
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.
“ASAN xidmət” mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, 1 iyun tarixindən etibarən Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq. İlkin olaraq səyyar avtobuslar Balakən, Qəbələ, Kürdəmir rayonlarında xidmət göstərəcək və hər rayonda səyyar avtobusun xidmət göstərmə müddəti 15 gün nəzərdə tutulub.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Qeyd edək ki, cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
FHN əməkdaşları üçün yeni yaşayış binaları istifadəyə verildi
Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA
Evimizdə təhlükə
Mineralların xeyri
Leyla Əliyevadan bayram təbriki - FOTO
Çağla Şikel geyimi ilə diqqət çəkdi-FOTO
Dünyadakı 10 müqəddəs yer
Pişik balası bilib aldılar, puma çıxdı - FOTO
Günün ulduz falı
Qurban bayramının vaxtı bəlli oldu
İki milyon yarım zəvvar Ərafatdadırlar
Nəhayət ki: ABŞ İŞİD-ə qarşı vuruşacaq
Şəkil çəkməyi uşağa necə öyrədək?
Marketlərdən alış-veriş edərkən buna diqqət edin
Bakı-2015-də qayda pozan əcnəbilər cəriməni necə ödəyəcək?
Kokos suyu sağlamlığın unikal iksiridir
Binəli Yıldırım koronavirusdan sağaldı
Dünyadakı romantik şəhərlər
Azərbaycanda bu ərazilərdə xərçəngə yoluxma riski daha böyükdür
Cəbhədə partlayış: yaralı hərbçilər var
"Siyah inci" izləyicilərinə pis xəbər
Bu günün hava proqnozu
2018-ci ilin rəngi: Bənövşəyi
Türkiyədə yeni dərs ili onlayn başlayacaq
Türk qəhvəsi maskası
Boyuna buz qoymağın faydaları
Dünyanı Covid-19 bəlasına salan Uhanda Yeni il gecəsi
Havanı təmizləmək üçün məsləhətlər
İlin ƏN YAXŞIları seçildi-SİYAHI
MART ayında HAVA
Fərqli bəy-gəlin-FOTO
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Filmi xatırladan real təbiət şəkilləri
2020 Nyu-York Moda Həftəsi
Körpələrin saçını uzatmağın zərərləri
500 illik məscid məhv olmaq üzrədir
Sentyabrda hava necə olacaq?
"Dərman preparatlarının qiymətlərinə baxıldı və vahid qiymət qoyuldu" - Nazir müavini
Stiven Siqal Bakıdadır
Yay üçün dəbli ətəklər
250 minlik skripkanı qatarda unutdu
Körpə dünyaya gəlir, ona qayğı lazımdır (1-ci hissə)
Kiyevdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır
Yazda estetik əməliyyat ziyanlıdırmı?
"Neft Daşları"nda yeni quyu qazılır
Yanvar ayının birindən WhatsApp bu telefonlarda işləməyəcək - FOTO
Azərbaycanlılar Rusiyadan qaçır
1 ay ərzində hər gün 10 banka kola içsəniz nə baş verəcək?
Bakalavrla bağlı YENİ QƏRAR















- ŞƏRHLƏR