Dövlət İmtahan Mərkəzi (DİM) iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlayır.
Mərkəzdən verilən məlumata görə, DİM Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq, imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.
İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək. ![]()
Girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.
İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftə sonu keçiriləcək. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İyunun 6 və 7-də imtahan keçiriləcək rayon və şəhərlərin adları ilə cədvəldə tanış ola bilərsiniz. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə sonu günlərində keçiriləcək.
Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s.) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.
Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.
| İmtahanın keçirilmə tarixi | İmtahan keçiriləcək şəhər (rayon) | İmtahanda iştirak etməli olan kontingent və imtahanların növləri |
| 6 iyun 2020 | Qaradağ (Bakı), Şirvan | 1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
| 6 iyun 2020 | Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan | 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı; 3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
| 6 iyun 2020 | Bərdə*(I hissə) | 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
| 6 iyun 2020 | Siyəzən, Xızı | 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı |
| 6 iyun 2020 | Xətai (Bakı),Sumqayıt*(I hissə), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar | 1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
| 6 iyun 2020 | Cəlilabad, Qobustan | Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
| 6 iyun 2020 | H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi lisey | Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
| 7 iyun 2020 | Pirallahı (Bakı) | 1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
| 7 iyun 2020 | Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər. | 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı; 3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
| 7 iyun 2020 | Ağdam, Füzuli | 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı |
| 7 iyun 2020 | Nərimanov (Bakı), Abşeron*(I hissə), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran | 1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı |
| 7 iyun 2020 | Ağsu | Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı |
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Cəbhədə son VƏZİYYƏT
Yeni girovun 15 yaşı var imiş
Sağlam qidalanmanın 9 QAYDASI: Oruc tutanlar, ƏMƏL EDİN
Dünya şöhrətli müğənni Bakıdadır - Foto
Qaxda daha bir "möcüzə"
Putinin istirahət otağı ilk dəfə nümayiş olundu - VİDEO
Gözəl sinə üçün idman hərəkətləri
"Yıxılan ulduzlar"-YENİ TREND
Tuğba Özay BOŞANDI-SƏBƏB
Günü-gündən dəyişilən ayaqqabı dünyası
Prezidentdən Tovuzla bağlı daha bir VACİB SƏRƏNCAM
Makiyaj (əvvəl və sonra)
Niderlandda bütün avtomobil yolları pullu ola bilər
Azərbaycanda avtomobillərə dövlət texniki baxışının keçirilməsi qaydalarına dəyişiklik edilib
5 addımla qarın bölgəsindəki yağlardan xilas olun
2014-cü ilin yataq otağı modelləri
Qubada alma bayramı keçiriləcək
Moda həftələrinin ən yaxşı çantaları
Nurgül Yeşilçaydan FOTOsessiya
Uşaqlar üçün yataq otağı dizaynı
Məşhur aktrisadan gözlənilməz etiraf
Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar - SİYAHI
Putin Baydeni nəyə görə təbrik etmədiyini açıqladı
Azərbaycanda gələcəkdə yerüstü metro xətləri çəkilə bilər
Yoluxma riski böyük olan ərazilər açıqlanıb
Dişlə və mahnını dinlə
Bütün dünya ŞOKDA - Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı
Pomidorlu çörək (foto resept)
Mövsüm keçidlərində immuniteti gücləndirən ərzaqlar
Ev növbəsinə dayananlar, diqqət!
Quş qəfəslərində yaradılan gözəlliklər
Qısa ətəkli ziyafət geyimləri
Üzdəki tüklər üçün MASKA
Alimlər qeyri-adi planet aşkar etdilər
Məşhur şoumen aylar sonra ayağa qalxdı
Demet Akalından gözlənilməz açıqlama
Yaz-yay ayaqqabıları
Britaniyalı kardioloq dünyanı TƏƏCCÜBLƏNDİRDİ
"İlin ən cazibədar kişisi" seçildi-FOTO
2019 ayaqqabı trendləri
Mustafa Sandalın həyat yoldaşından ayrılmasının SƏBƏBİ BİLİNDİ - FOTO
Qadınların kişilərdən üstün cəhəti ortaya çıxdı, amma...
Azərbaycan prezidenti 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında
Gürcüstan Rusiyaya sitrus meyvələrinin ixracına başlayır
Prezident İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planını təsdiqlədi
Yağış yağacaq
BÜRCLƏR bizə nə vəd edir? -9 İyun
27 yaşlı basketbolçu məşq zamanı öldü
Günün qoroskopu: sizi təxribata çəkənlərlə belə, münaqişə etməyin














