Qadin.NET / İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək - CƏDVƏL

İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək - CƏDVƏL

Dövlət İmtahan Mərkəzi (DİM) iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlayır.
Mərkəzdən verilən məlumata görə, DİM Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq, imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.
İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək.


Girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.
İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftə sonu keçiriləcək. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İyunun 6 və 7-də imtahan keçiriləcək rayon və şəhərlərin adları ilə cədvəldə tanış ola bilərsiniz. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə sonu günlərində keçiriləcək.
Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s.) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.
Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.

İmtahanın keçirilmə tarixiİmtahan keçiriləcək şəhər (rayon)İmtahanda iştirak etməli olan kontingent və imtahanların növləri
6 iyun 2020Qaradağ (Bakı), Şirvan1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı;
2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
6 iyun 2020Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı;
3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
6 iyun 2020Bərdə*(I hissə)1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
6 iyun 2020Siyəzən, Xızı1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı
6 iyun 2020Xətai (Bakı),Sumqayıt*(I hissə), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
6 iyun 2020Cəlilabad, QobustanTam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı
6 iyun 2020H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi liseyTam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı
7 iyun 2020Pirallahı (Bakı)1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı;
2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
7 iyun 2020Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər.1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı;
3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
7 iyun 2020Ağdam, Füzuli1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı
7 iyun 2020Nərimanov (Bakı), Abşeron*(I hissə), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
7 iyun 2020AğsuTam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı

1 iyun 2020
GO BACK