Qadin.NET / Bəs etməyirmi? (şeir)

Bəs etməyirmi? (şeir)

Bəs etməyirmi? (şeir)

Sənsən
Nə bilim dünya nələr olacaq,
Ömrümün günümün yarısı sənsən.

Bilinmir kim kimi yola salacaq
Qocalıq sinnimin qarısı sənsən.

***
Tərlan oldun şikarıma, sarıma,
Möhür oldun namusuma, arıma.
Nəzər salsaq, dövlətimə, varıma
Pətəyin məhsuldar arısı sənsən.

***
Zülfüqar çox görüb boranı barı,
Keçibdi keçilməz daşlı yolları.
Ey tərlan könlümün sevgili yarı,
Hündür hasarımın barısı sənsən!

Bəs etməyirmi? (şeir)

Gəlləm
Mən ölsəm, qəm yemə vəfalı yarım,
Dözməzsən, yenidən cahana gəlləm.
Duyanda ətrini gözəl baharın,
Gül ollam, dərilib kahana gəlləm.

***
Axtarıb taparsan güllər içində,
Xatirəm saxlanar illər içində.
Yaxşı adım qalsa, ellər içində
Ruhum rahat olar, dühana gəlləm.

***
Sevgilim, eşqimin çox sirrləri var,
Desəm, öldürəllər, deməsəm, ölləm.
Taleyim dedi ki, sən gizli apar
Bu sirri tək özüm yeməsəm ölləm.

***
Zülfüqaram, bir sehrli fənaram,
Gecə, gündüz fitilsiz də yanaram.
Bülbül olub budağına qonaram,
Bir xoş nəğmə kimi dəhana gəlləm.

Bəs etməyirmi? (şeir)

Bəs etməyirmi?
Dağ üstə dağ çəkmək nəyinə gərək,
Vurduğun yaralar bəs etməyirmi?
Quş kimi sinəmdə çırpınan ürək
Haray salmayırmı, səs etməyirmi?

 

***
Kərəməm, çovğunda, boranda mənəm,
Fərhadtək dağları yaran da mənəm,
Daşlardan Leylisin soran da mənəm
Dastan yazıları nəs etməyirmi?

***
Zirvəni bürüyən dumanın olum,
Şehtək ləçəyindən damanın olum,
Dindir, qoy inləyən kamanın olum,
Simlər tərpənməzsə, pas etməyirmi?

***
Görüncə o incə, gözəl camalı,
Yazıq Zülfüqarın qalmayır halı.
Ey sınıq könlümün hürkək maralı,
Sənsiz ömrüm, günüm yas etməyirmi?

1959

Müəllif: Zülfüqar Zülfüqarov

26 fevral 2015
GO BACK