
Ermənistan ordusunun girov götürdüyü və ömürlük həbsə məhkum edilmiş Dilqəm Əsgərov işğalçı rejimin rəhbərliyindən əfv istəməyib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mətbuatına Dilqəmin vəkili Erik Beqlaryan bildirib. “Əvf barədə müraciət təqdim edilməyib, çünki Əsgərov belə bir istək bildirməyib”,- deyə Beqlaryan vurğulayıb.
2014-cü il iyunun 29-da doğulduğu Kəlbəcər rayonuna qohumlarının məzarını ziyarətə gedn zaman Rusiya vətəndaşı Dilqəm Əsgərov bununla da işğalçı rejimin təşkil etdiyi məhkəmə məzhəkəsi zamanı göstərdiyi dönməz xarakteri bir daha nümayiş etdirdi. Son qərarını 29 dekabr 2014-cü ildə vermiş "məhkəmə"də “Dağlıq Qarabağ Respublikası” adından hökm oxuyan işğal rejimi təmsilçilərinə Əsgərov belə bir dövlət tanımadığını vurğulamışdı. O, məhkəmə adı qoyulmuş bu tamaşanın ciddiyə almadığını da bildirmişdi.
Dilqəm Əsgərovun bu addımı beynəlxalq hüquqa, insan haqları üzrə beynəlxalq konvensiyalara tam uyğun gəlir. Qohumlarının məzarını ziyarət üçün Kəlbəcərə getmiş Rusiya vətəndaşı Dilqəm Əsgərov, həmçinin Azərbaycan vətəndaşları Şahbaz Qulieyev və Həsən Şəsənov əslində quldur dəstəsi kimi fəaliyyət göstərən Ermənistan işğalçıları tərəfindən əsir götürülüb. Ermənistan hakimiyyət işğal ordusunun nəzarətində olan ərazilərə nə ad verirsə versin, hüquqi baxımdan bu ərazilər Azərbaycana məxsusdur və istənilən Azərbaycan vətəndaşı bu ərazilərdə sərbəst gəzə bilər. Həmin əraziləri qanunsuz olaraq ələ keçirmiş işğalçı Ermənistan ordusunun bu insanları girov götürməsi isə beynəlxalq cinayət sayılır.
Təbii ki, Dilqəm Əsgərov bu addımı atsaydı işğalçı Ermənistan ordusunun törətdiyi cinayətlə barışmış kimi görünə bilərdi. Ermənistan işğalçılarının cinayətinin daha bir epizodu Həsən Həsənovun öldürülməsi ilə bağlıdır. Ermənilər Həsəni İrəvan sakini, erməni zabiti Sarkis Abramyanın ölümündə günahlandırırlar. Halbuki, erməni mətbuatını izlədikdə başqasının nikahlı arvadı Karine Davtyanla Kəlbəcərə sevgi səyahətinə çıxmış Sarkis Abramyanın qısqaclıq zəminində öldürüldüyünü anlamaq olar.
Qeyd edək ki, Qırmızı Xaç Komitəsinin nümayəndələri bir neçə gün öncə Kəlbəcərli girovlara baş çəkib. Ermənilərin əlində saxlanılan azərbaycanlı girov Dilqəm Əsgərov qardaşına məktub ünvanlayıb. Qardaşı Sahib Əsgərovun sözlərinə görə, Dilqəm məktubunda sağ-salamat olduğunu yazıb. “Vəziyyət həmişəki kimidir. Sağ-salamatam. Elə bir problemim yoxdur. Arada Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları mənə baş çəkirlər”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Mengen plovu (foto resept)
Gözəllik məhsulları dünən və bu gün
Hava haqqında
Ana südü niyə lazımdır?
Dövlət Qulluğuna imtahan verənlərə şad xəbər
Azərbaycanda sevilən aktrisa ərəb dünyasını fəth etdi
Agentlik oturacaq yerlərindən istifadəyə qadağa qoydu
Qadın.Netlə birlikdə hamiləlik (36-cı həftə)
TƏBİB-dən kafelərin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
Uşağı döymək olarmı?
ÜST koronavirusu müəyyən edən tətbiq yaratdı
Düyülü ət bulyonu
Mətbəx stolları
Kirpiklərinizi bu üsullarla uzadın
Noyabrın 1-də şokoladlı Android göstəriləcək
Uşağınızın yaşına uyğun kitab və oyuncaqlar
Pəhrizdən imtina etmənin səbəbləri
“Dünya romanıma çevrilib” - Stiven Kinq
Sarımsaq deyib qaçmayın
Şüuraltı çalışması
Çilli insanların bilməli olduqları
Uşaqlarda burun qanaxması
Əriyin sağlamlığa faydası
Hollivud ulduzundan GÖZLƏNİLMƏZ AÇIQLAMA-FOTO
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
Hormon dəyişmə qanunu
Yaralandıqdan sonra üç gün döyüş meydanında qalan Qarabağ qazisi evə buraxıldı - VİDEO
Qeyri-adi eynək hazırlandı-VİDEO
Ebru Şallının sirri məlum oldu
Koronavirusla bağlı SON STATİSTİKA
Azərbaycanda temperatur rejiminin anomal gedişi nə ilə bağlıdır?
Daima gənc qalmağın 3 yolu
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Hava haqqında - 25.09.2013
“Çatı katı aşk”ın yayım tarixi bəlli oldu - FOTO
Azərbaycan ordusunun təlimləri bitdi
İrandan şok açıqlama
İranlılar Bakıda sonsuzluğu müalicə edəcəklər
Azərbaycanda yenilik: böyük mənzil böyük xərcə döndü
Dünya liderlərinin ən sevimli içki və təamları
Qələmlə sənət əsəri yaratmaq
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
Hər kəs bu Şamdan danışır-FOTO/SƏBƏB
"Sarı" şorba (foto resept)
Makaron yeyərək arıqlayın
Qatıqlı verməşil salatı (foto-resept)
Bəhməzli keks (foto resept)
Sürücülərin radarlar barədə bilmədikləri
Almalı qurabiyələr (foto resept)
"Ağıllı" cins gödəkcə hazırlanıb














