Qədim Çin mədəniyyəti müxtəlif istiqamətlərdə inkişaf etmişdi. Bu ölkədə fəlsəfə, riyaziyyat, astronomiya və tibb elmləri sahəsində müvəffəqiyyətlər qazanılmışdı. Astronomiya elminə xüsusi diqqət yetirilir, Çin padşahları təqvim düzəltmək, günün və ayın tutulacağı vaxtı müəyyənləşdirmək üçün xüsusi komissiyalar təşkil edirlərdi. Onlar maqnit sahəsinin mövcudluğuna və maqnit əqrəbinin xüsusiyyətlərinə də bələd idilər. Eyni zamanda barıtı ixtira edib fişəng üçün istifadə edirdilər.
E.ə. VI-III əsrlərdə fəlsəfi fikrin sonrakı inkişafında mühüm rol oynamış konfusiçilik, moizm, legizm, daosizm məktəblərinin formalaşdığı dövrdə Çində fəlsəfə meydana çıxmışdır. Qədim Çin fəlsəfəsi daha çox etnik-siyasi xarakterə malik olmuş, onda qneseoloji və ontoloji məsələlərin tədqiqinə az yer verilmişdir. Filosoflar dövlət işlərində təmsil olunmuş, Si padşahlığında fəlsəfə akademiyası yaradılmışdı. İdarəçilik prinsipləri haqqında ilk təlimin banisi Konfusinin fəlsəfi görüşlərinə dair məlumatlar onun şagirdləri tərəfindən “Lunyuy”, (“Söhbətlər və mühakimələr”) traktatında öz əksini tapmışdır. Çinlilərin göylərin ilahi gücünə ənənəvi etiqadı Konfusinin nəzəriyyəsində də əsaslandırılırdı. Baş allah Göy çinlilərdə əsas qüvvə və yer üzündəki bütün nemətlərin mənbəyi hesab olunurdu. Kahin və məmurlar Çin dövlətini “Göyaltı imperatorluğu” adlandırırdılar. Çinlilərin təsəvvürünə görə Çin dövləti Göy allahı tərəfindən idarə olunurdu. Onlar Göy allahı üçün gümbəz şəkilli məbədlər tikir və gümbəzləri göy rəngli çini və ya saxsı kirəmitlə örtürdülər.
Çinlilərdə əcdadlara sitayiş də inkişaf etmişdi. Qədim Çində adlı-sanlı adamların dəfn mərasimində bəzən insan qurbanları da verilirdi (bu qurbanlıq insanlar mərhumla bərabər diri dəfn olunurdular).

Qədim Çində fəlsəfi fikrin inkişafına “inyan” naturalist fəlsəfi məktəbi də əhəmiyyətli təsir göstərmişdir. Bu təsir zəif qadın qüvvəsi “in” və güclü kişi qüvvəsi “yan” arasındakı qarşılıqlı əlaqə haqqında qədim baxışlarla bağlı olmuşdur. Sonradan bu ideyalar ilkin beş ünsürün-metal, ağac, su, od və torpağın qarşılıqlı çevrilməsi təlimi ilə birləşərək əzəli “si” (buxar, efır) ilk ünsürü ilə nəticələnərək bütün fəlsəfi məktəblər tərəfindən mənimsənildi.
E.ə. III əsrdə isə moistlər materialist idrak nəzəriyyəsini inkişaf etdirdilər. Böyük Çin materialist filosofu Van Çunun (I əsr) fikrincə,
dünyanın əsası əbədi mövcud olan “yuan si” maddi substansiyasıdır; yüngül hissəciklər (“yan si”)-göyü və kosmosu, qatı hissəciklər (“in si”)-torpağı və göy cisimlərini yaradır. Onların qarşılıqlı təsiri isə bütün mövcudatı meydana çixarır. Çində buddizm fəlsəfəsi
Çin fəlsəfi ideyasının ünsürlərini mənimsəməklə inkişaf etmiş, buddizmdə bəzi cərəyan və təriqətlərin yaranmasına səbəb olmuşdur. Çin yazısı da qədim tarixə malikdir. Bu, öncə çox sadə, getdikcə mürəkkəbləşən Çin heroqliflərinin inkişafından aydın görünür.
Qədim Çin yazısında iki minə qədər işarə olmuşdur. Onlar yazı yazmaq üçün xüsusi firçalar işlətmişlər. E.ə. III-I əsrlərdə “Erya”, “Fanyan”, “Dialektlər” lüğətləri tərtib olunmuşdur. Syuy Şenin heroqliflər lüğəti hələ də öz əhəmiyyətini itirməmişdir. Dünyanın ən qədim ədəbiyyat nümunələri içərisində Çin ədəbiyyatının da özünəməxsus yeri vardır.
“Şitszin” ilk Çin ədəbi abidəsidir. E.ə. IV əsrin ortalarında Çu çarlığı zamanı əsasını xalq yaradıcılığından götürən “Çu şeri” janrı yaranır. Bu janrın görkəmli nümayəndəsi Tsyuy Yuanın yaradıcılığında zülmə, haqsızlığa nifrət, onlarla mübarizə, xalqa məhəbbət hissləri öz əksini tapmışdır. E.ə. V-III əsrlərdə fəlsəfi və tarixi məzmunlu nəsr əsərləri - “Qo yuy” (“Çarlıqların tarixi”), “Çuntsyu” (“Salnamə”), “Çjuan tszı”, “Syun tszı”, “Men tszı” və s. traktatlar geniş yayılmışdı. E.ə. I əsrdə Sım Tsyanın “Şi tszi” (“Tarixə aid qeydlər”) əsəri xan sülaləsi dövrünün parlaq nümunələrindəndir.
