ABŞ-da 10 yaşlı azərbaycanlı Maqsud Süleymanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə bu ölkənin Prezidentinin mükafatını alıb.
Maqsudun anası Nigar Pənahova AZƏRTAC-a müsahibəsində deyib ki, o, hələ Bakıda olarkən məktəbə getməyə başlayıb.
Ailəsi ABŞ-a köçəndən sonra Maqsud qısa müddətdə ingilis dilini öyrənib və tezliklə öz məktəbinin ən yaxşı şagirdləri sırasına daxil olub.
Təhsildə xüsusi müvəffəqiyyətlərə görə Prezident mükafatı əsası 1983-cü ildə qoyulmuş proqram çərçivəsində ABŞ Prezidentinin və Təhsil nazirinin adından təqdim edilir. ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdləri bu mükafatı ABŞ Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında alırlar.
Maqsudun valideynləri Hikmət Süleymanlı və Nigar Pənahova daimi yaşayış yerinin seçiminə xüsusi diqqətlə yanaşıblar, çünki uşağın hansı dövlət məktəbinə getməsi məhz ailənin yaşayış yerindən asılıdır.
Buna görə də uşaqların yüksək keyfiyyətli təhsil almaları üçün onlar Orta Qərbin ən yaxşı məktəblərinin yerləşdiyi Sent Luis dairəsindəki Kleyton şəhərində məskunlaşıblar. Nigar xanımın sözlərinə görə, məhz burada Maqsud təhsildə böyük uğurlar qazanıb və gələcək nailiyyətləri üçün təməl yaradıb. Yaxın vaxtlarda Süleymanlılar ailəsi Pensilvaniyaya köçüb. Maqsud da Prezident mükafatını Pensilvaniyada, Herbert Quver adına ibtidai məktəbin dördüncü sinfində oxuyarkən alıb.
Ancaq Maqsud təkcə öz biliklərinin səviyyəsi və təhsildə qazandığı nailiyyətlərlə fərqlənmir.
Valideynləri kimi, o da vətənpərvərdir. Maqsud və bacısı Tansu müntəzəm olaraq məktəbdə və məktəb hüdudlarından kənarda keçirilən beynəlxalq və mədəniyyətlərarası festivallarda iştirak edir, orada yaşıdlarına öz ölkəsi Azərbaycanın mədəniyyəti, onun tarixi və milli mətbəxi haqqında danışırlar.
Maqsud futbol oynamağı sevir, şahmatla məşğul olur və proqramlaşdırma ilə maraqlanır. O, Bakıda yaşayarkən Vüqar Həşimov adına Şahmat Akademiyasında məşğul olub, ABŞ-da isə artıq bir neçə mükafat qazanıb. Maqsud gələcəkdə kosmonavt olmağı arzulayır.
XƏBƏR LENTİ
Porsche Macan 4 silindrli olacaq - FOTO
İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?
"Rusiya ABŞ-ın istifadə etdiyi bazanı bombaladı"
Paytaxtda güclü külək olacaq
Bakının bəzi yerlərində yenidən postlar quruldu
Saçınızı evdə boyamaq üçün tövsiyələr
Tubaya üç rejissordan təklif gəldi
Əziyyətsiz biqudilər
Whatsapp-ın dəli edən yeniliyi
Cəbhə xəttindəki son vəziyyət açıqlanır - CANLI YAYIM
Malik Məmmədovun şəhidlik zirvəsinə ucalmasından 20 il ötür
Türk Şurası Xocalı soyqırımı ilə bağlı bəyanat verdi
Çin mədəniyyəti
Hadisenin paylaşımı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur
Lətifələr
Cen Yılmaz sözünü tutdu-FOTO
Düşbərə (foto-resept)
Azərbaycanın dirçəlişi
Azərbaycandan Xankəndinə İLK TƏYİNAT
10 il istifadə edilən mobil telefon təhlükəsi
BÜRCLƏR bizə nə vəd edir? -20 MAY
Bu günün hava proqnozu
Qarabağda döyüşlər başlayacaq
Türkiyədə Qarabağ parkı olacaq
HAVA necə olacaq? 8 İyul
Azərbaycanın analıq indeksi açıqlandı
Qurban bayramınız mübarək!
Hər bir ailəyə 100 manat VERİLƏCƏK - İlham Əliyevdən Azərbaycan əhalisinə YENİ İL HƏDİYYƏSİ/VİDEO
2020-ci ilin trendləri
Attraksionda bir saat başıaşağı qaldılar - VİDEO
İnfarktdan ölmək istəmirsinizsə, bunlara əməl edin
Qaragilə keksi (foto-resept)
Canlı qidalar və 68 yaşlı gənc nənə
Aşağı maaş Azərbaycanın imicinə mənfi təsir edir
Azərbaycanda ölüm hökmü bərpa olunsun?
Mirvari sırğalar
Dilqəm yenə sınmadı
“Çukur”un aktyoru yenidən gündəm oldu-FOTO
Nazirlikdən oruc qadağasına münasibət
Yalançı elmə qarşı mübarizəyə başlanıldı - Xüsusi komissiya yaradıldı
İTV-dən Elnur xəbəri
Azərbaycanda “Facebook” istifadəçiləri artır
Zayn Malik izləyicilərinə əsəbləşdi-FOTO
500 min avroluq gəlin paltarı tikildi
Dünya çempionatında Qurani-Kərim paylanılır
Bu müəllimlərə ŞAD XƏBƏR: İki iş yerində...
Quru dəri üçün nəmləndirici maska
WhatsApp-dan növbəti yenilik
Sevimli aksessuarımız çantalar














