Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmurdular, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.
Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.
Ancaq xalq gördü və başa düşdü ki, həm Moskva, həm də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Leninin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
“Qalatasaray” klubunun futbolçuları COVID-19-a yoluxub
Sabah 40 dərəcə isti olacaq
Divar saatları
Üz formasına görə saçı hansı tərəfə ayırmalı?
Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Türkiyədə tədbirlər keçirilib
SMS icazə olmadan evi tərk edənlər cəzalandırılacaq - RƏSMİ
Abdullah Gül: "Türkiyə hökumətinin tərkibi dəyişə bilər"
Müəmmalı sürətli radiosiqnalların Yer mənşəli olmadığı təsdiq edilib
"Facebook"un səhmləri 24% ucuzlaşdı
Zeyn Maliki ölümlə hədələdilər-FOTO
Şükufə Yusupova "Şöhrət" ordeni ilə təltif edildi
Payız depressiyası və ondan xilas yolları
Alpinist dağın başında xəzinə tapdı
Özəl tozsoran...
Xəyanət nədən yaranır?
Xəstə "həkim, mən ölmək istəyirəm" deyərsə...
Azərbaycanlı zəvvarların ilk qrupu sabah səhər Həcc ziyarətinə yola düşəcək
Portağal görünüşlü peçenye (foto resept)
Düşündürücü sözlər
Məzəli portağal
BÜRCLƏR bizə nə vəd edir?-14 Sentyabr
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildilər
İkili münasibətlərdə dəyərinizi bilin!
Gürcüstandan Marsla bağlı çılğın layihə: 25 il içində...
Yay fəslinin ən dəbli rəngi
Cütlüklər üçün idman növləri
Xoşbəxt olmaq istəyirsiniz?
Toy şəkillərini pişiklər ilə çəkdirdilər
Yerkökülü peçenye (foto resept)
Nurgül Yeşilçay rəsm əsərlərini nümayiş edirdi-FOTO
MƏHƏBBƏT HAQQINDA
Düzgün duruş üçün dartınma hərəkətləri
ÜST-dən açıqlama: Növbəti pandemiyaya...
Limonlu ədviyyat hazırlayaq
Santa Klaus 7,5 milyard hədiyyə paylayaraq evinə qayıtdı – VİDEO
Nurgül Yeşilçay hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yeni virus özünü Android tətbiqi kimi aparır
Sobada qatıq souslu kartof (foto resept)
İki ailə
Düyü salatı (video-resept)
Cavan qalmağın 10 sirri
Bətndə boğulan gələcəyimiz
Coğrafiya İnstitutundan havaların isti keçməsi ilə bağlı bədbin açıqlama
Kim istəməz gözəl olsun?
Şahmatçımız dünyada üçüncü oldu
700 manata da buket varmış - FOTO
Günün ulduz falı
Kıvançdan xanımına 350 minlik hədiyyə
Uşaqlarınızı daha yaxından tanıyın
700.000 il əvvəl insanların gəmi səfəri
- ŞƏRHLƏR