Ruhi xəstələrin nə dərəcədə ciddi cinayətlərin törətdikləri barədə xəbərlərə tez-tez rast gəlirik. Bu zaman-zaman cəmiyyətdə müzakirə mövzusuna çevrilir. Türkiyədə 74 yaşlı ruhi xəstənin yemək üstündə yağı tavada qaynadaraq 50 illik həyat yoldaşının üzünə töküb yandırması və bu hərəkətinin ardınca isə özünü hündürmərtəbəli binadan ataraq intihar etməsindən sonra bu mövzu yenidən aktuallaşdı. O kişi sağ qalsaydı belə, hərəkətlərinə cavab verə bilməyəcəkdi. Çünki ruhi xəstə nə zaman nə edəcəyini heç özü də bilmir. Bəs, belə olan təqdirdə, ruhi xəstələrlə bir evdə yaşayanların təhlükəsizliyinə kim təminat verir?
ANS PRESS bu suala cavab tapmağa çalışıb. Bu da faktdır ki, bu xəstəlikdən əziyyət çəkən insanların törətdikləri cinayətlərə qarşı ittiham irəli sürülsə də, ruhi xəstə olması versiyasi dəqiqləşdirilir, ancaq bundan sonra onun hansı cəza alacağı məlum olunur. Ekspetiza əgər həmin şəxsin hadisəni törədərkən psixi gərginlik keçirməsini sübuta yetirərsə, o müalicəyə yönəldirilir.
Belə bir hadisələrdən sonra insanın ağlında bir sual yaranır: “Ruhi xəstələr evdə müalicə oluna bilərmi?”. Bir çox insanlar psixi xəstələrin mütləq qapalı bir yerdə saxlanılmalı olduğunu düşünürlər. İl ərzində paytaxtdakı ruhi-əsəb dispanserlərinə 15 minə yaxın insanın müraciət edir. Hazırda respublika üzrə 9 psixiatriya xəstəxanası, 11 dispanser fəaliyyət göstərir. Bu yaxınlarda isə Salyan rayonunda 2 mərtəbəli 100 çarpayılıq Rayonlararası Psixiatriya Xəstəxanasının açılışı olub. Məlumata görə, digər bölgələrdə də oxşar profilli tibb müəssisələrinə ehtiyac var. Bununla nəticəyə gəlmək olar ki, ruhi xəstələrin sayı ölkəmizdə olduqca çoxdur.
Baş psixiatr Gəray Gəraybəyli hesab edir ki, psixi xəstələrin cəmiyyət üçün təhlükəli olması Sovet təfəkkürünün formasıdır. Baş psixiatr bu xəstələrin təhlükəli olduğunu qəbul etsə də, onların daim xəstəxanada saxlanılmasının tərəfdarı olmadığını düşünür: “Kəskin psixozların qulağına əmredici səslər gələ bilər və sayıqlama ideyaları yarada bilər. Bu əlamətlər nəticəsində isə xəstə insanın təhlükəli ola bilər. Biz istəsək də, bütün xroniki xəstələri stasionarda yerləşdirə bilmərik. Çünki o qədər stasionar yoxdur. Onlar cəmiyyətdə yaşaya bilər. Düzdür, mən onu qəbul edirəm ki, onlar aqressiv ola, cinayət törədə bilər. Ancaq bu o demək deyil ki, bu xəstədirsə, daimi xəstəxanada olmalıdır.
Maştağa Ruhi-Əsəb Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov xəstələrin ev şəraitində saxlanılmasının tərəfdarıdır: “Ümumiyyətlə son vaxtlar ruhi xəstələr tərəfindən xüsusi amansızlıqla törədilən cinayət hadisələrinin sayı artıb. Hadisənin ruhi xəstələr tərəfindən törədilməsi cəmiyyətdə belə bir fikir formalaşdırır ki, belə xəstələrin evdə saxlanılması məqsədəuyğun deyil. Şəxs ruhi xəstədirsə, o mütləq xəstəxanada müalicə olunmalıdır. İnsanlar düşünürlər ki, psixi xəstələr mütləq qapalı şəkildə saxlanılmalıdırlar. Onlar hesab edirlər ki, ölkədə psixiatriya müəssisəsi nə qədər çox olsa, bir o qədər yaxşıdır. Məncə, bu, çox yanlış fikirdir. Söhbət xəstəxanaların açılması və ya çarpayı fondunun genişləndirilməsindən yox, məhz alternativ yardım növlərindən gedir. Məsələn, o qədər adam var ki, kiçik problem üçün psixiatrik xəstəxanaya getməkdən utanır, problem qalır və daha da dərinləşir”.