Çinin ən qədim incəsənət abidələri e.ə. III minilliyə aiddir. E.ə. I minilliyin ortalarında burada memarlıq və şəhərsalma təşəkkül tapdı.
Qədim mədəniyyət abidələri içərisində “Böyük Çin səddinin (uzunluğu 2500 km-ə qədər) böyük əhəmiyyəti vardır. Böyük Çin səddinin əsas hissəsi Sin dövləti dövründə (e.ə. 221-207) tikilmişdir. O, əvvəlcə gil və torpaq qarışığından tikilmiş, sonralar divar səddin üzünə kərpic və böyük yastı daşlar çəkməyə başlamışlar. Bu divar Xuanxe çayını bir neçə yerdən kəsərək düzənlik və dağlardan keçir. Böyük Çin səddinin hündürlüyü 10 metrə, qalınlığı 6 metrə çatır. Divarın bütün uzunluğu boyu birbirindən müəyyən məsafədə dördbucaqlı möhkəm bürclər və onların altında qapılar tikilmişdir. Bu sədd şimaldan gələn hunların hücumlarından müdafiə məqsədilə çəkilmişdir.
Çin musiqi və teatr mədəniyyəti də qədim köklərə malikdir. Əsasən bir səsli olub e.ə. VII əsrdə yaradılan, pentatonika üzərində qurulan Çin xalq musiqisi sonralar 7 və 12 səsli sistemlərə çevrilmişdir.
Çin teatrının əsası xalq mahnı-rəqs yaradıcılığı və sirk janrları elementlərini birləşdirən “bay si” (“yüz tamaşa”) formaları ilə əlaqədardır. Beləliklə, deyilənrləndən aydın olur ki, digər Şərq dövlətləri kimi Çinin də çox yüksək mədəniyyəti olmuşdur. Çin mədəniyyətinin bəzi nailiyyətləri qədim dövrlərdə başqa ölkələrə-Hindistana, Ərəbistana daha sonralar Avropaya keçmişdir.
Sədaqət Məmmədova
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Görünməmiş möcüzədir qadınlar
Azərbaycanda bütün iri ticarət mərkəzləri və “Mall”lar bağlandı - RƏSMİ + VİDEO
Kredit borcunu ödəməyənləri hansı cəzalar gözləyir?
8 mart günü Parisdə Şəki kələğayısı təqdim olundu
Bakı küləyi özü ilə "donuz qripi" gətirib? - Şəbəkə nağılları
Ailə insana nə üçün lazımdır?
İndoneziyada güclü zəlzələ
Həyat etirafım
Uşaq qidasının içindən qurd çıxdı - Bakıda
Film seyr edərkən yemək yeməyin!
Dondurmalarla bağlı – XƏBƏRDARLIQ!
Koronavirusa yoluxanların sayı bir milyonu ötdü
Ermənistandan növbəti ekoloji terror: Azərbaycan çaylarına zəhər axıdır
Öldüyünü dedilər, "morq"da dirildi-FOTO
"Whatsapp"da mesajları "screenshot" edənlərə BƏD XƏBƏR
Hər kəs bu VİDEOdan danışır
ABŞ-ın sahil mühafizəsi batan şəxsi xilas etdiyi üçün Azərbaycan tankerinin ekipajına təşəkkür edib
Müşviq İsayevin xatirəsinə beynəlxalq turnir keçiriləcək
Rahatlıq verməyən vərdişlər: çarə nədir?
Qadın.Netlə birlikdə hamiləlik (XIII həftə)
Ukrayna Krımın suyunu kəsdi
Soğan suyu ilə arıqlamaq
“Qarabağ”ın baş məşqçisi: “Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”
İdman edərkən maska taxmalıyıq?
Kölndə məscidi yırtıcı quşlar qoruyacaq
Bölgələrimizin mətbəxi -Şəki
"Tezliklə hər kəs bu uşaqdan danışacaq"
Azərbaycan dili - XV dərs
Dünyanın ən yaxşıları seçildi
Aleyna Tilkinin 15 minlik geyimi-FOTO
Rus mallarına qadağa
Qoca mühəndis hamını heyrətləndirdi
Ön cəbhədə atışma
Qadın ərini satışa çıxartdı-SƏBƏB
Kriştianu Ronaldunun son durumu
Ceki Çan ölümlə üz-üzə
Niyə hündürdaban ayaqqabı seçirik?
Evlənəciyiniz insandan bunu soruşmalısınız
Azərbaycanda 12 illik təhsilə keçidin vaxtı açıqlanıb
Azərbaycanda hansı halda qapanmaya gediləcəyi açıqlandı - RƏSMİ
Əsgərlərimiz Qarabağda posta Azərbaycan bayrağı sancdılar
Hamilələrdə doğuş qorxusu
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Gülməli ev heyvanları
Uzun iş günü ürəyin düşmənidir
Nazirlikdən əhali arasında yayılan xəstəliklə bağlı AÇIQLAMA
Dayverlər üçün əla məkan
Azərbaycanda qız problemi nə qədər təhlükəlidir?
Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI
Qızının ad gününə taxtadan avtomobil düzəltdi - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]