Sənsən
Nə bilim dünya nələr olacaq,
Ömrümün günümün yarısı sənsən.
Bilinmir kim kimi yola salacaq
Qocalıq sinnimin qarısı sənsən.
***
Tərlan oldun şikarıma, sarıma,
Möhür oldun namusuma, arıma.
Nəzər salsaq, dövlətimə, varıma
Pətəyin məhsuldar arısı sənsən.
***
Zülfüqar çox görüb boranı barı,
Keçibdi keçilməz daşlı yolları.
Ey tərlan könlümün sevgili yarı,
Hündür hasarımın barısı sənsən!
Gəlləm
Mən ölsəm, qəm yemə vəfalı yarım,
Dözməzsən, yenidən cahana gəlləm.
Duyanda ətrini gözəl baharın,
Gül ollam, dərilib kahana gəlləm.
***
Axtarıb taparsan güllər içində,
Xatirəm saxlanar illər içində.
Yaxşı adım qalsa, ellər içində
Ruhum rahat olar, dühana gəlləm.
***
Sevgilim, eşqimin çox sirrləri var,
Desəm, öldürəllər, deməsəm, ölləm.
Taleyim dedi ki, sən gizli apar
Bu sirri tək özüm yeməsəm ölləm.
***
Zülfüqaram, bir sehrli fənaram,
Gecə, gündüz fitilsiz də yanaram.
Bülbül olub budağına qonaram,
Bir xoş nəğmə kimi dəhana gəlləm.
Bəs etməyirmi?
Dağ üstə dağ çəkmək nəyinə gərək,
Vurduğun yaralar bəs etməyirmi?
Quş kimi sinəmdə çırpınan ürək
Haray salmayırmı, səs etməyirmi?
***
Kərəməm, çovğunda, boranda mənəm,
Fərhadtək dağları yaran da mənəm,
Daşlardan Leylisin soran da mənəm
Dastan yazıları nəs etməyirmi?
***
Zirvəni bürüyən dumanın olum,
Şehtək ləçəyindən damanın olum,
Dindir, qoy inləyən kamanın olum,
Simlər tərpənməzsə, pas etməyirmi?
***
Görüncə o incə, gözəl camalı,
Yazıq Zülfüqarın qalmayır halı.
Ey sınıq könlümün hürkək maralı,
Sənsiz ömrüm, günüm yas etməyirmi?
1959
Müəllif: Zülfüqar Zülfüqarov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Prezident İlham Əliyev Vladimir Putini evinə çay süfrəsinə dəvət edib - FOTO
3 günə 1 kiloqram arıqladan pəhriz
Qidadan zəhərlənmə sağlamlıqda ömürlük iz qoyur
TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ
İcra başçısının jurnalistlərə verdiyi “Tissot” saxta çıxdı
Meyvəli tort - 2 (foto resept)
Fahriye və Burak uşaqları ilə bağlı hazırlıqlara başladılar
2013 nələr vəd edir?
Aleyna Tilki dondurma reklamında
Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
Astroloqun Azərbaycan üçün 2015 proqnozu
Prezident İlham Əliyev Ərdoğana zəng edib
"Miss Türkiyə 2016"nın qalibi bəlli oldu - FOTO
Azərbaycanda güclü zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Oruc tutmağın faydası və qaydaları
Ən kasıb prezident
Qeyri-adi fotoşop nümunələri
Azərbaycanda il ərzində yeni Ayın təzələnmə vaxtı açıqlanıb
Hamiləlik dövründə hansı qidalara üstünlük verməli?
İlham Əliyev: “Ermənistanın pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir”
Bədənizdəki xallar sizin haqqınızda nə deyir TEST
Ermənilər yenidən mülki əhalini top atəşinə tutdu: Ölənlər var - RƏSMİ
Bakıda hərəkət iflic oldu
Günahları məhv edən amillər
Azərbaycanda dərslik kitabları ləğv oluna bilər
Alişanın xanımı Tənqid hədəfinə çevrildi-SƏBƏB/FOTO
Ən populyar ixtisasların keçid balı açıqlandı
Türkiyəli məşhurlardan Azərbaycana Qarabağ DƏSTƏYİ
Dünyaya sərt mesaj verdi
NASA: Noyabrda dünya qaranlığa qərq olacaq
İncə bilərziklər
Qadınlara özəl: xoşbəxt olmaq üçün bunları etməyin!
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda(2)
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Saçları gözəlləşdirən sadə üsullar
Hava haqqında - 10.10.2013
Bütün mülkünü satıb dünya turuna çıxdı
Tanış olun: ən son Subaru Legacy
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Balıqçılar 5 metrlik akula tutdular-FOTO
Manat dollara güc gəlir
Məşhur cütlük toydan sonra İLK DƏFƏ-FOTO
Evlilikdə çətin və ən xoşbəxt illər
Məleykə Abbaszadə müraciət etdi
Məşhur aktyor Dünyanın Ən Yaraşıqlı Kişisi seçildi-FOTO
WhatsApp-dan Google bombası
Məşhur aktyor Bakıya gəlir-SƏBƏB/VİDEO
Siqaret yaddaş itkisinə səbəb olur















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]