boyun düzləşməsi əlaməti
Kraliça II Elizabet şahzadə Harri ilə vidalaşdı
Varlanmaq üçün iki şey lazımdır
Neftin qiyməti qalxıb
Göz altı kölgələr
Günün ulduz falı
Sami Yusufdan Şuşanın işğaldan azad edilməsi ilə bağlı təbrik - FOTO
Şahzadə Harri soyadından imtina etdi
Ölkədə yeni iş yerləri yaradılacaq
İdman ayaqqabıları
Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı
Qovunlu dondurma (foto-resept)
Sabahın HAVAsı
Alişanın xanımı 2 aya 20 kq arıqladı-FOTO
Hava haqqında - 23.09.2013
Sabah Yerə yaxınlaşacaq – NASA xəbərdarlıq etdi
Azərbaycana yeni qədim əlyazma gətirildi
Günün ulduz falı
Türkiyədə universitetə silahlı hücum: ölü və yaralılar var
Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qəbuledilməzdir
Facebook-da təhlükə
Meyvə-tərəvəzlər və insan orqanları
Qeyri-adi makiyajlar
Foqts: "Estonlara qarşı alman yox, azərbaycanlı olacağam"
"Qızıl top"un sahibi bəlli oldu
Emindən əkizlərinə təbrik - FOTO
Pomidorlu-pendirli toplar (foto-resept)
Bulvar uzana-uzana gedir
Həftənin ilk iş gününə olan hava proqnozu
Abituriyentlərin nəzərinə!
Günün qoroskopu: maliyyə fonu uğursuzdur
Azərbaycan Böyük Britaniyaya nota verdi
Kivi maskası ilə gözəlləşin
Qışda böyrəkləri necə qorumalı?
Dəniz Səki 22 kq arıqladı-FOTO
Kəsmikli piroq (foto-resept)
- ŞƏRHLƏR