Bizi maraqlandıran əsas sual isə Azərbaycanda ruhi xəstələrlə bağlı son statistika oldu. Ağahəsən bəy bildirdi ki, statistik rəqəm dəyişmir: “Ümumilikdə 0,6 faizdən 0,101 faizə qədərdir, bu faiz bütün dünyada da belədir. Sadəcə olaraq bir var xəstələr evlərdə qalıb müalicə olunsunlar, bir də var xəstəxanada. Əlbəttə belə xəstələri evlərində saxlayanlar da var. Kimin ki, şəraiti, imkanı var, o, xəstəsini evdə saxlayır. Özəl həkim tutur, özü dərman alır. Amma orta təbəqənin əksəriyyəti bura üz tuturlar. Çünki gündə üç dəfə yeməkləri var, həftədə bir dəfə hamamları var. Qadınlar üçün geyimlər də verilir.
A.Rəsulov artıq sağalmış xəstələrlə bağlı üzləşdiyi ciddi problemlərdən də söhbət açdı. O, bildirdi ki, sosial əlaqələrini itirmiş xəstələri xəstəxanada saxlayıb yatıra bilmirlər. Çünki onların xəstəxanada yatmağa ehtiyacı yoxdur. Müalicə olunublar, normal vəziyyətdədirlər. Sadəcə, onların nə evi, nə ailəsi var, bir kəsləri üzə çıxmır. Əlavə olaraq qeyd olunub ki, xəstəxanada təxminən 345 nəfərə yaxın belə adam var. Onlar üçün yataqxana şəklində yaşayış məskənləri salmaq lazımdır.
Qeyd edək ki, psixi pozğunluq hər bir normal şəxsdə ola bilər. Bu şəxslər xəstəliyin formasından, çəkisindən asılı olaraq müalicəyə cəlb olunur. İki tip - kəskin və xronoloji ruhi xəstələr olur. Onlardan birincilərin müayinəsi 1 ay da davam edə bilər. Bundan sonra xəstə evə buraxılır, müayinə və müalicəsi isə ev şəraitində davam etdirilməlidir. Çünki cəmiyyətdən təcrid olunmadıqda, xəstə daha tez sağalır, nəinki yaxınlarından kənar qalanda.
Statistika göstərir ki, bu tip insanların törətdiyi hadisələr ümumi cinayətlərin 1 faizini təşkil edir. Hər yaş üçün spesifik cinayət var. Gənclərdə xuliqanlıq, qocalarda qısqanclıq, orta yaşlı insanlarda isə morfizim ortaya çıxır.
Ruhi xəstəlik genetik xəstəlik kimi tanınsa da, bu xəstəliyin əsas mənbəyi stress faktorlarıdır. Cəmiyyətin intensivliyi, həyatın surəti artıb. Hər adam bu sürətlə ayaqlaşa bilmir. Ən böyük problem Yer Kürəsində əhalinin çoxalmasıdır. Real həyatda qarşılaşdığımız ciddi problemlərin çoxu insanın daxilində yatan psixi xəstəlik daşıyıcılarını oyadır.
Heç kim zəmanət verə bilməz ki, onda psixi xəstəlik olmayacaq. Avropada psixikasında pozuntu olan şəxsin saxlama müddəti 12 gündür. Əgər xəstə vəziyyətdən çıxıbsa, onu saxlamağa heç kimin ixtiyarı yoxdur. İnsanların azadlıq hüquqları var. 2001-ci ildə “Psixiatriya yardımı haqqında” qəbul olunmuş qanuna görə, stasionardan çıxarma qaydalarında göstərilir ki, xəstənin özünün, yaxud yaxın qohumlarının ərizəsi və həkimin rəyinə əsasən müalicə dövrü tamam olduqda, o xəstəxanadan çıxarıla bilər. Hər bir ruhi xəstə övladı olan valideyn isə həkimlərin dediklərinə ciddi əməl etməlidir. Onu evdə saxlamaqla, həm özünü, həm də övladını təhlükəyə atmış olur.
Qeyd edək ki, ruhi xəstələrin sayı barədə dəqiq məlumat yoxdur. Çünki onların bir qismi evlərdə müalicə olunur. Xəstəxanada isə hal-hazırda 1700-ə yaxın xəstə var. Onların təxminən 440 nəfərə yaxını qadınlar, qalanı kişilər, 25-i isə uşaqlardır. Geontoloji xəstələrisə 80-ə yaxındır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hər yaşa uyğun çətirlər
Bakıda daha bir yol çökdü
Putin hərbi rütbəsini açıqladı
Ali Baş Komandan işğaldan azad edilən əraziləri açıqladı
İbrahim Tatlısəsə qarşı milyonluq fırıldaq
"Ronaldu Messini keçdi"
Məşhur model həbs olundu-12 il-SƏBƏB-FOTO
Məşhur yazıçı vəfat etdi
Koronavirusdan sonra bizi gözləyən İNANILMAZ GERÇƏKLƏR
UFC döyüşçüsü yarışda qondarma rejimin “bayrağını” qaldırdı, XİN hərəkətə keçdi - FOTO
Baş nazirdən işsiz şəxslərlə bağlı MÜHÜM QƏRAR
"iPhone 8"in rəsmi təqdimat tarixi bəlli oldu
Neslihan FOTOsu ilə təccübləndirdi
Bahalaşan və ucuzlaşan ərzaq məhsulları – SİYAHI
Elnur və Fidandan möhtəşəm ifa-VİDEO
Hikmət Hacıyev: “Erməni barbar işğalı nəticəsində Füzuli xarabalığa çevrilib”
Günün qoroskopu: çevik, hiyləgər, fəndgir olun
YAŞIL ÇAY
Azərbaycanın dühalarından biri: Altov
Yaddaş gücləndirən üsullar
Facebook-dan Türkiyəyə qarşı səhv addım
Neft yenə bahalaşır
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Qürub çağı
Bəlğəmi nə təmizləyər?
Maraqlı arxitekturaya sahib yerlər
Rəsm cəkməyi öyrənək
Azərbaycanda ailədaxili problemlərin həllinə onlar yardım edəcəklər
Erməni işğalçıları Kəlbəcəri tərk edirlər - VİDEO
“Düşmən Azərbaycanın mülki infrastrukturunu məhv etməyə çalışır” - RƏSMİ
5 saata 3 milyon yardım topladılar
Evim, evim gözəl evim!
5 yaşlı qız ayda 500 min qazanır
Neftin qiyməti bahalaşdı
Tez arıqlamağa kömək edən 3 idman hərəkəti
Hökumətə 6 gün vaxt verildi
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
Sarımsaqlı bulka (foto resept)
Uçan təhlükə
Oktay Kaynarca Bakıda izdihamın arasında qaldı -FOTO
Biznesmen gecikən işçiləri yarıçılpaq vəziyyətdə qaçırtdı-FOTO
Azərbaycanda sağlamlıq imkanları məhdud vətəndaşlar üçün aksiya başlanır
Ramazan ayının 18-ci gününün duası
Havayla bağlı ciddi XƏBƏRDARLIQ
Evgeny Lushpinin əsərləri
Rəqibləri geridə qoyan Citroen Cactus
Bakı Rusiyadan ad istəyir
Dəri quruluğu və dəriyə qulluq(2)
İzmirdə axtarış-xilasetmə işləri başa çatdı - VİDEO
Sentyabr ayında yeyilməli qidalar